COVID-19-a qarşı görülə biləcək ən böyük tədbir təmiz və gigiyenik şərait yaratmaqdır. Virusla bağlı hər gün bəzi əşyaları dezinfeksiya etmək lazımdır.

Hər şeyə qarşı diqqətli, təmiz olmaq həm sizin, həm də cəmiyyətin sağlamlığı baxımından önəmlidir. Koronavirus riskini minimuma endirmək üçün müəyyən qaydalara riayət etmək lazımdır.

Yeni növ koronavirus (COVID-19) su damcılarıyla insandan insana keçir. Bu infeksiya tənəffüs yolu ilə bağlı olaraq öskürərk, asqırmaq, danışmaq yolu ilə yayılır. Koronavirus xəstəliyinə səbəb olan SARS-CoV-2 virusunun gün ərzində saatlarla istifadə etdiyimiz bir çox əşyada saatlarla və hətta günlərlə yaşadığını bilmək lazımdır.

Koronavirus plastikdə 72, kartonda 24, havada isə 3 saat qala bilir. İlk olaraq Çində yayılan və bütün dünyaya təsir göstərən xəstəliyə qarşı görə biləcəyimiz ən böyük tədbir təmiz, gigiyenik olmaq və sosial məsafəni gözləməkdir. Hər gün təmas etdiyiniz əşyaları təmizləməlisiniz. Həmin əşyaları təqim edirik.

1. Portmanat


Alış-verişə gedərkən özünüzlə apardığınız pulqabınız koronavirus infeksiyasına səbəb olan SARS-CoV-2 virusuna məruz qala bilər. Pulqabınızı mağazaların kənarında dezinfeksiya və sterilizasiya etməyiniz vacib amillərdən biridir. Sirkə və ərəb sabunu qarışığı ilə pulqabınızı silə bilərsiniz. Pul və kredit kartları da virus daşıyıcısı ola bilər və onlar da dezinfeksiya olunmalıdır.

2. Qulaqlıq


Gün ərzində çoxlu istifadə etdiyiniz qulaqlıqlar barmaqlarımızla təmas etdiyimizdən dolayı mikrob daşıyıcısı ola bilərlər. Buna görə qulaqcığı istifadə etdikdən əvvəl və sonra spirtlə təmizləmək lazımdır. Qulaq çöpünə pambıq bağlayıb dezinfeksiya məhlulu ilə təmizləyə bilərsiniz.

3. Çanta


Koronavirusun əşyalarda uzun müddət qala bildiyini qeyd etmişik. Onlardan biri də çantadır. Mağazalarda və digər yerlərdə istifadə edilən çantalar özüylə virus və bakteriya gətirə bilər. Buna görə, sözügedən əşyanı dezinfeksiya etmək vacibdir.

4. Mobil telefon


Həyatımızda vacib rol oynayan aksessuarlardan biri olan cib telefonları virus daşıyıcısı olan əşyaların arasındadır. Daim əllərlə təmasda olan telefonlar mikrob daşınması və yayılmasına şərait yarada bilərlər. Buna görə, telefonları tez-tez dezinfeksiya edici məhsullarla silmək lazımdır.

5. Açar


Daim özümüzlə gəzdirdiyimiz əşyalardan biri də açardır. Bu əşyalar metal quruluşa malik olduqları üçün virusa məruz qaldıqda onu üzərlərində 48 saat saxlayırlar. Buna görə, evə gəldikdə açarları sabunlu suda yuyun. Spirtlə də təmizləmək olar.

6. Eynək


Eynək istifadə edən şəxslər dəfələrlə üz-gözlərinə toxunurlar. Bu, virusun asanlıqla yayılmasına gətirib çıxara bilər. Koronavirus baxımından eynəklər təhlükə mənbəyi olan əşyalar arasında yer alır. Hər gün eynəyinizi təmizləməyiniz vacibdir.

7. Qapı cəftələri və işıq açarları


Cəftələr, işıq açarları ən çox təmas edilən nəsnələrdəndir. Otağa hər girib-çıxdıqda bu əşyalara toxunduğunuz üçün onları davamlı olaraq dezinfeksiya etməlisiniz. SARS-CoV-2 virusu plastik əşyalarda 2-3 gün, metal əşyalarda isə 2 günə qədər yaşaya bilir. Buna görə təmizləməkdezinfeksiya etmək qaydalarına riayət etməlisiniz.

8. Krantlar


Hamam otağı ən çox istifadə olunan yerlərdəndir. Əl-üzümüzü yuduqda, dişlərimizi fırçaladıqda, təraş olduqda getdiyimiz otağın mikroblardan təmizlənməsinə önəm verməliyik. Krantlar yuyucu tozla təmizlənməli, sonra isə dezinfeksiya edilməlidir. Koronavirusa yoluxmamaq üçün buna diqqət etmək lazımdır.

9. Yemək stolu


Qidaların və əllərin təmas etdiyi yer kimi təsvir edə biləcəyimiz yemək stolları daim təmiz saxlanılmalıdır. Yeməkdən əvvəl və sonra stolun üstü spirtlə dezinfeksiya edilməlidir. Bununla virus və bakteriyalar aradan qaldırılır. Yemək yeyən şəxslər virusdan uzaq olur.

10. Paltarlar


Koronavirusla bağlı ən çox paltarlara diqqət etməliyik. Geyimlər, parçalar və digər belə əşyalar koronavirusa qarşı dezinfeksiya edilmək məqsədilə tez-tez yuyulmalıdır. Xüsusən alış-verişdən qayıtdıqda paltarlarınızı dərhal soyunub yumalısınız.