Nəqliyyat vasitələrində səyahət etmək daha çox qadınlar, qocalar və 7-15 yaş arası uşaqlar üçün əsl kabus olur. Bir çox insanın avtomobilə mindiyi andan etibarən mədə ağrıları baş qaldırır. Bəs bu səpkili səyahətə son qoymaq və ürəkbulanmadan xilas olmaq üçün nə etmək lazımdır?

Səfərdə ürək bulanmasına yaxşı təsir edə biləcək üsullar:

1. Təmiz hava alın


Səyahət etməzdən əvvəl mütləq təmiz hava almalısınız. Bununla da bədəninizin tarazlığı bərpa olunacaq və səyahət zamanı ürəkbulanma riski minimuma enəcək.

2. Çubuq kraker yeyin


Mütəxəssislər ürək bulanmasının aradan qaldırılması üçün bazarlarda satılan çubuq krakerləri tövsiyə edirlər. Krakerlərin tərkibindəki quru qida xüsusiyyəti mədədə həddindən artıq turşulaşmanın qarşısını alır.

3. Avtomobil xəstəliyinə yaxşı təsir edən dərmanlar


Hər hansı bir internet səhifəsində ürəkbulanma əleyhinə olan dərmanların siyahısını gördükdə dərhal o dərmanları sınaqdan keçirməyə çalışmayın. Müayinədən keçin və həkiminizin tövsiyə etdiyi ürəkbulanma dərmanını için.

4. Günəş eynəyi taxmaq ürəkbulanmanın qarşısını alır


Maşını idarə edən şəxs sizsinizsə, gün eynəyi taxaraq, az da olsa, yolda gedərkən gözlərinizin qaldığı yorucu əşyalardan xilas ola bilərsiniz. Sərnişinsinizsə, gözlərinizi yummağınıza və yatmağınıza kömək edir.

5. Zəncəfil çayı


Avtomobil səyahətinə çıxmazdan əvvəl bir stəkan zəncəfil çayı içmək, avtomobildə ürək bulanması və baş ağrısının qarşısını alacaq.

6. Limon suyu


Avtomobil xəstəliyinin qarşısını almaq üçün səyahətə çıxmazdan əvvəl limonlu su içmək həm bağırsaq, həm də mədə sağlamlığınıza müsbət təsir edəcək.

Avtomobil xəstəliyindən qorunmaq üçün hansı ehtiyat tədbirləri görülməlidir?

Nəqliyyat vasitələrinə minməzdən əvvəl apteklərdən ala biləcəyimiz ürəkbulanma əleyhinə olan dərmanlardan birini istifadə edin.

Toz halına salınmış zəncəfil kapsulları udun.

Maşına minəndə pəncərənin kənarında əyləşin və səyahət zamanı başınızın hərəkət etməməsinə diqqət edin.

Gün düşən tərəfdə oturmayın. Əgər uzun səfərdirsə, qalın geyinməməyə çalışın. Çünki əks halda ani istilik ürək bulanmasına səbəb ola bilər.

Səyahət zamanı yağsız və duzlu kraker yemək çox faydalı olacaq.

Nəqliyyat vasitələrinə minəcəyiniz zaman çox yeməyin, az və tərəvəz əsaslı qidalara üstünlük verin. Əgər ürəkbulanmalarınız sizi çox narahat edirsə, həkimə müraciət edin.

Ürəkbulanma həm də psixoloji bir haldır

Maşına minəndə başımızı qatacaq bir məşğuliyyətimiz olmalıdır. Çünki avtomobildə ürək bulanması psixoloji vəziyyətlərdən də yarana bilər. Bu psixologiyadan xilas olmaq üçün mütləq fərqli bir şeylə məşğul olmaq gərəkdir.