İnternet nə vaxt və necə ortaya çıxdı? İnternetin nə zaman yaranması haqqında məlumatlı olmaq istəyən insanların həmişə diqqətini çəkib. Bu yazıda, İnternetin tarixin hansı dövründə ortaya çıxdığını, bir çox maraqlı faktlardan bəhs edəcəyik.


ABŞ əsgərinin xəbərləşmə məqsədilə hazırladığı şəbəkə ilə meydana çıxan internet inkişaf etdirilərək indiki vəziyyətə gətirilib. Bəs tarixi 1969-cu ilə qədər gedib çıxan internet nə vaxt ixtira olunub? İnternetin meydana gəlməsi hərbi ehtiyaclar və bundan dolayı yaranan çətinliklər sayəsində olub. 1960-cı illərin əvvəlində ABŞ-da "RAND Corporation" adlı təşkilat tərəfindən mümkün nüvə müharibəsi dövründə hərbi məlumatların ötürülməsini etibarlı təşkil etmək məqsədilə kompüter şəbəkəsi yaradıldı. Bu layihə internetin inkişafında ilk addım sayılır. 1969-cu ildə ABŞ müdafiə nazirliyi tərəfindən ARPANET (Advanced Research Project Agenc Network) adı ilə kompüterlərarası şəbəkə əlaqəsi yaradıldı. Bu, əslində nüvə müharibəsi ərəfəsində bir çox kompüterin zərər gördüyü şəraitdə xəbərləşməni mümkün etmək üçün hazırlanmış sistemdir. Lakin zamanla bu şəbəkədən alimlər və araşdırmaçılar da istifadə ediblər. Yaradılan şəbəkə sayəsində kompüterlərin ortaq istifadəsi, mesaj və məlumatların ötürülməsi təmin olunub.



1973-cü ildə ARPANET şəbəkəsinə İngiltərə və Norveçdən iki universitet qoşulub. Bu hadisə tarixə qlobal anlamda ilk bağlantı kimi keçib. MİL-NETARPA-NET prosesi Bu sistem qısa vaxtda genişləndi və daha sonra ikiyə bölündü. Böyüyən sistemin bir parçası MİL-NET, digəri isə ARPA-NET adlandırılıb. Bu bölünmədən sonra iki şəbəkə arasındakı əlaqə bir neçə internet protokolu ilə qurulmağa başlanılıb. Bir şəbəkədəki kompüterin digər şəbəkədəki kompüterlə əlaqəyə girməsini təmin edən bu protokollarla məşhur "İP" termini texnologiya dünyasında yerini aldı. Soyuq müharibə qaydalarının aradan qalxmasıyla, xüsusən 1990-cı illərin ikinci yarısında bazara çıxarılan proqram və onu tamamlayan digər ünsürlərlə internet ticari hal aldı və istifadəsi genişləndi. Vaxt keçdikcə internet fərd və müəssisələrin müstəqil şəkildə qoşula biləcəkləri bir şəbəkəyə çevrildi. Hazırda texnologiyadakı əsas məsələ təşkilati məsələlərin bir-birinə bağlanması və fərdi kompüterlərin internetə qoşulması prosesidir.