Yuxuda siçan görməyin yuxuyozması

Yenilənmə tarixi: 2021-10-12

Yuxuda siçan görmək nə anlam verir? Yuxusuna siçan görən şəxs buna necə izah verir? Yuxuda siçan, ağ siçan, qara siçan, ölü siçan və siçan dişləməsi kimi bir çox fərqli vəziyyət görmək olar. Yuxuda siçan görmək bəzən yaxşı, bəzən pis kimi yozulur. Sizin üçün hazırladığımız yuxuda siçan görməklə bağlı məlumatı təqdim edirik.

Yuxuda siçan görmək bolluq və bərəkətə işarədir. Siçanlar bol qida olan yerlərdə gəzdikləri üçün bu yuxu bərəkətinizin çox olacağından xəbər verir. Maddi cəhətdən rahatlayacaq, xoşbəxt ömür sürəcəksiniz.

Yuxuda siçan görmək insanlar arasında geniş araşdırılan bir yuxudur. Bir çox insan yuxuda siçan görməyi mənfi bir yuxu hesab edir. Çünki insanlar üçün gəmiricilər həm qıcıqlandırıcı, həm də zərərli varlıqlardır.

Yuxuda ağ siçan görmək

Yuxuda ağ siçan görmək

Yuxuda ağ siçan görmək yuxu sahibinin gözəl günlər yaşayacağına, problemləri geridə qoyacağına işarədir. Maddi qazanın yüksələcəyi deməkdir.

Bir adam yuxuda ağ siçan görürsə, tezliklə ona zərər vermək istəyən düşmənlərindən xilas olacaq. Ümumiyyətlə, bu yuxu, insanın incimədən və hadisələrə qarışmadan problemdən xilas olacağı deməkdir.

Yuxuda ölü siçan görmək

Bu, yuxunu görən şəxsin güclü düşmənin olduğu anlamına gəlir. Həmin şəxs yuxu sahibini hər addımda izləyər və ona pislik etmək istəyinə düşər. Yuxuda ölü siçan görmək yuxu sahibinin hiyləgər olduğuna işarədir.

Yuxuda böyük siçan görmək

Bu, yuxunu görənin əlində olanların dəyərini bilməsi deməkdir. Yuxuda böyük siçan görmək sahib olduğun mal-mülkdə gözünün olması kimi yozulur. Həm də müxtəlif problemlərin qaynaqlanmasından xəbər verir.

Yuxuda qara siçan görmək

Yuxuda qara siçan görmək yuxu sahibinin qayğılı, sıxıntılı yaşayacağına, taleyinin bağlı olduğuna işarədir. Yuxuda qara siçan görmək həmin şəxsi ailəsi tək buraxmayacağına, ona dəstək olacağına eyham vurur.

Yuxuda qara siçan görən hər kəs tezliklə düşmənlərindən zərər çəkə bilər. Yuxuda qara rəng sürətli inkişaf edən hadisələri və nəticələri ifadə edir. Bir insan yuxuda qara siçan görürsə, düşmənlərini tez anlayır və hadisələrdən daha tez təsirlənir.

Yuxuda evində siçan görmək

Bu, evdə yaşayanların böyük düşmənlərinin olduğuna işarədir. Həmin düşmən sizi izləyib, təhlükə yaradacaq qədər güclüdür. Yuxuda evdə siçan görmək yuxu sahibinin yaxın dostunun tələyə düşəcəyinə, xəyal qırıqlığına uğrayacağına işarədir.

Yuxuda siçan balası görmək

Yuxuda siçan balası görmək yuxunu görənin uğurlu olacağına, nüfuzunun artacağına dəlalət edir. Yuxu sahibinin qazancı artacaq, mülk sahibi olacaq.

Kiçik siçanı yuxuda görmək yeni düşmənçilik kimi şərh olunur. Yuxu, insanın işindən və ya dostluq dairəsindən yeni əldə edilmiş düşmən kimi şərh olunur. Bu yeni düşmən yuxu sahibinin həyatına bir birliyin nəticəsində girmişdir

Yuxuda kiçik siçan görmək

Bu, yuxu sahibinin iş və ya təhsil həyatında problemlər yaranacağından xəbər verir. Yuxuda kiçik siçan görmək ağrılı bir eşq həyatına da işarədir.

Yuxuda pişik və siçan görmək

Yuxuda pişik və siçan görmək

Bu, yuxu sahibinin yaxşı övlad sahibi olacağına işarədir. Onu qürurlandıracaq, sevindirəcək övladı olacaq. Xoşbəxt olacaqlar. Yuxuda pişik görməyin yuxuyozması məqaləmizi də oxuyaraq yuxuda pişik görməyin yuxuyozması ilə tanış ola bilərsiniz.

Yuxuda siçan dişlədiyini görmək

Belə yuxunu görənin məsuliyyət sahibi olacağına işarədir. Onun haram tikə yeməyəciyndən, pis yola düşməyəcəyindən, pis vərdişlərdən uzaq duracağından xəbər verir.

Yuxuda siçan qovmaq

Yuxuda siçan qovmaq yuxunu görənin işlə bağlı yorulacağına, ailəsinə zaman ayırmasının vacibliyinə dəlalət edir. Bu, həmçinin qazanılacaq sərvətin xəbərçisidir.

Yuxuda siçan yemək

Yuxunuzda siçan əti yeyirsinizsə, bunun iki şərhi var: yeyərkən dadı pis gəlirsə və bundan diksinirsinizsə bu baş vuracağınız işin yaxşı nəticələnməyəcəyinə işarədir. Əgər yeyərkən diksinmirsinizsə, o zaman işinizdə uğurlu olacaqsınız.

Yuxuda siçan tutmaq

Subaysınızsa evlənəcəyiniz şəxsin sizə uyğun olmadığı və sizə mənəvi zərvə vuracağı anlamına gəlir. Yuxuda siçan yedizdirmək, siçanla dost olmaq düşməninizlə aranızın düzələcəyinə işarədir.

Yuxuda siçandan qorxmaq (diksinmək)

Səhhətiniz və mülkünüzlə bağlı problemə işarədir. İşinizlə bağlı çətinliklər yarana bilər. Diqqətli olmaq gərəkdir.

Yuxuda gözəl (rəngli) siçan görmək

Yuxuda gözəl siçan görmək

Pulgir dostluğa, saxta münasibətə işarədir. Sizə təsir etməyə çalışan, zərər vermək üçün gözləyən dostunuzun ola bilməsinə işarədir.

Yuxuda siçan tutmaq

Yuxu yozuculara görə, yuxuda siçan tutmaq həmin şəxsi bir nəfər tələyə salacaq. Ona pislik edəcək. Ondan qorunmaq lazımdır.

Yuxuda quyruğu qopmuş siçan görmək

Yuxuda quyruğu kəsilmiş siçan görmək əxlaqsız qadına işarədir. Eyni zamanda, düşmən anlamını verir. Belə siçan pis niyyətli, planlı, zərər verməyə niyyətli qadından xəbər verir.

Yuxuda siçanın evə girdiyini görmək

Yuxuda siçanın evinə girdiyini görən şəxsin maddi itki yaşayacağı güman olunur. Bəzənsə bu yuxu təhlükəli və zərərli düşmənlə dost olub, onunla vaxt keçirmək kimi yozulur.

Yuxuda siçanla danışmaq

Yuxuda siçanla danışan şəxs insanlara pislik edən və doğru yoldan uzaqlaşan adamla dostluq edəcək. O, sizin doğru yoldan çıxmağınız, pisliyə bulaşmağınız üçün əlindən gələni əsirgəməyəcək.

Yuxuda siçanın sizi dişlədiyini görmək

Yuxuda siçanın dişlədiyi şəxs zərərə uğrayar. Bu yuxu diqqətli olmağınıza dair xəbərdarlıq xarakterlidir.

Yuxuda siçan yuvası görmək

Yuxuda siçan yuvası görmək

Yuxu yozanla görə, bu, evlərə pis insanların gəlməsi deməkdir. Bu tərz insanlar məhəllədə və ya sizə yaxın ərazidə yaşayır.

Yuxuda siçan izləmək

Yuxuda siçan izləmək pis niyyətlilikdən, insanlara zərər vurmaq istəyindən irəli gəlir. Belə insanı cəmiyyət qınayır.

Yuxuda bir sürü siçan görmək

Yuxuda çoxlu siçanı bir yerdə görmək maddi baxımdan yüksəlişə, sıxıntıdan azad olmağa işarədir. Bəzilərinə görə bu, haram puldan xəbər verir.

Yuxuda boz siçan görmək

Bu, zərərə, qıtlığa, sıxıntıya, yalana, iş həyatındakı çətinliklərə işarədir.

Yuxuda bala siçan görmək

Fikirlərə görə, bu, əxlaqsız bir qadına işarədir. Siçan balası ilə qarşılaşan şəxs o tərzdə qadınla rastlaşacaq və ondan pislik görəcək. Bu yuxu insanları aldadan, sıxıntıya girmələrinə səbəb olan hiyləgər qadınla əlaqələndirilir.

Yuxuda siçan səsi eşitmək

Bu, qarşılaşacağınız təhlükədən xəbər verir. Belə yuxu görən şəxs diqqətli olmalıdır. Başınıza gələn müsibətə, pis adamlarla münasibətə, ölüm təhlükəsi yaşamağa işarədir.

Yuxuda siçan tələsi görmək

Yuxuda siçan tələsi görmək

Bu isə yuxu sahibinin insanları aldadacağı, hiylə ilə mal əldə etməyə çalışacağı, yalan danışacağına işarədir. Əgər tələ ilə siçan tutduğunuzu görsəniz pis insanların niyyətlərinə mane olarsınız. Tələdə birdən çox siçan görmək sizə zərər vermək istəyənərə dəlalət edir.

Yuxuda siçan nəcisi görmək

Bu, dedi-qoduya, söyüşə, əxlaqsız hərəkətə, iyrənc oyunlara işarədir. Yuxuda siçan nəcisi yeyən şəxs acı dilliliyi və insanlarla pis rəftarı ilə diqqət çəkir. Yuxuda siçan nəcisini yatağında görən şəxs əxlaqsız, etibarsız bir qadınla evlənir və ona görə cəhənnəm həyatı yaşayır.

Yuxuda siçanla oynamaq

Yuxuda siçanla oynamaq yuxu sahibinin əxlaqsız qadınla vaxt keçirəcəyinə, onunla eyni evdə yaşayacağına, zərər görəcəyinə işarədir. Bəzənsə bu yuxu zülmkar adamdan xəbər verir.

Yuxuyozma barədə digər məqalələrimiz:
Məqaləyə emosiya bildir:
emotion
53
emotion
28
emotion
13
emotion
40
emotion
17
emotion
32
emotion
57
Dostlarınla paylaş:
4 il əvvəl
80477 dəfə oxundu
ilk.az-çılar nə deyir?