Çətinliklə, əzab-əziyyətlə və ən əsası bu pandemiya dövründə bunu bacardınız. Evləndiniz. Bəs sonra? Həyatınızın sevgisi ilə bu stressi, yorğunluğu atmaq üçün bal ayına getməlisiniz.

Bal ayı üçün ən gözəl yerləri təqdim edirik.

12. Beliz


Romantik bal ayınıza macəra qatmaq istəyirsinizsə, Belizi seçin. Balta dəyməyən meşələrdə gəzə, şəlalələrdə üzə, qədim Maya abidələrini görə bilərsiniz. 30 günlük vizaya ehtiyac yoxdur. Uçuş təxminən 17 saat çəkir.

11. Antiqua və Barbuda


Ağ mərcan daşları, yamyaşıl tropik meşələr bal ayına getmək istəyən cütlükləri özünə çəkir. Rənqli qayalıqlarda sərinləmədən əvvəl ayrılan xüsusi otaqlarda spa həzzi ilə ruhunuzu və bədəninizi rahatlada bilərsiniz. Antiqua və Barbudaya getmək üçün vizaya ehtiyac yoxdur. Uçuş müddəti təxminən 18 saatdır.

10. Bora-Bora


Bir çox məşhur şəxsin üstün tutduğu Bora-Bora adalarına gedə bilərsiniz. Dəniz kənarında qurulmuş lüks qonaqlama yerləri, ekzotik meyvələri ilə əla bal ayı sizi gözləyir.

9. Aruba (Karib hövzəsi)


Bal ayınızı dəniz, qum, ləzzətli yeməklərlə məhdudlaşdırmaq istəmirsinizsə, Karib hövzəsini seçin. Üzmək üçün ideal məkandır.

8. Baham adaları


Baham adaları ilıq okean sularında üzmək və dənizin dibinə səyahət imkanları ilə sizə gözəl bal ayı yaşadacaq.

7. Fildişi sahilləri


Sıxlıqdan, hər şeydən uzaq Fildişi sahilləri sizi gözləyir.

6. Martinika


Təbiətlə baş-başa qalacağınız, iqlimi, ləziz yeməkləriylə gözəl bal ayı keçirməyinizə səbəb olacaq adadır.

5. Phuket adası


Təbiətlə baş-başa qalacağınız, iqlimi, ləziz yeməkləri ilə ideal bal ayı keçirməyinizə səbəb olacaq adadır.

4. Mavriki


Gecə həyatıyla sizə əyləncə dolu bal ayı təklif edən Mavriki gənc cütlükləri gözləyir.

3. Barbados


Tərtəmiz dənizilə xoş anlar keçirməyinizə səbəb olacaq.

2. Seyşel adaları


Sakit və romantizm dolu bir bal ayı üçün ideal məkandır.

1. Nunqvi, Zanzibar


Təsiredici qəsəbəsiylə yorğunluğunuzu çıxaracaq istirahət bölgəsidir.