Yuxuda pişik görməyin yuxuyozması

Yenilənmə tarixi: 2022-08-31

Yuxuda pişik görmək həm xeyir, həm də şər deməkdir. Yuxu sahibinin övladı olacağına, ətrafında düşmənlər ola biləcəyinə işarədir. Bu yazımızda yuxuda pişik görmənin fərqli yuxuyozmalarını araşdırdıq.

Yuxuda pişik görmək, övlada, düşmənə, kinə, ikiüzlü insana işarədir.

Fərqli bir yuxu yozmasına əsasən isə yuxuda pişik görmək riyakar insanlarla qarşılaşacaqsınız yauxd bir məsələdə ümidiszliyə düşməyinizə işarədir.

Yuxuda qara pişik görmək

Yuxuda qara pişik görmək

həyatında böyük mübahisə və münaqişələrə yol açacaq bir insanın varlığına, yaxın müddət ərzində qardaşlar arasında böyük mübahisə baş verməsinə səbəb olacağına, əgər bu hadisələrin daha da böyüməsi arzu olunmursa, bu adamın ətrafınızdan uzaqlaşdırılması lazım olduğuna işarət edir.

Yuxuda pişik sesi eşitmək

Bəzi yozumalara əasən, yuxunuzda pişik zingiltisi eşitməyiniz, qeybətə daxil olacağınız barədə xəbərdarlıq xarakteri daşıyır.

Yuxuda pişiyi dişləmək

Yuxuda pişik dişlədiyini görmək əziyyət çəkdiyiniz xəstəliyin bir az da davam edəcəyinə işarədir. Əgər xəstə deyilsinizsə, sağlamlığınız ilə əlaqəli məsələlərdə diqqətli olmasınız çünki uzun müddətli bir narahatlıq keçirə bilərsiniz.

Yuxuda pişik öldürmək

Yuxunuzda pişik öldürmək, real həyatda oğru ilə üzləşərək onu tutmağınıza işarə edir. Başqa bir yozuma əsasən isə pişik öldürmək rahata qovuşmağa işarədir.

Yuxuda dişi pişik görmək

Yuxuda dişi pişik görmək

Yuxuda dişi pişik bir tərəfdən faydası olarkən, bir tərəfdən də sizə zərər verə biləcək bir adamı təmsil edir. Yuxuda dişi pişik görmək pis xarakterli bir qadına işarə edir.

Gördüyünüz dişi pişik əgər ev pişiyidirsə, yuxunuz çətinliklərdən xilas olmağa işarə edir. Gördüyünüz dişi pişik əgər küçə pişiyirdirsə, ətrafınıza kiminsə hərəkət və davranışlarının nəticəsi kimi çətin bir vəziyyətlə qarşılaşacaqsınız deməkdir. Dişi bir ev pişiyi sizi cırmaqlaya bilərsə, bir illik müddət ərzində əmin-amanlıq və xoşbəxtliyiniz daimi olacaqdır. Həmçinin evə də bərəkət gəlir. Yuxuda görülən dişi pişik hiyləgər və ikiüzlü bir qadının da simvoludur.

Yuxuda pişik sidiyi görmək

Xeyirli bir şəkildə başlayan bir işin, bir müddət sonra zərər gətirirəcək bir hal alacağına, bəzi problemlərin baş qaldıracağına, sevilən bir yoldaşla aranın dəyəcəyinə, maddi və mənəvi olaraq çox böyük zərərə məruz qalmış və ailə üzvləri ilə aranın dəyəcəyinə iaşrətdir. Həmçinin iş məsələsində kömək əli uzadılan bir nəfərdən xəyanət görüləcəyinə yozulur.

Pişik ilə dalaşmaq

Yuxunuzda pişiklə dava edib və məğlub olmusuzsa, xəstəliyinizdən çox sürətli bir şəkildə xilas olmağınıza işarədir. Həmçinin bu yuxu xoşbəxt çox da uzaq olmadığının, hər an xoşbətliyə qovuşa biləcəyinizə dəlalət edir.

