Yeməkdən sonra edilməməsi gərəkən 7 vərdiş
Yemək yedikdən sonra əksər insanlar bəzi səhvlər edirlər. Həmin səhvləri sizə təqdim edirik.
Yemək insanın həyati ehtiyaclarından ən vacibidir. İnsan qidalanma zamanı etdiyi bəzi səhvlərlə özünə zərər verir. Yemək yedikdən sonra etdiyimiz səhvləri aşağıdakı şəkilə sıralamışıq.
1. Meyvə yemək
Bir çox insan yemək yedikdən dərhal sonra meyvə yeyir. Ancaq bu, mədədə qaz yaranması və şişkinliyə səbəb ola bilər. Mütəxəssislər yeməkdən bir neçə saat sonra meyvə qəbulunun həzmə kömək etdiyini bildirirlər.
2. Çay içmək
Demək olar ki, bütün insanların etdiyi səhvdir. Əksəriyyətimiz yeməyi bitirən kimi armudu stəkanlarda bəh-bəhlə çay içirir. Ancaq bu vərdiş yeyilənlərin sinirilməsinə və bədənin qidadan yetərincə fayda ala bilməməsinə səbəb olur. Çayı yeməkdən bir neçə saat sonra için.
3. Gəzintiyə çıxmaq
İnsanlar yeməkdən sonra piyada gəzməyə üstünlük verirlər. Bu, qəbul etdiyimiz qidadakı maddələrin orqanizmimiz tərəfindən alınmasını məhdudlaşdırır. Buna görə, gəzməyi bir neçə saat təxirə salın. Yeməkdən dərhal sonra gəzinti tövsiyyə olunmur.
Sağlam qalmaq əsla bunları etməyin!
4. Duş qəbul etmək
Yeməkdən sonra duş qəbul etmək qan mübadiləsini sürətləndirir, qanın ayaq və qarında yığılıb qalmasına səbəb olur. Bu durum həzm sisteminə mənfi təsir edir.
5. Yatmaq
İnsan yatarkən həzm sistəmi yavaş işləyir. Yemək yeyən insanın həzminin sürətli işləməsi və həzmi asanlaşdırması lazımdır. Yeməkdən sonra yatmaq bağırsaq infeksiyası, mədə xəstəlikləri və artıq çəkiyə səbəb olur.
6. Üzmək
Tox qarınla üzmək olduqca təhlükəli ola bilər. Ən azı yarım saat gözləməlisiniz. Yeməkdən sonra həzm sisteminin yaxşı işləməsi üçün qan axını qarına doğru olmalıdır və əgər tox qarına üzülürsə, bu, qarında şişkinlik yaradır.
7. Siqaret çəkmək
Siqaret çəkənlər yeməyi bitirən kimi dərhal bu əmələ əl atırlar.siqaretin tərkibində olduqca təhlükəli, xərçəng yaradan maddələr var. Yeməkdən sonra qəbul edilən nikotin bu təsiri daha da artırır. Ən yaxşısı, siqaret çəkməyin.
Dostlarınla paylaş:
1822 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Çix gozeldi