İstədiyiniz zaman qanınızdakı oksigen səviyyəsini ölçə bilən, EKG çəkə bilən, yuxu və fitness saatlarınızı tənzimləyən Apple Watch Series 6 modelini yaxından araşdırmışıq. Bu saatla bağlı məlumatları təqdim edirik:

Apple Watch Series 6 texniki xüsusiyyətləri:

  • Ölçü: 44 x 38 x 10.4mm
  • Çəki: 36,5 qr
  • Batareya: 18 saat
  • Ekran: 368 x 448 LTPO OLED
  • Əməliyyat sistemi: WatchOS
  • Bluetooth: 5.0
  • Rəng: boz, mavi, qızılı, qırmızı

Apple Watch Series 6 incələmə

1. Yenilənmiş 4 sensor sayəsində tətbiqin köməyi ilə istədiyiniz yerdə qanınızdakı oksigen miqdarını asanlıqla ölçə bilərsiniz. Bu proses LED lampalarının işıqlarını biləyinizə göndərərək qanın rəngini əbul edir. Beləliklə, oksigen dəyəri asanlıqla ekranda görünür.


2. EKQ tətbiqini açaraq və 30 saniyə ərzində Digital Crown qisminə barmağınızı tutaraq ürəyinizin döyüntü ritmlərini izləyə bilərsiniz. Apple Watch Series 6 mənfi dəyərlərlə qarşılaşırsa, həkimə müraciət etməyinizi xəbərdar edir.

3. Yuxu saatlarınızı hər gün izləyərək məlumat bazası yaradan Apple Watch Series 6, yuxu rejiminin yaxşılaşmasına kömək edir. Yeni hazırlanmış yuxu tətbiqinə daxil olaraq məlumatlarınızı görə bilərsiniz.

4. İçərisinə daxil olan bir çox idman rejimi sayəsində bütün hərəkətlərinizi ən yaxşı şəkildə hesablaya bilərsiniz. Apple Watch Series 6-nın Retina ilə işləyən ekranı digər modellərdən 2,5 dəfə daha parlaq görünüşə sahibdir.


5. Altimeter texnologiyası idman etdiyiniz zaman hərəkətlərinizi izləyir. Əvvəlki Apple Watch
modellərindən fərqli olaraq bu seriya qırmızı və mavi rəng seçimlərində təklif edilir.

6. Retina özəllikli ekran hər zaman açıq qalır və biləyinizi qaldırmadan məlumatları asanlıqla əldə etməyə kömək edir. Apple Watch Series 6, iPhone ilə əlaqəli olduğu müddətdə səsli zənglərdən, mətn mesajlarından, xəritə xüsusiyyətlərindən istifadə etməyinizə imkan yaradır.


7. Boz, mavi, qızılı, Black Unity və qırmızı olmaqla 5 rəng seçiminə sahib olan Apple Watch Series 6-da zövqünüzə görə seçə biləcəyiniz fərqli kabro modelləri mövcuddur.

8. Apple tərəfindən buraxılan ən son ağıllı saat modeli olan Apple Watch Series 6-nın qiyməti 3800-4300 TL dəyərindədir.