Yüngül yanıqlar zamanı nə etmək lazımdır?

Yenilənmə tarixi: 2021-10-03

Yanıq xəsarətləri hər kəsin qarşılaşa biləcəyi haldır. Ağır hallarda təbii ki, mütəxəssislərə müraciət olunmalıdır. Amma yüngül yanıqlar zamanı nə etmək lazım olduğunu hər kəs bilməlidir.

Yanıqlar; İstiyə, günəşə, elektrikə və ya müxtəlif kimyəvi maddələrə məruz qalma nəticəsində yaranan toxumaların zədələnməsidir. Kiçik və səthi yanıqlarda evdə tətbiq edə biləcəyiniz müdaxilələrdən sonra gündəlik həyatınıza davam edə bilərsiniz. Bundan başqa, yanıq böyük bir sahəni əhatə edərsə və ya dərin toxumalara təsir edərsə dərhal həkimə müraciət etməlisiniz. Bu yazıda yanıqlar haqqında ən çox verilən suallar sizin üçün tərtib edilmişdir.

Uzman həkim Lalə Mehdinin ilk yardım qaydaları ilə bağlı tövsiyələrini təqdim edirik.

Həkim qeyd edib ki, məişətdə tez-tez rastladığımız bir problem: yüngül yanıq zamanı ilk yardımı hər kəs bilmədilir. Dermatoloq, yüngül yanıqlar deyəndə dəridə qızartının yaranması ilə ortaya çıxan 1-ci dərəcəli yanıqların, 5 santimetrdən böyük olmayan 2-ci dərəcəli yanıqların nəzərdə tutulduğunu deyib.

Buzlu soyuq su

Buzlu soyuq su

Kiçik bir yanıq yaşadığınızda etməli olduğunuz ilk şey, yandırılmış əraziyə təxminən 20 dəqiqə soyuq su altında saxlamaqdır. Bundan sonra yandırılmış ərazini yumşaq sabun və su ilə yuya bilərsiniz. Burada qeyd edilməli olan şey, suyun 0 dərəcəyə yaxın soyuq olmamasıdır. Sərin su kifayətdir.Belə yanlqlar zamanı yanan nahiyə otaq temperaturunda, axar suyun altında yanma hissi azalana qədər tutulmalıdır. Əgər yanan nahiyədə qabarcıqlar yaranıbsa, onları deşmək olmaz. Yox, qabarcıq çox gərgindirsə, çox narahatlıq yaradırsa, steril iynə ilə deşmək olar. Amma bu zaman dərinin ayrılmış hissəsini qoparmaq olmaz. Çünki yara dərinin altında tez sağalır və dərini infeksiyadan qoruyur.

Sərin kompreslər

Yanıq sahəsinə sərin bir kompres və ya təmiz nəm bir parça qoyulsa ağrı və şişkinlik aradan qalxar. 5-15 dəqiqəlik fasilələrlə sərin kompreslər tətbiq edə bilərsiniz. Çox soyuq kompreslərdən istifadə etməyin, çünki bu yanaşma yanıqları daha da qıcıqlandıra bilər.

Aloe vera

Aloe vera

Aloe vera tez -tez "yanıq bitkisi" kimi təqdim olunur. Araşdırmalar aloe veranın birinci-ikinci dərəcəli yanıqların müalicəsində təsirli olduğunu sübut edir. Aloe vera iltihab əleyhinə təsir göstərir. Qan dövranını yaxşılaşdırır və bakteriyaların çoxalmasını maneə törədir.

Həkim vurğulayıb ki, yüngül yanıqlar üzdə, əllərdə, genital bölgədədirsə və yanan şəxs uşaqdırsa, mütləq həkimə müraciət olunmaldır.

e-tibb.az

Məqaləyə emosiya bildir:
emotion
4
emotion
0
emotion
0
emotion
0
emotion
3
emotion
0
emotion
0
Dostlarınla paylaş:
4 il əvvəl
9028 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Aytac (2 il əvvəl)
Elim yungül yanib