Sevgilinizi 14 fevralda ənənəvi hədiyyələrlə yola verməyin. Ona qeyri-adi sürprizlər edin.

1. Əl əməyinizlə sürprizlər edin


Onlarla rəngbərəng şarı üfürüb evə yığın. Bir neçə dənə də uçan şar alın və iplərinə ürək sözlərinizi yazın.

2. Kinoteatrda öz filminizi ona izlətdirin


Bəli, kinoteatrı bağlatmaq çətin ola bilər. Həm də maddi cəhətdən baha başa gələr. Bunun üçün bir təklifimiz var. Sevgilinizə bir vide hazırlayın və filmdən əvvəl kinoteatrda göstərilməsi üçün razılıq əldə edin. Eyni filmə dostlarınıza da bilet alın, lakin sevgiliniz onları fərq etməsin. Videonu izlədikdən sonra işıqlar yansın və dostlarınız sizi və sevgilinizi alqışlasın.

3. Elə bilirsiniz, təkcə kişilərin qəlbinə gedən yol mədələrindən keçir?


Ona ən sevdiyi yeməyi öz əllərinizlə bişirin. Otağı xoş qoxulu şamlarla bəzəyib, gözəl masa hazırlayıb, sevdiyiniz eşq mahnıları ilə dolu bir gecəni sevgilinizə hədiyyə edin.

4. Kinderlərdəki sevgi


Kinderlərin içini çox da dağıtmadan açın və içlərinə kiçik kağızlar qoyub paketləyin. Hətta kinderin içinə hədiyyə olaraq kiçik bir bilərzik də qoya bilərsiniz.

5. Sevgilinizin otağına daxil olun və...


Bunu hər sevgili etməyə bilər, amma nəticəsi çox gözəl olacaq. Sevgilinizin otağındakı divara sevgi məktubları vurun. Həmçinin onunla çəkdirdiyiniz fotoları da divara yapışdıra bilərsiniz.

6. Onun rəsmini çəkdirin


Sevgilinizin bir-birindən gülməli və gözəl fotolarını rəssama çəkdirin. Bunu bir albom şəklində ona hədiyyə edin.

7. Sevgilinizi təəccübləndirin


Onunla görüşə gedərkən köynəyinizə onun rəsmini həkk etdirin və rəsmin altında gözəl sözlər olsun. Sizi belə geyimdə görəndə heyrətlənəcək.

8. Məsafələr sizə əngəl olmasın


Əgər sevgilinizlə ayrı-ayrı şəhərlərdə yaşayırsınızsa, ondan hansı çiçəyi daha çox sevdiyini soruşun. Çiçəyin adını öyrənib onun yaşadığı şəhərdəki bir gül dükanına bildirin və tez bir zamanda həmin çiçəklərdən bir buket düzəldib ona aparmalarını istəyin. Qısa bir məktub yazmağı da unutmayın.

9. Bir az çılğınlıq edin


Ticarət mərkəzinin alt qatında ürək şəklində düzülmüş insanlar və onların ətrafındakı şarlar və çiçəklər... Ən üst qatda sevgiliniz və siz. O, sizin bu sürprizinizdən çox təsirlənəcək

10. Sevgilinizin maşınını bəzəyin


Bəli, səhv oxumadınız. Sevgiliniz evdən çıxıb maşınına doğru gedəndə sizin məktublarınızla örtülü maşına baxıb heyrətlənəcək.

11. Bu sürprizi edən kişidən qadın əsla əl çəkməz!


Həyat yoldaşınızın getdiyi qadın salonu ilə razılaşın. Həyat yoldaşınızın ora gələcəyini deyin və ödənişi əvvəlcədən edin. Ona gözəllik salonuna getməyini deyin. Axşama qədər istədiyi qulluğu etdirsin və axşam onu oradan götürüb bir restoranda şam yeməyinə aparın.

12. Oyun kartlarında sevgi


Oyun kartlarının arxasına onu sevməyinizin 52 səbəbini yaza bilərsiniz.

13. Ona böyük bir qəlb bağışlayın


Böyük bir müqəvvanı qəlb formasında kəsdirib üzərini fotolarınız və güllərlə bəzətdirin. Bu gözəl və mənalı hədiyyə onu xoşbəxt edəcək.

14. Öz sevgi kurabiyənizi hazırlayın


Şəkər xəmirində kurabiyə hazırlayın. Bunu etməyi saytlardan öyrənə bilərsiniz. Qəlb şəklində olan və üzərində gözəl sözlər yazılmış kurabiyələr sevgilinizi çox sevindirəcək.

Sevgiliyə hədiyyə fikirləri: