Bir çox faydaları olan qatığın daha bir faydalı xüsusiyyəti açıqlanıb.

Zəngin mineral və vitamin tərkibli qatıq, sağlamlıq faydaları ilə ön plana çıxır. Türk mətbəxində çox əhəmiyyətli bir yerə sahib olan qatıq, hər yaşdan insanlar tərəfindən asanlıqla istehlak edilə bilər.

100 qram qatıqda 4,5 qram protein var. Qatıq kimi zülalı yüksək olan qidalar əzələlərin inkişafını dəstəkləyir və aşağı zülallı qidalardan daha doyurucu olur. Qatıq zəngin kalsium tərkibi ilə də fərqlənir. Kalsium sümükləri və dişləri gücləndirən mineraldır. 100 qram qatıq kalsium ehtiyacının 15% -ni qarşılaya bilir. Qatıqdan alınan kalsium yağ yandırmasını da sürətləndirir. Qatıqda həmçinin kalium, fosfor, riboflavin, yod, sink, A, E və B vitaminləri var.

Yeni aparılan araşdırmaya görə, kalsium, zülal, vitamin, potasium, maqneziumla zəngin olan qatıq həm də süd vəzi xərçəngi olmaq riskini azaldır. Gündə iki stəkan qatıq yeməklə süd vəzi xərçəngi riskinin inkişafının qarşısını almaq olar.


Bildirilir ki, diş əti iltihabı yaradan bakteriyalar da başda olmaqla, süd vəzi kanallarında olan çoxlu sayda bakteriyalar, toksinlər süd vəzi xərçənginin yaranmasına təkan verə bilir. Amma hesab olunur ki, gündəlik qatıq yeməklə həmin risk azalır.

Bununla yanaşı qatığın ürəyin, sümüklərin sağlamlığı, immun sisiteminin güclənməsi üçün də faydalı olduğu da vurğuıanır.

Son illər aparılan araşdırmalar göstərir ki, gündəlik 400 qram və daha artıq qatıq yemək süd vəzi xərçəngini 10 faizə qədər azldır. Hətta bəzi Asiya ölkələrində bu riskin 30 faizə qədər azaldığı deyilir.

Tərkibindəki kalsium sayəsində qatıq, yalnız sümüklər və dişlər üçün deyil, həm də maqnezium və kalium tərkibinə görə əzələ funksiyaları və sinir ötürülməsi baxımından əhəmiyyətlidir. Qatıqdakı probiyotiklər həzm sistemi və bağırsaq florası üçün çox faydalıdır.

Menopoz zamanı qadınlar nə qədər qatıq yeməlidir?


Qatıq menopoz zamanı ən vacib qidadır. Kalsiumla zəngin olan qatıq, bu dövrdə meydana gələcək sümük itkisinin müalicəsində və meydana gəlməsinin qarşısının alınmasında ən böyük köməkçidir. Az yağlı, evdə hazırlanan qatıqlara üstünlük verilməlidir.

e-tibb.az

Sizə maraqlı ola bilər: