Eyni işləri görməkdən sıxılırsınızsa və daha səmərəli vaxt keçirmək istəyirsinizsə, sizin üçün bir siyahı hazırlamışıq. Özünüzü daha yaxşı və xoşbəxt hiss etmək və vaxtınızı daha məhsuldar keçirmək üçün aşağıdakı yolları sınaya bilərsiniz.

1. Səhər tezdən oyanmağı vərdiş halına gətirə bilərsiniz.


Yuxunu hər kəs sevir. Ancaq bəllidir ki, bir gündə yalnız 24 saat var. Günü daha məhsuldar keçirmək üçün saatlardan daha səmərəli istifadə etmək lazımdır. Daha erkən saatlarda yatsanız və sonra günə erkən başlasanız, özünüzü daha yaxşı hiss edəcəksiniz.

2. Bədəninizdən daha çox istifadə etmənizi təmin edəcək məşqlər edə bilərsiniz.


Bədənimiz bizim məbədimizdir. Daha canlı və enerjili olmaq üçün məşqlərinizi axsatmayın. Beləliklə, vücudunuz endorfin təmin edəcək və özünüzü gümrah hiss edəcəksiniz. Ağlınızdakı işə başlamaq sizin üçün daha asan olacaq.

3. Vaxtınızı idarə etməyi gücləndirməlisiniz.


Sürətli həyatla ayaqlaşmağın ən vacib yolu vaxtı doğru idarə etməkdir. Vaxtı səmərəli keçirmək üçün vaxtı özünüzə uyğun formalaşdırmalısınız. Düzgün vaxt idarəçiliyi ilə sevdiyiniz şeylərə vaxt ayıracaqsınız, bununla da, daha rahat və xoş bir əhval-ruhiyyədə olacaqsınız.

4. Gün ərzində gələn e-poçtlara və mesajlara cavab vermək üçün müəyyən bir vaxtınız olsun.


Bunun sayəsində daha çox vaxt itirməyəcəksiniz. İşlər vaxtında bitəcək.

5. Ətrafınızdakı hər şeyin pozitiv olmasına önəm verin.


Həyat keyfiyyətinizi artırmaq üçün pozitiv düşüncələri, pozitiv insanları və pozitiv cümlələri özünüzə yaxın tutmalısınız.

6. Mövcud qabiliyyətlərinizə arxalana bilərsiniz.


Öz potensialınızı bilməyiniz gözəldir. Bacardığınız və etməkdən həzz aldığınız şeylərə daha çox diqqət yetirə bilərsiniz. Həm özünüzü təkmilləşdirəcəksiniz, həm də vaxtınızı daha məhsuldar keçirəcəksiniz.

7. Rahatlıq zonanızdan kənara çıxmalısınız.


Rahatlıq zonanızdan və vərdişlərinizdən çıxmaq asan olmasa da, mümkünsüz də deyil. Bu rahatlıq zonası insanı risk etməkdən və yeni irəliləyişlərdən yayındırır. Kiçik risklərlə də olsa, həyatınızı daha maraqlı hala gətirə bilərsiniz.

8. Könüllü işlərlə məşğul ola bilərsiniz.


Boş vaxtınızı könüllü işlərlə keçirə bilərsiniz. Bunun sizə nə faydası olacağını düşünməyin. Bu, ünsiyyət gücü, xoşbəxtlik, depressiyanın qarşısını almaq və özünə inamı artırmaq kimi bir çox faydaları ehtiva edir.

9. Sosial mediadan istifadəni daha kontrollu hala gətirə bilərsiniz.


Gün ərzində səhifələri davamlı olaraq yeniləmək o qədər faydalı deyil. Əgər bu sizin işiniz deyilsə, sosial mediadan istifadədə özünüzə müəyyən saatlar təyin edə bilərsiniz. Beləliklə, orada keçirdiyiniz vaxtı sizi daha çox xoşbəxt edəcək fəaliyyətlərə yönəldə bilərsiniz.

10. Zehninizi daha yaxşı istifadə etmək üçün inkişaf etdirə bilərsiniz.


Aydın bir zəka çox şeyin həllidir. Bunun üçün zehni məşq etmək lazımdır. Bəzi texnikalar və meditasiyalar zehninizi məşq edə bilər. Bununla da sizi narahat edən vəziyyətlərdən və hadisələrdən xilas ola bilərsiniz.