Sosial media insanların fotoqraflığa olan marağını daha da artırıb. Onlar müxtəlif vasitələrlə daha maraqlı foto çəkməyə həvəslidirlər.

Getdikcə foto çəkmək baxımından maraqlı ideyalar ortaya çıxır. İnsanlar daha gözəl foto çəkmək üçün yarışırlar.

Instagram-da ispan fotoqraf Jordi Puig fotonu çəkmək rakursları üçün insanlara məsləhətlər verir. Onlar aşağıdakılardır.

1. Kitab səhifəsi


Kitab səhifəsilə gözəl bir foto çəkə bilərsiniz. Vərəqi kameranın ətrafına dolayıb əla nəticə əldə etmək olar.

2. Plastik su qabı


Su içdiyiniz plastik şüşənin hər iki ucunu kəsib kameranızın ətrafına yerləşdirin. İşığın fərqli formaya düşməsinə səbəb olan şüşə gözəl fotolar ərsəyə gətirəcək.

3. Rəndə


Bəli, rəndə ilə maraqlı fotolar əldə etmək olar. Rəndəni kameranın önünə yerləşdirərək foto çəkin.

4. Yulaf


Jordi Puig belə vasitələrlə də möhtəşəm işlər görür. Hərfli yulaf ilə bir kitabı bütünləşdirən Puigin bu cür fotoları ən çox bəyənilənlər arasındadır.

5. Ayaqqabı bağı


Foto çəkdirmək istəyən birini heyrətləndirmək istəyirsinizsə, bu üsul işinizə yarayar. Bağları kameranı tuttuğunuz əlinizə alın. Gözəl nəticə əldə olunacaq.

6. Stress purjini


Şəklini çəkəcəyiniz şəxsə purjinin bir ucunu tutmasını deyin. Digər uc hissəni isə kameranızın ətrafına keçirin. Çəkilən foto hamını heyrətləndirəcək.

7. Zəncir

Bundan əvvəlki üsulu təkrarlayın. Zəncirin bir ucunu foto çəkdirən adam tutsun, digər ucunu isə kameranın önündə tutun. Fərqli foto çəkiləcək.

8. Mətbəx əşyaları


Belə əşyalarla bir-birindən gözəl fotolar çəkmək istəyinizi reallaşdıra bilərsiniz.