Həyat xüsusilə valideynlər üçün çox yorğun keçir. Görüləcək işlərin sayı günü-gündən artır. Araşdırmalar göstərir ki, evdə uşaqlarla müntəzəm olaraq səmərəli vaxt keçirməyin böyük əhəmiyyəti var.

Təhsil mütəxəssisi Abdulkadir Özbek uşaqlarınızla birlikdə məşğul olduğunuz fəaliyyətlərin faydalarından danışıb.

Övladlarınızla bağ qurmaq vacibdir, sağlam bir əlaqə yalnız uşaqlarınız üçün deyil, sizin üçün də faydalı olacaq. Uşaqlarınızla daha az vaxt keçirdiyinə görə narahat olmaqdansa, bu anları özünüz və uşağınız üçün unudulmaz anlara çevirmək daha məqsədəuyğundur.

Ailəlikcə yemək yeyin


Müasir dünyada bütün ailə üzvlərinin bir masa ətrafında toplaşaraq vaxt keçirməsi çətinləşib. Ailə üzvləri işləyir, hər kəsin gəliş saatları fərqlidir, uşaqların məktəbdə keçirdikləri vaxt müxtəlifdir. Üstəlik, uşaqlar dərsdən sonra əlavə kurslara qatılırlar. Belə olan halda birlikdə şam yeməyi yemək çətin görünür. Ancaq bu heç də qeyri-mümkün deyil və birlikdə şam yeməyi yemək, söhbət etmək ailə bağlarını gücləndirir.

Yuxu rejimi tətbiq edin


Yatmazdan əvvəl uşaqlarınızla ünsiyyət qurun. Ən azı yarım saat birlikdə vaxt keçirməyə çalışın. Dişlərinizi fırçalayın, yataqda uzanın, göz-gözə təmasda olun, hekayələr oxuyun, söhbət edin və sevginizi təkcə sözlərlə deyil, hərəkətlərlə də göstərin.

Səhər rejimi qurun


Uşaqlarınız səhər yuxudan oyananda 5 dəqiqənizi ayırmağınız belə kifayətdir. Qucaqlaşmaq, danışmaq və ya kiçik oyunlar oynamaq onlara günə xoşbəxt başlamağa kömək edir.

Birlikdə yemək hazırlayın


Şam yeməyi hazırlığını əyləncəli etmək sizin əlinizdədir. Hər kəs öz inqrediyentlərini seçib pizzasını hazırlaya, tortunu bəzəyə, əyləncəli boşqablar hazırlaya bilər.

Məşq edin


Uşaqlar valideynləri ilə oynamağı sevirlər. Birgə idman etməyin bir çox üstünlükləri var: aranızdakı bağı gücləndirir, uşaqları məşğul edir və kalori yandırmağınıza kömək edir.

Danışmaq vaxtı təyin edin


Yalnız bir-birinizlə danışa biləcəyiniz və texnoloji alətlərin olmadığı bir vaxt çərçivəsi təyin edin. Onlara maraqlı suallar verərək xoş söhbətlər edin. Onları dinləyin. Uşaqlaınızın gözlərindəki parıltıdan çox xoşbəxt olacaqsınız.

Ev işlərini birlikdə yerinə yetirin


Uşaqlar kömək etməyi sevirlər. Ev işlərində ailəsinə kömək edən uşaqlar özlərini önəmli hiss edir, ailə münasibətləri möhkəmlənir, özlərinə inamları artır

Uşaq oyunları oynayın


Telefon və planşet kimi texnoloji cihazlar uşaqların həyatında mühüm yer tutur. Uşaqları bu cihazlardan çəkindirmək əvəzinə, onları anlamağa çalışın. Uşağınızın oynadığı oyunları öyrənin və onunla birlikdə oynayın.

Foto və video çəkin


Evdə və ya səyahətlər təşkil edərək fotolar çəkin. Birlikdə əylənməkdən həzz alın.