Yuxuda pişik olmaq

Yuxuda pişik olmaq, yuxu sahibinin özünə xeyir verməyəcək işlər görməsinə dəlalət edir. Bu uzun bir müddət işlərinizin tərs gedəcəyindən xəbər verir. Yuxunuzda pişiyə döndükdən sonra başqa bir pişiklə dava etsəniz, qurmağı planladığınız işlə əlaqədar olaraq vicdansız bir kimsə ilə tərəfdaşlıq edəcəyinizə, yaxud bu adamdan kömək qəbul edəcəyinizə, amma həmin şəxslə mübahisə edərək iş münasibətinizi sonlandıracağınıza işara edir.

Pişiyin sürtünməsi

Yuxuda pişik sizə özün sürtdüyünü görmək, çevrənizə qarşı biraz diqqətsiz, həmçinin saf hərəkətlər etdiyinizə, onlar haqqında çox saf fikirlərinizin ola biləcəyinə işarə edir. Həddindən artıq köməkcil və xoş niyyətdən sonra qədir bilməzcəsinə edilən hərəkətlər ilə üzləşə bilərsiniz. Ehtiyyatlı olmağınızın lazım olduğuna dəlalət edən bu yuxu sizin bir məsələdə aldadıla biləcəyinizdən də xəbər verir.

Yuxuda pişik satmaq

Yuxuda bir pişiyi satdığınızı görmüsüzsə, var-dövlətinizdən itki vermək yaxud daşınmaz əmlakınızı satacağınıza işarət edə bilər.

Yuxuda pişik yalamağı

İş mövzusunda yaxşı bir şəxsdən alınacaq dəstək ilə böyük bir uğur qazanacagına, əmin-amanlığı qaçıran halların ortadan qalxacağına, mübahisələrin sona çatacağına, gözəl bir münasibətə başlanacağına, sıxıntılı bir işin ardından rahatçılığa çıxacağına və xəyallara yaxın bir vaxt ərzində qovuşacağına dəlalət edir. Yuxu sahibi, xeyirli bir yola çıxıb bu yolda uğurlu olacaq deməkdir.

Yuxuda ölü pişik görməyin yuxu yozumu

Yuxuda pişik öldürmək, yaxud öldürülən bir pişik və ya pişiyinin itməsi kimi pişiyə gələn zərərlə bağlı hər hansı bir yuxu görmək azadlığınızın əlinizdən alınması kimi yozulur. Heç də istəmədiyiniz bir şəkildə öz azadlığınızı məhdudlaşdırır ola bilərsiniz. Həmdə bu sizin öz seçiminiz də ola bilər.
Bunlara nümunə kimi, evlilik ərəfəsində bir kişi belə bir yuxu görürsə evliliyin azadlığını məhdudlaşdıracağını hesab edə bilər. Həyatınızda azadlığınızı məhdudlaşdıran halları aşkar etməli və həll yolu olanları həll etməlisiniz.

Yuxuda pişik tumarlamaq

Yuxuda pişik tumarlamaq

Əgər pişikləri xoşlayırsızsa, yuxuda pişik görmək yaxşı dost deməkdir. Pişik tumarlamaq isə onunla olan xoş münasibətiniz kimi şərh olunur.

Yuxuda pişiyin itməsi

Yuxunuzda gördüyünüz pişiyin itməsi narahatlığınızın alovlanacağı yaxud bir məsələdə sıxıntıya düşməyiniz şəklində izah olunur.

Yuxuda ağ pişik görmək

İş ilə əlaqəli qazanılan nailiyyətləri qısqanan bir insanın varlığına, ancaq bu insanın yuxu sahibinə bir zərər verməyəcəyi kimi yozulur. Ailə münasibətlərindəki xoşbəxtliyi gözü götürməyən pis niyyətli bir insanın ailə üzvlərinin aralarını vurmaq üçün bəzi oyunlar aparacağına ancaq heç cür uğurlu olmayacağına işarədir.

Yuxuda sarı pişik görmək

Heç vaxt hiyləgər olduğundan şüblənənməyəcəyiniz amma bir hiylə işlədəcək bir şəxs ilə üzləşəcəyinizə, bu adam ilə çox sıx rəqabət içinə girəcəyizə ancaq daha sonra edəcəyi bir səhv ucbatından öz qazdığı quyuya düşəcəyindən xəbər verir. Bundan başqa, bəzi qazanc sahələrində baş verəcək qısa müddətli çətinliklərə tərzində də şərh olunur.

Pişik tükü görmək

Bir işə başlayarkən müxtəlif problemlərin ortaya çıxacağına ancaq bu vəziyyətin uzun müddət davam etməyəcəyinə, yeni bir iş ilə əlaqəli olan bir problem çıxacağına amma bu problemin də çox çəkməyəcyinə və daha sonra işin qaydasına düşəcəyindən xəbər verir.

Yuxuda pişiklə daşlamaq

Ailənizi qısqanan və sahib olduğunuz xoşbəxtlikdə gözü olan bir nəfərin ailə üzvləri ilə bağlı bəzi planları olduğuna, bu adamın ailədən uzaqlaşdırılmalı olduğuna, əks halda çox ağır və kədərli hadisələrin baş verəcəyinə və evdə əmin-amanlığın pozulacağına işarə edir. Həmçinin, gözəl günlər keçiriləcəyinə, xeyirli bir qismətlə evlilik yolunda addım atılacağına və yaxın bir vaxt ərzində övlad sahibi olacağına dəlalət edir.

Yuxuda pişik yandırmaq

Xeyirsiz bir kimsə nin sizə verdiyi zərərə görə üzləşəcəyiniz arzuolunmaz halların baş verəcəyinə, buna görə də bəzi səhv qərarlar qəbul ediləcəyinə, işlərin daha pis bir hal alacağına, maddi olaraq qarşılaşılan zərər ilə yanaşı həmdə mənəvi zərərə məruz qalınağınq işarət edir. Həmçinin, çətin bir vəziyyətin sevilən bəzi şəxslərin verəcəyi dəstək hesabına asanlıqla həll ediləcəyinə, işlərin daha yaxşı bir hal alacağına, çətinliklərin sona çatacağına və qazancın get-gedə çoxalaraq artırılacağına əlamət edir.

Yuxuda pişik işəməyi görmək

Yuxu görən şəxsin heç gözləmədiyi bir vaxtda pis bir adam ilə üz-göz olacağına, işlərlə əlaqədar olaraq bu şəxs ilə tərəfdaşlıq qurulacağına, çətinliklərin artacağına, çətin günlər keçiriləcəyinə, atılan addımların böyük bir sıxıntıya yol açacağına, törədilən xətanın bir problem yaradacağına və buna görə də uzun bir müddət ərzində təəssüf hissi keçiriləcəyinə işarə edir.

Yuxuda quyruqsuz pişik görmək

Yuxuda quyruğu olmayan bir pişik görmək, həyatınızın çox da rahat olmadığını, sərbəst şəkildə qərar qəbul edə bilmədiyinizi və buna görədə narahatlıq hiss etdiyinizi göstərir.

Yuxuda pişik balası

Yuxuda pişik balası

Yuxuda pişik balası görmək müstəqilliyə doğru bir keçid mərhələsində olduğunuzu göstərir. Bu müstəqillik həyatınızın böyük bir qisminə təsir göstərəcəyi kimi sadə qərarlarınızla əlaqəli də ola bilər. Bunlara nümunə kimi həyatınızda yox deyə bilməyədiyiniz insanlara yox deməyi öyrənməyə başlaya bilərsiniz. Həyatın bəxş etdiyi yeni şeyləri kəşf etmək üçün hazırsınız olduğunuzu göstərir. Digər bir tərəfdən belə bir yuxu isməta və saflığa əlamət edir.

Pişik balasının bir it balasına çevrildiyini görmek şəxsi həyatınızda bir dəyişiklik olacacaq deməkdir. Əgər həyatınızda hazırda belə bir dəyişiklik yoxdursa həyatınızda yeni dəyişikliklər axtarşında olduğunuzu göstərə bilər.

Yuxuda pişik əti yemək

İş həyatı və ailə həyatı ilə əlaqəli atılan addımların qazanc gətirəcəyinə, düşmənlərin məğlub ediləcəyinə, problemlərin həll ediləcəyinə və xeyirsiz adamların ailədən və nəsildən dəf ediləcəyinə işarə edir. Əldə olan imkanlarla ən yaxşı şəkildə bir iş quracağına, çalışqan bir adam ilə bir yola düşəcəyinə və qısa müddət içində bir evə sahib olacağına əlamətdir.

Yuxuda pişik görüb öldürmək

Ailə həyatında baş verən mübahisələr və davalardan xilas olmaq üçün və iş həyatında baş verəcək maddi və mənəvi böyük itkilərin qarşısını almaq üçün rəqiblərə və ailə üzərində gözü olan pis niyyətli insanlar üçün tədbirlər görəcəyinə və bu tədbirlər hesabına problemlərin böyük nisbətdə həll ediləcəyinə işarət edir. Həmçinin, xoşbəxt ailə mənzərəsini pozmağa çalışan insanlarla mübarizə ediləcəyinə işarədir.

Yuxuda pişik əzizləmək

Yuxu görən adamın içində olduğu mühitə və ya vəziyyətə görə dəyişdiyini göstərir. Əgər işlə əlaqədar bir qərar qəbul ediləcəksə, tərəfdaşlıq qurulan yaxud maddi dəstək istənilən adamın pis niyyətli bir adam ola biləcəyinə işarə edir. İzdivacla əlaqədar bir hal varsa, yaxın müddət ərzində sağlam bir uşağa sahib olacağına əlamət edər. Bundan başqa, çox sevindirəcək bir xəbər alacağına və bu informasiya əsasında qazanclı bir işə düşəcəyinə ancaq atılacaq addımlarda diqqətli olmaq lazım olduğu kimidə yozulub, sərh olunur.

Evə girən pişik

Evə pişik girdiyini görmək, evə oğru girəcəyindən xəbər verir. Evə girən pişik evdəki yeməkləri yeyərsə, oğru evinizdən bəzi əşyaları alıb gedəcəkdir.
Səhər namazından sonra pişik görülməsi, altı gün ərzində davam edəcək bir narahatlıq keçirəcəyinz şəklində şərh olunur.

Yuxuda pişik cırmaqlaması

Yuxuda pişik cırmaqlaması, ətrafınızda sizə olan düşmənçiliyini gizlətməyən adamlar olacağına işarə edir. Bu düşmənlərə qarşı diqqətli olmalısınız çünki həqiqətən də son dərəcə təhlükəli ola bilərlər.

Əgər sizə bir erkək pişik hücum edirsə, bir xəstəlik keçirəcəyiniz şəklində şərh olunur. Əgər bu pişik vəhşi bir erkək pişikdirsə keçirəcəyiniz ağır və şiddətli bilər deməkdir.

Yuxuda pişik ilə danışmaq

Yuxuda pişik ilə danışmaq

Çətin vəziyyətdə olan bir adama yardım ediləcəyinə, ancaq işlə əlaqəsi olmayan, qeybətçil və pis qəlbli bir insanın köməyə mane olmağa çalışacağına, buna görə onunla bütün əlaqələrin kəsiləcəyinə və iş həyatında daha diqqətli addımlar atacağına işarət edir.

Yuxuda pişik ve siçan görmək

Yuxunuzda bir pişik və siçanın dost olduqlarını görəsiniz ikiüzlü insanlarla bir qarşılaşacağınız şəklində şərh olunur.

Ana və bala pişikləri bir yerdə görmək

Yuxunuzda anası ilə birlikdə balaca pişiklər görmüsüzsə, bəzi məsələlərdə narahat ola biləcəyinizə işarədir.

Yuxuda vəhşi pişik görmək

Görüləcək işdə çox güclü bir rəqiblə qarşılaşacağına, problemli bir vaxt keçiriləcəyinə, işlərin ləngiyəcəyinə, bəzi layihələrin təxirə salınacağına, gözlənilməz bir zərərlə qarşılaşacağına, yaxın bir adamın tutacağı bir xəstəlik ucbatından kədər hisi keçiriləcəyinə və sahib olunan malların bir qisminin satılacağına işarət edir.

Yuxuda qara pişiyin dişləməsi

Ümumiyyətlə yuxuda qara pişik görmək uğursuzluğa işarədir. Görülən işlər və həyata keçirilən layihələr hesabına qazanılan nailiyyətləri və gəlinən mövqeyi qısqanan bir adamın, böyük bir plan qurduğuna, bu planı həyat keçirməsi ilə birlikdə yuxu görən adamın maddi olaraq böyük itkiyə məruz qalacağına, sevdikləri arasının dəyəcəyinə və çətinlik çəkəcəyi kimi yozulur. Gözlənilməyən bir vaxtda və heç uyğun olmayan bir səbəbdən ötrü çox zərər çəkmiş və uzun bir müddət ərzində bu zərərdən xilas olmaq üçün səy sərf olunacağına dəlalət edir.

Yuxuda pişiyin doğduğunu görmək

Yuxu görən adamın, iş məsələsində çox yaxşı bir nöqtəyə gələcəyinə, onun qarşısına bəzi problemlər çıxacağına, bu problemlərin getdikcə artacağına, dərdlərin artacağına ancaq daha sonra tədricən aradan qalxacağına və rahat bir nəfəs alacağına yozulur. Həmçinin çox istənilən bir işin böyük bir səy göstərilərək edilə biləcəyinə, buna görə də daha yaxşı iş rejiminə keçilməsi lazım olduğu şəklindı şərh edilir.

Yuxuda pişik qanı görmək

Yuxu görən adamın, gördüyü işdə bəzi problemlər üzə çıxa çıxacağına, buna görə də biraz zərər çəkəcəyinə, sıxıntılı günlər keçiriləcəyinə ancaq sevilən bir adamın işə əl atması ilə daha böyük problemlər ortaya çıxmadan problemlərindən qurtaracağına və işlərin daha yaxşı və daha qazanclı bir vəziyyətə gətiriləcəyinə yozulur. Həmçinin, verilən qərarlar əsasında daha yaxşı bir işə daxil olunacağına, çox arzu edilən bir şeyə sahib olacağına və çətinliklərdən xilas olacağına işarətdir.

Yuxuyozmaya aid digər ən çox oxunan məqalələrimiz:
Məqaləyə emosiya bildir:
emotion
263
emotion
94
emotion
78
emotion
124
emotion
100
emotion
99
emotion
108
Dostlarınla paylaş:
4 il əvvəl
218582 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (12)
Sedyar (5 ay əvvəl)
Pisik
Aynur (8 ay əvvəl)
Hamile pisik ne mena verir
Gülövşə (1 il əvvəl)
Yuxuda bir taniş terefinden yaralanan pişik gorurem pişikin ayaği ağsayir sora can vermeye başlayir birden pişiyin bedeni burularaq quruyur ve mende başka bir tanişi qucağlayib ağlayiram çox ağlayir xaiş bunun yozmasini yaza bilersiz
Aylin Həsənzadə (1 il əvvəl)
Yuxida məni saxladığım ağ pişik dişledi
Elnur muradzade (1 il əvvəl)
Pisik yaxsi heyvandi hec vaxt ne yuxuda nede ki bele ziyan vermez yazilanlara baxmiyin
Leyla (2 il əvvəl)
Men yuxuda dalaşmiş qani üstünde pişik gördüm mence o qonşu pişiyidi ama mene ziyan vermedi yaxin durmadi öz dili qani temizleyir.Yerde qan yox idi.
Jerry (2 il əvvəl)
Gördümki 2 dənə sarı pişik dalaşır
Mehriban (3 il əvvəl)
Ev pişiyim yuxuda onun suya düşüb boğulduğunu gördüm çətinliklə çıxarıdım əlimlə qarnına basdım ağzında su toküldü sonra dirildi
Reksane (3 il əvvəl)
Yuxuda her cinsden pisik gormusem gah pisik balasi ayagimi cirmaqliyir gah ana pisik olur her novde pisik gormusem
Elcin (3 il əvvəl)
Goruremki pisiy cumur qoyunu arxadan disdiyir