Tətbiqlər ingiliscə öyrənmək üçün mükəmməl vasitədir. Sanki telefonunuzda kiçik bir sinif otağı var. Doğrudur, belə tətbiqlər müəllimləri əvəz etməsə də, normal dərslərinizə fayda verər. Həmin tətbiqləri sizə təqdim edirik.

1. Duolingo


Duolingo, 300 milyondan artıq istifadəçisi ilə ən məşhur dil öyrənmə platformasıdır. Şirkətin missiyası təhsili pulsuz, əyləncəli və hər kəs üçün əlçatan etməkdir. Duolingo bir oyun kimi dizayn edilib və təsirli olduğu sübuta yetirilib.

2. Quiz You English


Quiz Your English dünyanın hər yerində öyrənənlərin ingilis dili səviyyələrini inkişaf etdirməyə və onları test etməyə imkan yaradır. Dostlarınızla ingilis dilini öyrənin və yeni sözlər kəşf edin. Daha sonra qlobal mühitdə özünüzü sınaqdan keçirin.

3. The British Council


The Bitish Council tətbiqində müxtəlif mövzulu dərslər və oyunlar var. Ən ibtidai səviyyədən başlayaraq yüksək səviyyəyə qədər ingilis dili öyrədilir. Bunları bitirdikdən sonra özünüzü test edə bilərsiniz.

4. 6000 Words


Bu tətbiqlə söz ehtiyatını artırmaq mümkündür. Fun Easy Learn mətn və şəkilllərlə yeni sözlər öyrənməyə kömək edir. Burada müxtəlif mövzular əhatə olunub və onların köməyi ilə ingilis dili səviyyəsini yüksəltmək olar.

5. Beelingu


Bu platforma oxuma praktikası baxımından çox faydalıdır. İki fərqli dildə hekayə anlatmaq üçün dizayn edilib. Əvvəlcə ingiliscə oxuyursunuz, sonra öz dilinizdə mənasını öyrənirsiniz. Burada elm və texnologiya haqqında müxtəlif məqalələr də yer alır.