Sevginin həm fiziki, həm də mənəvi təzahürləri var. Sevgi bədən kimyasını dəyişən bir fenomen olduğundan, əslində kiməsə aşiq olub-olmadığımızı asanlıqla anlaya bilərik. Yuxusuzluq, ürək çarpıntıları, iştahsızlıq, ağlamaq və ya gülmək, əllərin tərləməsi, başgicəllənmə sevginin fiziki göstəriciləridir. Həmişə yanında olmaq istəyi, sonsuz həsrət, qısqanclıq və başqaları ilə paylaşa bilməmək də sevginin mənəvi əlamətləridir.Aşiq olduğunu başa düşməyin göstəriciləri hansılardır? Bu haqda geniş nüansları təqdim edirik.

Kiməsə aşiq olduğunu necə anlaya bilərsən? Adi bir xoşagəlmədir, yoxsa sevgi? Bu, çox adamın yaşadığı duyğulardır. Bəs nələrə diqqət etməliyik? Sevdiyini anlamağın yolu varmı? Əlbəttə, var. Bədənimiz psixoloji və fizioli baxımından aşiq olduğumuzun siqnallarıni verir. Necə? Gəlin birlikdə öyrənək.

Hərarətiniz artırsa...


Aşiq olduqda xəstəlikləri daha yüngül keçiririk. Bunun tibbi tərəfi tam olaraq məlum deyil. Ağrılara, acılara qarşı dayanıqlığınız artıbsa, deməli, aşiq olmusunuz.

Enerjiniz həmişə yüksəkdirsə...


Aşiqlər həmişə xoşbəxtdir. Başına nə gəlir gəlsin, ümidsizliyə qapılmaz. Onu sevgidən başqa nəsə üzməz. Onunla xoşbəxtsinizsə, digər şeylərin çox da önəmi yoxdur. Aşiq olanda həmişə xoşbəxt olursan. Ən kiçik şeylər belə sizi xoşbəxt etməyə başlayır. Bu səbəbdən aşiq olduğunuzda sizi sevgilinizdən başqa asanlıqla əsəbiləşdirəcək başqa adam yoxdur. Hər zaman xoşbəxtsənsə, bu sevgi deməkdir.

Gələcəklə bağlı planlar qurursunuzsa...


Aşiqsinizsə, sevgilinizlə birlikdə gələcəklə bağlı planlar qurursunuz. Uzunmüddətli planlar qurmağı çoxları bacarmır. Buna görə bu cür durum aşiq olmağınızdan xəbər verir.

Ailənizlə tanış etmək istəyirsinizsə...


Qadınların sevgililərini ailələrinə tanıtmaq mərhələsi olduqca gərgin ola bilər. Məlumdur ki, qız ataları bəzən kürəkənlərini sıxışdıra bilərlər. Əgər atanızı sevgiliniz ilə tanış etmək istəyirsinizsə və ya ailəsi ilə özünüz tanış olmaq istəyirsinizsə... Sevgi dolu bir evlilik sizi gözləyir.

Keçmişinizi unutdurursa...


Keçən zaman şübhəsiz, unudulur. Lakin bəzi yaralar zamanla da sağalmır. Qaysaqlayan yaralarınızı geriyə dönüb açdığınız zaman heç nə ifadə etmirsə, bu, həmin sıxıntıları unutduracaq birini tapdığınız anlamına gəlir. Bəzi münasibətlər keçmiş münasibətləri kökündən kəsə bilər. Aşiq olacağınız insanı tapmısınızsa, hətta yemək yeməyi belə unuda bilərsiniz. Bütün dərdlərinizi və keçmiş bəlalarınızı unutduracaq birini tapmısınızsa, həqiqətən aşiqsiniz deməkdir.