Uşaqlıqdan bəri bizə yemək yemədən əvvəl hər şeyi yumağı öyrədiblər. Ancaq az adam bu qidaları yuyarkən daha çox bakteriyanın yayılacağını bilir.

Hər kəsin qida ilə bağlı ümumi rəy verdiyi məqamlardan biri də yeməyə başlamazdan əvvəl ərzaqların yaxşı yuyulmasıdır. Bəs bu proses bütün qidalar üçün zəruridir? Təbii ki, yox. Bu yazımızda yumalı olmadığınız qidaların siyahısını hazırlamışıq.

1. Yumurta


Əksər insanlar yumurtanı yeməkdən əvvəl yumağın daha faydalı olduğunu düşünür. Bakteriyalardan qorunmaq üçün yumurtalara xüsusi maddə çəkilir, yuyarkən həmin maddə yox olur.

2. Toyuq


Toyuq ən asan qida zəhərlənməsinə səbəb olan bir qidadır. Yeyərkən edərkən çox diqqətli olmalıyıq. Çünki toyuqdakı bəzi bakteriyalar sağlamlığımıza zərər verə bilər. Qida zəhərlənməsinə səbəb olan salmonella bakteriyaları toyuq yuyularkən əllərinizə yayılır. Toyuğu uzun müddət saxlamamağı məsləhət görürük.

3. Qırmızı ət


Toyuq kimi, qırmızı ət də yuyulmamalıdır. Bakteriyalar zəhərlənmə yarada bilər.

4. Makaron


Makaronu yuyan kimi içindəki nişastanı boşaltmış olursunuz. Bu, makaron sousunun daha az udulmasına səbəb olur. Yumaq istəyirsinizsə, bişirdikdən sonra etməlisiniz.

5. Göbələk


Suyu daha çox içinə çəkdiyi üçün yumaq lazım deyil. Yuduqda elastikliyini itirir.