Yuxudan nəfəs darlığı ilə oyanmaq hansı xəstəliyin əlamətidir?

Yuxu apnesi yuxu zamanı tənəffüsün dayanması kimi müəyyən edilir. Apnenin öz içində çeşidləri olduğunu söyləyən otorinolarinqologiya mütəxəssisi prof. dr. Ziya Saltürk, "İnsanın yuxu zamanı nəfəsi dayanırsa, nəfəs darlığı ilə oyanırsa və ya yüksək səslə xoruldayırsa, yuxu apnesindən şübhələnə bilər" deyərək mühüm detalları açıqlayıb.

O, yuxu apnesinin bir çox əlamətinin olduğunu söyləyib: “İnsanın yuxu zamanı nəfəsi dayanırsa, nəfəs darlığı ilə oyanırsa və ya yüksək səslə xoruldayırsa, apneni fərq etmək asandır. Bəzən apnelər hiss olunmur, lakin xəstə səhər yorğun oyanırsa, gün ərzində diqqətini cəmləməkdə problem yaşayırsa, , səhərlər ağzı quruyursa, gecələr tez-tez oyanırsa və çox tərləyirsə, yuxu apnesindən şübhələnə bilər. Bəzən isə arıqlaya bilməmək, diabet və ya hipertoniyaya nəzarət edə bilməmək də əlamətlər arasında yer tutur”.

Yuxu apnesi hər yaşda baş verə bilər.

Yuxudan nəfəs darlığı ilə oyanmaq

Apnenin yalnız artıq çəkili insanlarda görülmədiyini vurğulayan Saltürk sözlərinə belə davam edib: “Yuxu apnesi hər yaşda görünə bilər. Yuxu apnesi genetik meyl, tənəffüs yollarında problem, burunda tıxanıqlıq, badamcıqların böyük olması nəticəsində baş verə bilər. Xüsusilə uşaqlarda yuxu pozğunluğu olduqda və ağzı açıq şəkildə yatdıqda yuxu apnesindən şübhələnmək lazımdır. Apne erkən müdaxilə ilə düzəldilə bilər. Nəzərdən qaçırıldıqda isə uşağın inkişafı pozulur, boyu və çəkisi artmır və digər sağlamlıq problemləri yaranır”.

İdeal çəkidə olmaq yuxu apnesinin qarşısını alır.

Bəzi insanlarda yuxu apnesinin yan yatdıqları zaman meydana gəldiyini ifadə edən Ziya Saltürk, “Düz yatdığınız zaman hava yollarının tıxanması asanlaşır. Müayinədən sonra yalnız düz yatarkən apne olduğu aşkarlanan xəstələrdə bu şəkildə yatmağın qarşısını almaq üçün profilaktik tədbirlər görülə bilər, lakin bu, bütün xəstələr üçün keçərli deyil. Bundan əlavə, xəstələrə siqaret çəkməmələri, əgər çəkirlərsə tərgitmələri tövsiyə olunur. Bununla belə, normal qidalanmaya fikir vermək və ideal çəkidə olmaq da vacibdir” deyə vurğulayıb.

Xroniki yorğunluğa və ya konsentrasiya əskikliyinə diqqət yetirilməlidir.

Yuxudan nəfəs darlığı

Prof. Dr. Saltürk yuxu apnesinin bütün bədənə təsir etdiyini söyləyib: “Təzyiqin artması, arıqlaya bilməmə, yorğunluq, halsızlıq, konsentrasiya pozğunluğu, baş ağrısı, ürək çatışmazlığı, unutqanlıq, qan şəkərinin azalması kimi bir çox sağlamlıq probleminə səbəb ola bilər. Bunlar xəstədə fərq edildikdə həkimə müraciət olunmalıdır. Xüsusilə KOAH kimi xroniki ağciyər xəstəlikləri olanlarda bu problem diqqətlə araşdırılmalıdır”.

Müalicə xəstənin vəziyyətinə uyğun olaraq təyin edilməlidir.

Xəstənin vəziyyətinə uyğun müalicə üsulu tətbiq olunduğunu bildirən mütəxəssis “İlk olaraq xəstə ilə danışıb ilk diaqnozu qoyulur. Daha sonra xüsusi otaqda hazırlıq görülür və yuxu rejimi yoxlanılır. Bəzi hallarda xəstənin burnunda sümük əyriliyi yuxu apnesinə səbəb ola bilir, belə hallarda xəstənin tənəffüs yolları ilə bağlı problemləri həll edilir. Əgər xəstə gəncdirsə və ağır apnesi yoxdursa, ilk növbədə LOR müayinəsi aparılır və mümkün hallar qiymətləndirilir. Məsələn, badamcıqlar çox böyükdürsə, kəsilməsi və ya burun sümüklərindəki əyriliklərin düzəldilməsi planlaşdırıla bilər” deyə məlumat verib.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
0
emotion
1
emotion
1
emotion
1
emotion
0
emotion
0
Dostlarınla paylaş:
11 ay əvvəl
1969 dəfə oxundu
ilk.az-çılar nə deyir?