Mütəxəssislər sadə tədbir və hərəkətlərlə bel və boyun yırtığının qarşısını almağın mümkün olduğunu bildirirlər. Bəzi üsulları sizə təqdim edirik.

Fiziki Müalicə və Reabilitasiya Mərkəzinin mütəxəssisi Ali Şahabettinoğlu bel və boyun yırtıqlarının günü-gündən artdığını və buna erkən yaşlarda rast gəlindiyini deyib. El arasında qrija dediyimiz yırtıqdan qorunmağın yolları aşağıdakılardır.

1. Hər gün məşq edin.


2. Çəkinizi normaldan yuxarı qaldırmamağa diqqət yetirin.


3. Ağır avadanlıqları özünüzə doğru çəkməyin, ehtiyac varsa, itələyin.


4. Həddindən artıq fiziki fəaliyyətdən çəkinin.


5. Eyni vəziyyətdə uzun müddət hərəkətsiz qalmayın.


6. Yatdığınız yer möhkəm olmalıdır. Sizə rahat olan şəkildə yatın, ancaq bir tərəfiniz üzərində yatmağınız daha yaxşıdır.


7. Avtomobil sürərkən sükana yaxın olun.


8. Avtomobilin bel dəstəyi varsa istifadə edin, yoxdursa, nazik bir yastıq qoyun.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqalənin davamı olaraq: