Normal kombi modellərindən daha az enerji sərf edərək büdcənizə qənaət etməyinizə kömək edən kondensatorlu kombi modellərinin siyahısını hazırlamışıq. Onlar haqqında ətraflı məlumatları təqdim edirik.

1. Bosch Condens 2200i W 24


Ən yaxşı kombi markalarından biri olan Bosch-un Condens modeli enerjiyə qənaət etməsi ilə diqqət çəkir. Kompakt dizayna sahib məhsul asanlıqla evin istənilən küncünə yerləşdirilə bilər. 45 dB səs səviyyəsində işləyən cihaz səssiz işləmə xüsusiyyəti ilə üstünlük təşkil edir.

Texniki xüsusiyyətlər
Enerji sinfi: A
Gücü: 24 kVt
Səs səviyyəsi: 45 dB

2. E.C.A. Proteus Premix 24 HM


E.C.A -nın Proteus Premix modeli A enerji sinifindədir. Telefonunuzla idarə edə biləcəyiniz kondensatorlu kombi, kiçik ölçüyə malikdir.

Texniki xüsusiyyətlər
Enerji sinfi: A
Gücü: 24 kVt

3. Demirdöküm Nitromix P 24


Demirdöküm Nitromix 108% səmərəliliyi ilə yüksək qənaət təmin edir. Polad örtüklü istilik dəyişdirmə sisteminə malik olan cihaz uzun illər heç bir problem olmadan istifadə edilə bilər.

Texniki xüsusiyyətlər
Enerji sinfi: A
Gücü: 22 kVt
Səs səviyyəsi: 51 dB

4. Buderus Logamax Plus GB022i 24


Səssiz işləyən məhsul, asan istifadəsi ilə adından söz etdirməyi bacarıb. A enerji sinifindədir.

Texniki xüsusiyyətlər
Enerji sinfi: A
Gücü: 24 kVt
Səs səviyyəsi: 45 dB

5. Buderus Logamax Plus GB012-25K V2


Ən keyfiyyətli kombi markaları siyahısında olan Buderus, Logomax Plux modelini təqdim edir. Enerjiyə qənaət edir və donmaya qarşı davamlıdır.

Texniki xüsusiyyətlər
Enerji sinfi: A
Gücü: 25 kVt
Səs səviyyəsi: 46 dB

6. Vaillant ecoTEC Pro VUW 286/5-3


Vaillant ecoTEC sabit su istiliyi parametrləri ilə seçilir. Digər kombilərlə müqayisədə 107% enerjiyə
qənaət edən məhsul sürətli təsir göstərir.

Texniki xüsusiyyətlər
Enerji sinfi: A
Gücü: 24 kVt
Səs səviyyəsi: 49 dB

7. Warmhaus EWA 24


Warmhausun EWA modeli cəmi 26 kVt elektrik istehlak edir. Bu şəkildə ətraf mühiti qoruyan məhsul digər kombilərdən daha yüksək səslə işləyir. A enerji sinifindəndir.

Texniki xüsusiyyətlər
Enerji sinfi: A
Gücü: 24 kVt
Səs səviyyəsi: 52 dB

8. Vaillant ecoTec Pure 286/7-2


Vaillant ecoTec Pure paslanmayan polad quruluşu ilə uzun illər istifadə edilə bilər. Üzərində LCD ekranı olan kombi, bunun sayəsində istifadə rahatlığını təmin edir. Yüksək səslə işləyir.

Texniki xüsusiyyətlər
Enerji sinfi: A
Gücü: 24 kVt
Səs səviyyəsi: 52 dB

9. Daikin Premix NDJ 24


Xüsusi istilik dəyişdiricisi ilə ad qazanan Daikin Premix, A enerji sinifindədir. Çox səssiz işləyən məhsul quruluşuna görə istilik itkisini minimuma endirir.

Texniki xüsusiyyətlər
Enerji sinfi: A
Gücü: 24 kVt
Səs səviyyəsi: 49 dB

10. Baymak IDEE Premix 35


Ən yaxşı kondensatorlu kombilərdən olan Baymak IDEE, paslanmayan polad quruluşu sayəsində uzun illər istifadə edilə bilər. Üzərindəki otaq termostatına görə asanlıqla istifadə edilə bilən cihaz, kiçik ölçüyə malikdir.

Texniki xüsusiyyətlər
Enerji sinfi: A
Gücü: 30 kVt
Səs səviyyəsi: 47 dB

Kondensatorlu kombilərlə bağlı ən çox verilən suallar

Kondensatorlu kombilərlə bağlı ən çox verilən sualları cavablandırmışıq.

Kondensatorlu kombi hansı temperaturda yanmalıdır?

Qonaq otağınızın ideal temperaturu 22 dərəcə olmalıdır. Kondensatorlu kombi istifadə edirsinizsə, onu 50 dərəcəyə qoymalısınız.

Kondensatorlu kombilərin xüsusiyyətləri hansılardır?

Normal kombilərdən enerjiyə daha çox qənət edən kondensatorlu kombilər yüksək performans göstərir və səssiz işləyir.

Kondensatorlu kombi neçə kvadrat metrdə istifadə olunur?

Əsasən kiçik evlərdə istifadə etmək məqsədəuyğundur. Evinizin ölçüsü 250 kvadrat metrdən azdırsa, asanlıqla istifadə edə bilərsiniz.