İlk görüşlər stresli və bəzən də əsəbləri korlayan ola bilər. Bunun öhdəsindən gələ bilmək üçün lazımı məsləhətləri sizə təqdim edirik:

İlk görüşdə diqqət edilməsi gərək qaydalar;

İlk dəfə görüşə gedirsinizsə, mütləq həyəcanlısınız. Əliniz, ayağınız əsə bilər. Özünüzü çətin idarə edərsiniz. Bunların öhdəsindən gəlmək üçün 10 qaydaya diqqət edin.

1. Gecikməyin, yoxsa günə 0-1 geridə başlayacaqsınız.


Həqiqətən əsaslı bir səbəbiniz yoxdursa, görüşə gecikmək sizin haqqınızda xoş olmayan fikirlərə səbəb olacaq. Əmin olun ki, ilk görüşdə gecikmək heç də yaxşı deyil.

2. İlk görüşdə görüş çox önəmlidir. Qapalı, sakit məkan seçin. Bu, daha yaxşı ünsiyyətə imkan verəcək.


3. Görüşə tək gedin. Əks halda, mənfi təsir yaranar, yetişkin biri olmadığınız təsəvvürü formalaşar.


4. İkinci görüş üçün biraz fasilə verin. Səhəri gün yenə görüşməyi qəbul etməyin.


5. Danışarkən sağa-sola yox, qarşınızdakının gözlərinə baxın. Belə daha yaxşı dialoq yaranacaq və qarşıdakının niyyəti aydın olacaq.


6. Telefonunuzun səsini azaldın və ya tamam bağlayın. Söhbət əsnasında mesajlaşmaq və ya uzun müddət telefonla danışmaq yaxşı hal deyil.


7. Danışmağa bir şey tapmadıqda səssizliyi pozmaq üçün ona özü haqqında suallar verin. Kişilər özləri haqda danışmağı daha çox sevirlər.


8. Eyni sifarişi verməyin. Lakin yeyilməsi çətin və tökülüb-dağılan yeməklərə üstünlük verməyin.


9. Keçmiş sevgilinizdən bəhs etməyin. Bu durum onu unutmadığınız təsiri bağışlaya bilər.


Çox şəxsi suallar verməkdən çəkinin. İlk dəfə görüşdüyünüz bir axşamda keçmiş sevgili haqqında verəcəyiniz suallar sizə heç bir xeyir gətirməyəcək. Əksinə, sizdən uzaqlaşmasına səbəb olacaq.

10. Səliqəli olmağa diqqət edin. Makiyajdan çox istifadə etməyin. Sizi necə görüb bəyənibsə, elə bəzənin.


Geyinəcəyiniz paltarı seçərkən bir kafe və ya başqa bir yerə uyğun olmasını düşünün, görüşəcəyiniz yerə görə seçim edin. Bu səbəbdən çox rəngarəng olmayan sadə geyimlərinizi seçin ki, bu nə çox qarışıq, nə də çox səliqəsiz görünsün.