Döymə etdirmədən əvvəl bu məlumatları oxumaq faydalıdır. Döymə, onun nələrə təsir göstərdiyi haqqında məqaləni təqdim edirik.

Döymə etdirmək ani istəyin nəticəsi olmamalıdır. Əvvəlcədən bəzi hazırlıqlara ehtiyac var.

Döymə modelinə qərara verin

Öncəliklə etdirmək istədiyiniz tatu (döymə) modeli seçməlisiniz. İnternetdən seçim etməkdənsə öz təxəyyülünüzü işə salmaınız daha məqsədəuyğundur. Çünki eynilik sizi bezdirə bilər. Döymə silmə əməliyyatı döymə etməkdən daha çətindir.

Döymə ustaları haqqında araşdırma aparın


Tatu Rəssamları Haqqında Araşdırma

Tatu etdirməzdən əvvəl gigiyena, istifadə olunan mürəkkəb və döymə ustasının bilik və təcrübəsi baxımından əhəmiyyətli bir araşdırma etməlisiniz. Hətta döymə ustalarının İnstaqram hesablarını nəzərdən keçirməyi, əgər varsa, öz internet saytlarında tatuaj ustalarının işlərinə baxmağı və şərhləri oxumağı tövsiyə edirəm.

Tatu etdirmədən əvvəl spirtli içki qəbul etməməyiniz məsləhətdir. Həmçinin, iki ay əvvələ qədər solariumdan istifadə etməyin. Ultrabənövşəyi şüalar dərini genişləndirdiyi üçün döymə zamanı qanaxmanı artırır. Döymə əməliyyatından bir həftə əvvəl qəbul edilən həblər də qanaxmanı çoxaldır, ağrını azaldır. Diabet, hemofiliya və ya ineksion xəstəliyiniz varsa, tatu ustasına bunu deməlisiniz. Həmçinin döymə sizdə allergiya yarada bilər. Hansı mürəkkəbdən istifadə edildiyini öyrənin.

Döymə etdirdikdən sonra bunlara diqqət yetirin!


Tatu çəkdirdikdən sonra nə etməli

Tatuajdan sonra nahiyə örtüləcəyi üçün sarğı üzərinə qulluq kremi çəkilir ki, dərini yandırmasın və dəriyə yapışmasın. Bandaj 1-3 saat saxlanılır. Daha sonra döymə edilən yer içməli su ilə yuyulur. Bundan sonra bandajlar tətbiq edilmir. Yalnız döymənin sağalma dövründə (bu müddət təxminən 2 həftədir) baxım kremi çəkilməyə davam edilir.

Döyməni sildirmək istədikdə


Tutaq ki, döymənizdən sıxıldınız. Bu halda nə etməlisiniz?

Lazerlə qalıcı döymə sildirmə əməliyyatının uğuru:

  • Döymənin və dərinin rənginə,
  • İstiadə olunan boyaların çeşidinə,
  • Döymənin tətbiq dərinliyinə, formasına,
  • Döymənin yaşına,
  • İstifadə olunan lazer sisteminə bağlı olaraq dəyişiklik göstərir,
  • Seans sayı və döymənin strukturuna,
  • Rənginə görə dəyişir.

Döymədə istifadə edilən boyanın çoxluğu lazer əməliyyatından sonra bədəndən boyanın xaricini çətinləşdirir. Döymə edilərkən istiadə olunan alətlər və döymə ustasının işi döymə silinməsi zamanı həlledici faktorlardan sayılır. Qara rəngdə olan döyməni silmək rəngli döyməni silməkdən daha çətindir. Döymə yaşı artdıqca lazer əməliyyatından sonra vücuddan kənarlaşdırılma daha asan olur.

Hepatit B xəstələri, hamilələr, bədənində yaraları olanlar buna üz tutmamalıdır. Burun və qulaq içinə, göz və kirpik ətrafına lazer müdaxiləsi məsləhət olunmur.

Döymə sildirmə əməliyyatından sonra nahiyə 24 saat bağlı qalmalıdır. Su təması olmamalıdır. Günlük olaraq nəmləndirilməlidir. Qabıqların tökülməsi mərhələsində döymə günəş işığına məruz qalmamalıdır. Epilepsiya edilməməlidir.

Sizə maraqlı ola bilər: