Səyahət edərək pul qazanmaq son illərin ən populyar peşələrindəndir. Müxtəlif mədəniyyətlər, adət- ənənələr və zövqlərlə tanış olmaqdan həzz alırsınız? Hərgah səyahətə çıxmaq üçün pulunuz yoxdur və ya səyahət edərkən necə pul qazanacağınızı bilmirsiniz.

Narahat olmayın, bu iş düşündüyünüz qədər çətin olmayacaq. Dünyanı gəzərək pul qazanmağın yollarını təqdim edirik.

1. Dil öyrətmək


Bir çox insanın xaricə köçməsinin və gəlir qazanmasının ən məşhur yollarından biri dil öyrətməkdir. Unutmayın ki, getdiyiniz ölkədə müxtəlif dillər, xüsusən də ingilis dili təlimləri keçə bilərsiniz. Xüsusilə Tayland, Vyetnam, Çin və Cənubi Koreya kimi Asiya ölkələrində dil öyrədərək pul qazanma ehtimalınız daha yüksəkdir.

2. Hosteldə işləmək


Hosteldə işləmək səyahət imkanı qazana biləcəyiniz ən əyləncəli işlərdən biridir. Əsasən qəbulda, hosteldə, barda və ya bələdçi xidmətləri sahəsində işləyə və ya təmizlik işləri ilə məşğul ola bilərsiniz. Orada sizin kimi dünyanı gəzən insanlarla tanış olmaq fürsəti əldə edəcəksiniz.

3. Bloq yazmaq


Bloq yazarlığı onlayn pul qazanmağın ən sadə yollarından biridir. Əgər artıq istifadə etdiyiniz bir bloq səhifəniz varsa, yeni hekayələrinizdən bəhs edə bilərsiniz, bloqunuz yoxdursa, yeni təcrübələriniz və ölkə səfərləri niz haqqında mükəmməl bir səhifə yarada bilərsiniz.

4. Tətildə iş vizası almaq


Avstraliya, Yeni Zelandiya, Kanada, Fransa, İrlandiya və Sinqapur kimi ölkələr 18-30 yaş arası əcnəbilərə iş tətili vizası verir. Bu yaş aralığında olan şəxslər tətildə asanlıqla iş vizası ala və dünyanı gəzərək pul qazanmaq imkanı əldə edə bilərlər.

5. YouTube kanalı açmaq


Vlogging günümüzdə pul qazanmağın ən populyar yollarından biridir. Az qala bir peşəyə çevrilmiş bu iş dünya üzrə milyonlarla istifadəçiyə videonuzu izləmək imkanı qazandırır. Özünüz üçün YouTube kanalı açın və səyahət etdiyiniz dünyanın müxtəlif yerlərindən xatirələrinizi bir videoda birləşdirin. Bir çox insan bu üsulla pul qazanır.

6. Yataqxanada işləmək


Dünyanın hər yerində yataqxanalarda iş tapmaq mümkündür. Orta hesabla bir neçə saat işləyərək pul qazana biləcəyiniz yataqxanalarda heç bir ödəniş etmədən yerləşmə imkanı da əldə edə bilərsiniz.

7. Onlayn sərbəst iş


Unutmayın ki, dünyanın harasında olursunuzsa olun, onlayn işləyərək pul qazana bilərsiniz. Xüsusilə veb dizayn, proqramlaşdırma, redaktə, marketinq, konsaltinq və qrafik dizayn sahələrində çalışaraq internetdə asanlıqla pul qazanmaq mümkündür.

8. Kirayə tutduğunuz evi kirayə vermək


İlk baxışdan qəribə görünən bu vəziyyət son dərəcə gəlirli ola bilər. Xaricə səyahətlərdə geniş istifadə olunan Airbnb və digər kirayə saytları evinizi, otağınızı və hətta yatağınızı gündəlik olaraq kirayə vermək imkanı təqdim edir. Bunu etməzdən əvvəl ev sahibinizlə məsləhətləşməlisiniz. İcazə alsanız, otağınızı paylaşaraq ödədiyiniz kirayədən daha çox qazana bilərsiniz.

9. Foto satmaq


Dünyanı gəzərək pul qazanmağın başqa bir yolu fotolar satmaqdır. Gəzdiyiniz ölkələrin təbii gözəlliklərini, mədəni quruluşunu, adət-ənənələrini kameranız və ya cib telefonunuzla lentə ala bilərsiniz. Bəs onları necə satmaq olar? Sizə lazım olan tək şey şəkillərinizi foto satılan internet saytlarına əlavə edib satışa çıxarmaqdır.

10. Tərcüməçi işləmək


Ana dilinizdən əlavə dil bilirsinizsə, bu iş əsl sizə görədir. Gedəcəyiniz ölkənin digər xarici qonaqlarına tərcümə xidməti göstərə bilərsiniz. Eyni zamanda, turizm agentlikləri ilə müqavilə bağlayaraq, ölkənin turistik bölgələrini, tarixi abidələrini əcnəbilərə anladaraq pul qazana bilərsiniz.

11. Turlar təşkil etmək


İstirahət mərkəzlərində, tarixi bölgələrdə tez-tez rastlaşdığımız tur agentlikləri müəyyən ödəniş müqabilində xarici turistləri gəzdirir. Gedəcəyiniz ölkədə bir turizm agentliyi ilə müqavilə bağlayaraq müştəri toplaya bilərsiniz. Tur fəaliyyətlərinə daxil etdiyiniz hər bir müştəridən komissiya haqqı qazana, həmçinin heç bir ödəniş etmədən ölkənin istirahət mərkəzlərini və tarixi abidələrini görə bilərsiniz.

12. Kurort və ya oteldə işləmək


Otellər və kurortlar həmişə yeni işçilərə ehtiyac duyurlar. Gedəcəyiniz ölkədəki kurort və otellərdəki qonaqların sizinlə eyni ölkədən olması pul qazanma ehtimalınızı artıracaq. Burada müxtəlif xidmət sahələrində işləmək və pulsuz qalmaq imkanınız var.

13. Ticarətlə məşğul olmaq


Əgər siz dünya turuna çıxmaq qərarına gəlmisinizsə və ölkələrdə necə pul qazanacağınızdan narahatsınızsa, bu iş əsl sizin üçündür. Ticarət etməklə pul qazanmaqdan qorxmayın. Etməli olduğunuz bir ölkələrin zərgərlik məmulatlarını və digər məhsullarını başqa ölkələrdə bazara çıxarmaqdır. Məsələn, Azərbaycana xas olan bir neçə suvenir götürüb gedəcəyiniz ölkənin əcnəbilərinə sata bilərsiniz.

14. Dalğıc təlimçisi olmaq


Dalğıc təlimçiliyi sahilyanı ölkələrdə ən populyar peşələr sırasındadır. Əgər dalğıc sertifikatınız varsa, gedəcəyiniz ölkədə asanlıqla pul qazana bilərsiniz. Dalğıc məktəbləri ilə əlaqə saxlayaraq işə müraciət edə bilərsiniz.

15. Qida və içki satışı


Küçə yeməkləri ilə məşhur olan ölkələrdə yemək və içki sataraq pul qazanmaq imkanı var. Adətən küçə yeməkləri xarici turistlərin böyük marağına səbəb olur. Səfər etdiyiniz ölkədə piştaxta quraraq meyvə dilimləri, sendviçlər, şirniyyatlar və qəlyanaltılar sata bilərsiniz.