Meyvə və tərəvəzlərin yabanı formaları olduqca fərqlidir.

Çağdaş meyvə və tərəvəzlər


Çox gözəl görünürlər, eləmi? Genetik Modifikasiya Olunmuş (GMO) məhsullara çox rast gəlinir. İnsan min illərdir qida məhsullarının genetikasını dəyişir. Meyvə və tərəvəzlərin yabanı halı, dadı, ölçüsü indiki formalarından çox fərqlənirdi.

Yabanı qarpız


Giovanni Stanchi tərəfindən 1645-1672-ci illər arasında çəkilmiş bu rəsmdə görülən qarpızın içi boş olduğunu və altı üçbucaqdan ibarət olduğunu görürük.

Modern qarpız


Zamanla qarpızın keçdiyi təkamülə baxılsa, sululuğu və qalınlaşdığı görünür. Dənələri qara və təzədir.

Yabanı banan


İlk bananlar azı 7 min il əvvələ təsadüf edir. Vəhşi banana bənzər bitkilər Papua və Yeni Qvineya və Cənubi Asiyada yetişir.

Modern banan


Hazırki bananın daha dadlı, qabığının fərqli və təzəliyin qorunmasında effektli olduğu görünür.

Yabanı badımcan


Badımcanın sarı, ağ və narıncı rənglərinə rast gəlinir. İlk badımcanlar Çində yetişib.

Modern badımcan


Müasir badımcanların yabanı formasından çox böyük və çox tünd rəngdə olduğu müşahidə edilir.

Yabanı kök


İlk köklər İranda X əsrdə yetişdirilib. Bu köklər çəhrayı və ağ rəngdə, incə gövdəli olub.

Modern kök


Mütəxəssislər kökü hazırki formaya gətiriblər. Bəzi fərqliliklər yaranıb.

Yabanı qarğıdalı

İlk qarğıdalılara təxminən 9 min il əvvəl rast gəlinib. Bu qarğıdalılar nazik idi və dənələri kartof kimi quruydu.

Modern qarğıdalı


İndiki qarğıdalının 9000 il əvvəlki əcdadlarından min dəfə böyük olduğu bildirilir. Təxminən 5% daha çox şəkərli olması da tapıntılar arasındadır. Bu dəyişikliklərin yarıdan çoxunun XV əsrdə qarğıdalıların Avropaya köçündən sonra baş verdiyi də məlumdur.

Yabanı şaftalı


6 min il əvvələ təsadüf edən ilk şaftalılar indikinə yaxın dadda idilər.

Modern şaftalı


Daha dadlı və suludur. Yabanı formasından 64 dəfə böyükdür. Yeməli hissəsi daha çoxdur.

Yabanı portağal


Yabanı portağal göründüyü kimi daha az sulu və vizual olaraq iştahaaçan deyil. Müasir formasından fərqli olaraq, ağaclardan deyil, kollardan yığılır.

Modern portağal


Portağal təkamül keçdikdən sonra daha sulu olub. Şəkərlilik və dad baxımından çox fərqlidir.

Yabanı ananas


Ana vətəni Cənubi Amerika sayılır. Yabanı ananas dənəli və toxumlu idi. Daha az suluydu.

Modern ananas


Cari ananas su və şəkərlə boldur. Ticari əhəmiyyətli meyvədir.

Yabanı pomidor


Kiçik ölçüdə idi, rəngi fərqliydi. Terminoloji adı Lycopersicon olan yabanı pomidorun dadı hazırkindən çox fərqlənirdir.

Modern pomidor


Müasir pomidor daha fərqli növlərdədir. Dadı əvvəlki formasına nisbətən yaxındır.

Yabanı kartof



Yabanı kartofun vətəni Mərkəzi Amerika sayılır. Bundan 200-ə yaxın növ əldə olunub. Sözügedən coğrafiyada 120-yə yaxın növü vardır.

Modern kartof



İndiki kartof sululuğu, ölçüsü və rəng tonu baxımından əvvəlkindən fərqlənir.