Yuxuda it görməyin yuxu yozması

Yuxunuzdakı bir it hiss, sədaqət, və qorumaq rəmzidir. Bu yuxu güclü dəyərləri və yaxşı niyyətləri, həyatınızda irəliləmənizi və sizə uğur gətirəcək addımlar atmağınızı ifadə edir.

Yuxunuzda gördüyünüz it digər bir tərəfdən bu keyfiyyətləri nümayiş etdirən birini təmsil edə bilər. Alternativ olaraq, yuxuda it görmək, gözardı etdiyiniz ya da unutmuş ola biləcəyiniz bacarığınızı göstərir. İt hürürsə, o zaman öz daxilinizdəki münaqişələr işarə edilir. Ölü və ya ölməkdə olan it xəyanəti rəmzilər. Yaxşı bir yoldaşınızı, dostunuzu və ya həyat yoldaşınızı itirəcəyinizi düşünür ola bilərsiniz. Bu fikir daha çox şüurda olduğu üçün bunun fərqində deyilsiniz. Bir az dərin düşünəndə itirməkdən qorxduğunuz adamların olduğunu fərq edə bilərsiniz. İt “dost” və “sadiqlik” anlayışlarını ağıla gətirir. Həyatınızdakı dostluqlarla bu yuxunuzu əlaqələndirin.

İtin qabiliyyətləri ifadə etdiyini qeyd etmişdik. Yuxunuzda bir it sahibi olmağınız bir istedadınızı inkişaf etdirmək istədiyinizin mənasına gəlir. Xarici dil kursu və ya xobbinizlə bağlı kurslara yazılmağı düşünə bilərsiniz. Əgər it balaları görmüsünüzsə, eyni şəkildə bu bacarıqlarınızı inkişaf etdirəcəyiniz mənasına gəlir.

Yuxunuzda hürən itlər görməyiniz ətrafınızda sifətini turşutmuş və can sıxıcı adamların olduğunu göstərir. Bəlkə də yoldaşlarınıza olan narazılığınız bu yuxunuz ilə aşkara çıxmışdır.

Bir itin ayaqlarınızı dişlədiyini görmək, həyatınızın istiqamətini tarazlaşdırmaq üçün ehtiyacınız olan gücü itirmiş olduğunuzu göstərir. Bu yuxu yeni bir vəziyyət yaxınlaşanda tərəddüdünüzü və ya hədəflərinizi irəli aparmaq üçün hiss etdiyiniz arzunu da ifadə edir.

Yuxunuzda xoşbəxt bir şəkildə hürən it görmüşsəniz həyatınızdan razı olduğunuz və sosial fəaliyyətlərdə iştirak etmək istədiyiniz mənasına gəlir.

İt vəhşicəsinə hürərsə, ətrafınızdakı insanları idarə etmək istəyirsiniz deməkdir. Bu yuxu həmçinin sizə düşməncəsinə yanaşan dostları da göstərir.

Əgər bir it satın aldığınızı görmüsünüzsə bir qədər ruhunuzu oxşayacaq sözlər eşitmək istəyir ola bilərsiniz. Digər bir tərəfdən özünüzü tək hiss edir və yeni dostluqlar qurmağa ehtiyacınız var.

Əgər yuxunuzda bir it tərəfindən istiqamətləndirilirsinizsə, seçim etməkdə və qərar verməkdə çətinlik çəkirsiniz deməkdir. Sizin üçün doğru olanı etməli və digər insanların bu barədə nə düşündüyünə qulaq asmamalısınız.

Yuxunuzda bir itə paltar geyindirdiyinizi görsəniz, bu xarakterik nöqsanlarınızı və mənfi adətlərinizi gizlətməyə çalışdığınızı ifadə edir, hətta özünüzdən belə!

Bir itin ilan, əqrəb və s. kimi təhlükəli heyvanları yediyini görməyiniz yaxın bir yoldaşınızın pis bir qərarınızdan sizi döndərməyə çalışdığını ifadə edir.

Yuxunuzda gördüyünüz qara it yaxın bir dostunuz haqqında şübhələrinizi əks edir. Bu adamla bağlı ağlınızı qarışdıran bəzi məqamlar var və siz onun göründüyü kimi olmadığını düşünürsünüz.

Yuxuda it görmək 

Cəfəri Sadiq yuxuda it görməklə bağlı dörd fərqli anlama işarə edir. Pis bir düşmən, gözü tox bir kişi, gözəl olmayan bir xidmətçi və məlumatsız bir kişi. Yuxuda it görmək, iti nə şəkildə gördüyünüzə görə mənası dəyişən bir yuxuyozmaya malikdir. Arzularına və zövqlərinə düşkün bir adamı təmsil edə biləcəyi kimi, düşmən də olsa eyni zamanda şəfqətli və mərhəmətli bir kəsi də təmsil edir. Dişi it isə daha çox pis xarakterli bir qadına işarə edir. Bu tərz bir qadın başınıza bəla açacaqdır. Ancaq ümumi olaraq, yuxu yaxın ətrafınızdakı dostlarınıza və düşmənlərinizə işarə edir. Yuxunuzda itə olan üstünlüyünüz və ya qələbəniz düşməninizlə və ya rəqiblərinizlə olan güc müharibəsinin nəticəsini göstərdiyi kimi, eyni zamanda gördüyünüz itin cinsi də dost və ya düşmənlərinizin, hətta sizin də öz xarakterinizin haqqında fikirlər verə bilər.

Yuxuda it sürüsü görmək

Yuxuda it görməyin yuxuyozması

Yuxunuzda ətrafda sürü halında gəzən itlər görməyiniz içdən-içə arzuladığınız və reallaşmasını arzuladığınız bütün arzularınıza yaxın zamanda qovuşacağınız mənasına gəlir.

Yuxuda itin hücum etməsi

Yuxuda it görməyin yuxuyozması

Yuxuda itin hücum etməsini görmək; əgər hücum edən köpək sizi dişləməmişdirsə, ətrafınızda bəzi düşmənlərinizin olduğuna işarə edir. Bu düşmənlərin sizə zərərləri toxunmayacaq, ancaq yenə də içdən içə kin daşımağa davam edərlər.

Sizə hücum edən birdən çox it olmuşsa və onlara qarşı güc göstərərək qovmusunuzsa ailənizdən birilərinin əməllərinizi səhv anladığına dəlalətdir. Bu yanlış anlaşılma nəticəsində danışıq və ya mübahisə yaşaya bilərsiniz. Onlara yanlış anlaşılmanı izah edəcəksiniz və bu yanlış anlaşılma öz həllini tapacaq.

Əgər yuxunuzda itin tüpürcəkləri üzərinizə bulaşarsa, düşməninizin sözləri sizi kədərləndirəcək deməkdir.

Əgər it paltarınızı cırarsa, həll etməyiniz lazım olan işlərdə bəzi çatışmazlıqlar olacağına dəlalət edir.

Yuxuda it dişləməsi görmək

Yuxuda it görməyin yuxuyozması

Yuxuda it dişləməsi görmək, iş həyatınızda rəqabətdə olduğunuz adamların sizə zərər verəcəyi şəklində yozulur. Yuxunuzda hiss etdiyiniz qorxu və ağrı nə qədər böyükdürsə, görəcəyiniz zərər də o qədər böyük olacaqdır.

Başqa bir yuxuyozmaya görə, düşməninizin hərəkətə keçəcəyi və sizə heç də xoş olmayan şeylər edəcəyinə işarə edir.

Bu yuxu eyni zamanda dostunuz olan adamların sizi qısqanacağı anlamına da gəlir. Qısqanclıq səbəbi ilə hər hansı bir davranışda olaraq sizi incidə bilər.

Yuxuda itin əllərinizi yalamasını görmək

Yuxuda it görməyin yuxuyozması

Bir it sizə yaxınlaşaraq dostcasına bir şəkildə əllərinizi yalayır və ya qısıq səslə hürərsə; Sizə üstün gəlməyə çalışan düşmənlərinizin bu mövqelərindən əl çəkəcəyi və sizinlə razılaşmaya gələcəkləri deməkdir.

Yuxuda dişi it görmək

Yuxuda it görməyin yuxuyozması

Dişi it ətrafınızda sabit fikirli və pis xarakterli bir qadın olduğu mənasına gəlir.

Dişi it, erkək iti qovalayırsa; Pis xasiyyətli bir qadın tərəfindən pisliyə məruz qalacağınız və nüfuzunuzun düşəcəyi kimi yozulur.

Əgər dişi it erkək itləri ardına alıb və özü qarşıda gedirsə, pis yola düşmüş bir qadın və bir kişinin sizin tərəfinizdən, evləndiriləcəyinə işarə edir.

Yuxunuzda bir itin balalarını əmizdirdiyini görmək xeyirə yozulur. Əgər övladlarınız varsa onlar sizə yaxşılığı edəcəklər. Əgər subaysınızsa ailə quracağınız şəxs xeyirli biri olacaq kimi yozulmaqdadır.

Yuxuda itə yemək vermək

Yuxuda it görməyin yuxuyozması

İtə yemək verdiyinizi görsəniz mallarınızda artım olacaq və bolluq bərəkət dolu bir dövrə girəcəksiniz deməkdir.

Yuxuda bəzəkli ev iti görmək

Yuxunuzda bəzəkli ev itiniz varsa həyat yoldaşınızla aranızda xırda problemlər olduğunu göstərir. Əgər yuxunuzda bəzəkli ev itini qucağınıza almışsınızsa həyat yoldaşınıza xəyanət edəcəyiniz mənasına gəlir. Bu xəyanət cinsi yolla ola biləcəyi kimi başqalarına olan diqqət və qayğınızla da təzahür edir.

Digər bir tərəfdən bəzəkli ev iti zövq, sevinc və xoşbəxtliyə işarə edər. Bəzəkli ev iti satın almaq və ya sizə bir hədiyyə olaraq bəzəkli ev iti gətirməsi, malla bağlı qohumlar arasında baş verəcək bəzi xoşagəlməz hadisələrin olacağı kimi yozulur. Bu hadisələr bir müddət sonra anlaşma ilə yekunlaşacaqdır.

Yuxuda çoban iti görmək

Yuxuda it görməyin yuxuyozması

Yuxuda çoban iti sahibi olduğunuzu görsəniz düşmənlərinizin sizdən qorxduğuna işarə edir. Digər bir tərəfdən bu yuxu ailənizin sizə hörmət bəslədiyi şəklində də yozulur. Bundan başqa, çoban iti, maddi cəhətdən güclənəcəyiniz və malınızdan fayda əldə edəcəyinizə dəlalətdir. Sərmayə qoyduğunuz sərmayə vasitələri gözləmədiyiniz şəkildə bahalaşa və ya satın almağı düşündüyünüz maldan umduğunuzdan daha çox yararlanacaqsınız.

Yuxuda ev iti görmək

Yuxuda it görməyin yuxuyozması

Yuxuda it sahibi olmaq sizin xarakteriniz haqqında məlumatlar verir. Yuxunuzda itinizin olduğunu və onu gəzdirdiyinizi görsəniz, mərhəmətli bir şəxsiyyətinizin olduğu mənasına gəlir. Yuxunuzda bir ov itiniz varsa, dəbdəbədən xoşlanırsınız deməkdir.

Yuxuda ov iti görmək

Yuxuda it görməyin yuxuyozması

Yuxunuzda ov itiniz ilə ova çıxmağınız, düşməninizdən bir fayda qazanacaqsınız mənasını daşıyır. Ov itini qovarsanız, fayda verəcək olan düşməninizi ətrafınızdan uzaqlaşdırarsınız. Ov itinin ətini görməyiniz isə alacağınız mirası işarə edər.

Əgər ov itinin ovdan qayıtdığını görərsəniz işlə bağlı sıxıntılar yaşaya bilərsiniz. Bu yuxu ən çox işsizlik şəklində yozulur. Şəhərdə ov iti görmək də eyni şəkildə şərh olunmaqdadır.

Yuxuda itin evi batırması

Evdə bəzi əşyalarınızın, yatağınızın və ya qabınız it tərəfindən batırıldığını görməniz, həyat yoldaşınızın sizə sədaqətsizlik edəcəyi şəklində yozulmaqdadır.

Yuxuda itə çevrilmək

Yuxuda it görməyin yuxuyozması

Yuxunuzda birdən itə çevrilmişsəniz, ətrafınıza qarşı son dərəcə təkəbbürlü davrandığınıza işarə edir. Əgər yuxunuzda bir it kimi gəzir və birdən insana çevrilirsinizsə, etdiyiniz pis davranışlardan və pis xasiyyətlərdən narahat olaraq peşmançılıq yaşayacağınıza dəlalət edir. Bu hissinizin nəticəsində tövbə edəcək və haramdan uzaqlaşacaqsınız.

Yuxuda it əti yemək

Yuxuda it görməyin yuxuyozması

Yuxunuzda it əti yediyinizi görmüsünüzsə, düşməninizdən üstün bir səviyyəyə qalxacaqsınız deməkdir. Eyni zamanda bu yuxunun digər bir yozumu da harama bulaşacağınız istiqamətindədir.

Yuxuda it südü içmək

Yuxuda it görməyin yuxuyozması

Yuxunuzda it südü içərsəniz, güclü bir düşməninizin olacağı və ondan qorxacaqsınız kimi yozulmaqdadır. Yuxuda it südü görmək düşməninizdən içdən içə qorxduğunuzu göstərir.

Yuxuda itə xalta taxmaq

Yuxuda it görməyin yuxuyozması

Əgər bir itə xalta taxar və onu çəkərək gəzdirərsənizsə, bu yuxu bəzi dostlarınızın köməyinə ehtiyacınız olacağı şəklində yozulur.

Yuxuda qara it görmək

Yuxuda it görməyin yuxuyozması

Əsmər dərili və ya zənci bir düşməninizin olacağı şəklində yozulur. Bəzi yuxuyozanlar isə yaşanacaq bir narahatlığa işarə edirlər. Yuxuda qara it gördükdən sonra adamın narahatlıq yaşaması daha əvvəl tez-tez test edilmiş və bu şəkildə qəbul edilmişdir.

Yuxuda ağ it görmək

Yuxuda it görməyin yuxuyozması

Yuxuda ağ it görmək, sizə düşmənçilik edən ancaq eyni zamanda mərhəmət sahibi olan birini işarə edir.

Yuxuda it hürməsi

Yuxuda it görməyin yuxuyozması

Yuxunuzda sizə hürən amma dişləməyən it düşməninizdən pis bir söz eşidəcəyinizi göstərir. Bu adam hər nə qədər sizə zərər verməsə də canınızı sıxacaq və siz də ondan daha çox xoşlanmamağa başlayarsınız.

Yuxuda itlərin davasını görmək

İki iti dava edərkən görməyiniz düşmənlərinizdən xilas olmaq üçün onları bir-biri ilə dalaşdıracağınız mənasını daşıyır.

Yuxuda itə söykənərək yatmaq

Yuxuda it görməyin yuxuyozması

Yuxunuzda itə söykənərək yatdığınızı görməniz, güvən duyduğunuz birinin əslində düşməniniz olduğunu göstərər. Bununla yanaşı işlərinizdə xırda problemlərlə qarşılaşarsınız.

Yuxuda qaçan it görmək

Sizdən qaçan it, düşməninizin sizdən qorxduğunu göstərir. Düşməniniz sizdən çəkinəcək və sizə zərər verməkdən daha çox uzaq qalmağı üstün tutacaq.

Yuxuda it balası, küçük görmək

Yuxuda it görməyin yuxuyozması

Yuxuda it balası görmək sevimli bir uşaq şəklində yozulmaqdadır.

Yuxuda hürmək

Yuxunuzda itlərlə birlikdə hürmüsünüzsə, arzularınız gerçəkləşəcək kimi yozulmaqdadır.

Yuxuda it öldürmək

Düşmənlərinizi məğlub edəcəyiniz mənasını daşıyır.

Yuxuda itlə danışmaq

Yuxuda it görməyin yuxuyozması

Yuxunuzda itlə danışdığınızı görməyiniz gizlənəcəyinizi işarə edir. Bu gizlənmə, hisslərinizi dostlarınızdan və ailənizdən gizlədə biləcəyiniz kimi, düşmənlərinizin sizə zərər verməməsi üçün özünüzü onlardan çəkməyiniz şəklində də yozulur.

Yuxuda it ölüsü görmək

Yuxuda it görməyin yuxuyozması

Yuxunuzda ölmüş bir it görməyiniz üç fərqli şəkildə yozulur: Hər hansı bir narahatlıq yaşaya bilərsiniz, bir məsələdə canınız sıxıla bilər, çətinlik törədən işlərlə məşğul olmağınız lazım ola bilər.

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
1
emotion
1
Dostlarınla paylaş:
18 gün əvvəl
191 dəfə oxundu
Fikir yazmaq üçün ilk.az hesabınıza daxil olun.