Dünyaya gələcək uşaqların cinsiyyətinə təsir edən amillər barədə daha bir araşdırma aparılıb. Məlum olub ki, stress amili dünyaya gələcək uşağın cinsiyyətinə təsir edir. İşləyən bir qadınsınızsa və hamilə qalmısınızsa, həyat tərzinizi yenidən nəzərdən keçirin, bir kağız parçasına yazın və yeni vəziyyətinizə görə nəyi dəyişdirməyiniz lazım olduğunu nəzərdən keçirin. Əgər məşğul bir iş həyatınız, ev məsuliyyətləriniz və səyahətləriniz varsa, bunları yenidən nəzərdən keçirmək faydalıdır. Hamiləlik irəlilədikcə fiziki olaraq da müəyyən bir yük gətirəcək, buna görə tələsik həyat tərzi və düzgün olmayan qidalanma sizin üçün olmayacaq. Daimi bir pəhrizə əlavə olaraq, müntəzəm olaraq idman edin, üzün və ya gəzin.

Alimlər apardıqları yeni araşdırmalar nəticəsində belə qənaətə gəliblər ki, ovulyasiyadan (mayalanmadan) bir müddət əvvəl qadın narahatlıqdan və depressiyadan əziyyət çəkibsə, qız dünyaya gətirmə ehtimalı çoxdur.


ABŞ-da 2001-ci ilin 11 sentyabr terror aktından, eləcə də ABŞ prezidenti Con Kennedinin öldürülməsindən sonrakı statistikasını təhlil edən mütəxəssislər müvafiq araşdırmaya başlamağa qərar veriblər. Və bu hadisələrdən sonra daha çox qız doğulduğu məlum olub. Həmçinin 187 hamilə qadının iştirakı ilə eksperiment keçirilib. Alimlər psixoloji vəziyyətlərini, stress səviyyələrini 27 fiziki və psixoloji göstəriciyə əsaslanaraq qiymətləndiriblər və bu uşağın cinsi ilə əlaqələndirilib.


Stress göstəriciləri yüksək olan qadınların qız dünyaya gətirmə ehtimalı daha böyük olub. Həkimlər izah edirlər ki, kişi cinsinin rüşeymlərinə inkişafın erkən mərhələlərini keçmək üçün daha çox vaxt lazımdır. Bu, onları ananın bətnində qeyri-ideal şəraitə daha həssas edir. Bədənin ən böyük yüklənməsi doğuşdan bir müddət əvvəl qadının psixoloji təzyiq altında qaldığı vəziyyətlərdə olur.


Dincəlmək və sakitləşmək üçün özünüzə vaxt ayırdığınızdan və diafraqmadan yavaş və dərindən nəfəs almağın nə qədər vacib olduğunu bildiyinizə əmin olun. Vücudunuzu rahatladın, mümkünsə masaj edin, yaxşı yatın. Yatmaqda çətinlik çəkirsinizsə, yatmazdan əvvəl istirahət hərəkətlərindən faydalana bilərsiniz.

e-tibb.az

Hamilə xanımlar üçün digər paylaşımlarımız: