Yaşlanma ilə əlaqədar eşitmə zəifliyi

Vücudumuzdakı bütün orqanlar yaşlandığı kimi, qulağımız da zamanla yaşlanır və eşitmə zəifliyi meydana gəlir. Eşitmə zəifliyi illər ərzində yarandığı üçün asan aşkarlanmaya bilər.

65 yaşdan yuxarı olan şəxslərdə eşitmə zəifliyi problemi geniş yayılıb. Bəzi insanlarda bu problem cüzi olur, bəzilərində isə eşitmə qabiliyyəti son dərəcədə azalır. Eşitmə zəifliyi çox olduqda buna presbiakusi deyilir. Əsasən 40-50 yaşlarda başlayır və get-gedə pisləşir. Hər iki qulağın eşitməyinə də təsir göstərir.

Əlamətlər:

Yaşlılarda eşitmə zəifliyi əlamətləri

- Yavaş-yavaş artan eşitmə zəifliyi
- Qulaq cırılması

Presbiakusi kokleada və ya ona bağlı sinirlərdə meydana gələn dəyişikliklərdən qaynaqlanır. Daxili qulaqdakı ilbiz şəklindəki bu hissə tüklərlə örtülüdür. Bu tüklər titrəşimləri elektrikə aid işarələrə çevirir. Bu işarələr beyinə göndərilir və orada səs olaraq meydana gəlir. Bu tüklər zədələndikdə işarələr lazımi qədər beyinə çatmır və nəticədə eşitmə zəifliyi yaranır.

Diaqnoz

Əgər özünüz və ya ailə üzvləriniz sizin daha zəif eşitdiyinizi hiss edirsə, həkimə müraciət edir. Eşitmə zəifliyinin daxili qulaqla və ya digər səbəblə əlaqəli olduğu testlərlə müəyyənləşdirilməlidir.
Presbiakusili (yaşlılıqla bağlı eşitmə zəifliyi olan) insanlar üçün qadınlar və uşaqlarla danışmaq daha çətindir. Çünki onların səsi daha yüksək tezlikdədir. Kişilərin danışıq səsləri daha alçaq tezlikdə olduğu üçün onları eşitmək daha asandır.

Müalicə

Yaşlılarda eşitmə zəifliyi diaqnozu

Presbiakusi əməliyyatla və ya dərmanla müalicə edilmir. Yeganə müalicə üsulu eşitmə alətləridir. Həkim eşitmə problemi olan şəxsi bəzi alətləri alması üçün audioloqa göndərir.

Bununla yanaşı, bəzi üsulları da öyrənmək mümkündür. Məsələn, dodaq oxumaq, danışanın üzünə baxmaq, arxa plandakı səsi azaltmaq və insanların nə dediklərini başa düşməyə kömək etmək üçün jest, üz ifadələri kimi ipuclarından istifadə etmək.

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
1 il əvvəl
2394 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Ülka (1 il əvvəl)
Təşəkkürlər dostum.