Yeni il gecəsinin əsas rəmzlərindən biri də yolkadır. Yolkanı bəzəməkdə çətinlik çəkirsinizsə, bu məqaləni oxuyaraq çox şeyi öyrənə bilərsiniz.

Yolka bəzəmək adəti necə yaranıb?

Milad ağacı bəzəməyin böyük tarixi var. Ağac bəzəmək yeni ilin gözəl keçməsini istəmək anlamı verir. Ağaclara dəyər vermək bir çox mədəniyyətin bir parçasıdır. Qədimdə milad ağacları quşların qığınacağı və şeytanı qorxutmaq üçün hazırlanıb. Almanlar keçmişdə ağacın üzərinə xəmirsiz çörək qırıntıları asar və bu şəkildə tanrıya şükür edərdi. Həmçinin milad ağacına İsaya işarə edən şam da qoyulurdu.

Yolka necə bəzədilir?

Yeni il ağacı necə bəzədilir? Bunun üçün ən yaxşı üsulları təqdim edirik.

1. Ağac seçiminə diqqət edin


Çöldə bitən böyük şam ağaclarını evə daşımaq mümkün olmaz. Ağacı məkana görə seçmək gərəkdir. Həmçinin kiçik ağacın üzərinə aşırı dərəcədə bəzək yığmaq da pis görünüş yaradar.

2. Ağacı qabardın


Plastik yolkalar istifadə edilmədiyi müddətdə qutuda saxlanılır. Bu zaman ağacın budaqları əzilir. Ağacı bəzəmədən əvvəl budaqları qabartmaq lazımdır.

3. Bəzəməyə ilk olaraq işıqlandırmadan başlayın


İşıqlandırma bəzəməyin ən önəmli detallarından biridir. İlk olaraq bəzək şarlarını assanız, işıqları yerləşdirməyə çətinlik çəkə bilərsiniz. İşıqları yerləşdirməyin ən yaxşı üsulu onları ağacın başından aşağıya doğru spiral şəklində yerləşdirməkdir. Digər məsələ isə ağacın gövdəsinə sarıya biləcəyiniz ikinci növ bəzək işıqlarıdır.

4. Əvvəlcə ağacın yuxarısından başlayın


Bəzəməyə ağacın başından başlayın, çünki belə halda işiniz asanlaşacaq. Bəzəklərin dağılmaması üçün əvvəlcə ağacın başına tac əlavə edin. Ulduz da əlavə etmək olar.

5. Ağacınızı bəzəyərkən bir konsepsiya müəyyənləşdirin və rəng uyğunluğu əldə edin


Yolkanı bəzəyərkən istifadə etdiyiniz rənglərin uyğunluq təşkil etməsinə fikir verin. Rənqli şarlar və bu şarlara uyğun olan digər aksesuarların arasındakı rəng uyğunluğunun pozulmamasına diqqət edin. Təbii bir görünüş əldə etmək üçün bəzəkləri düzərkən kiçik bəzəkləri üstə, böyükləri isə alta asın. Ağacı bəzəyərkən ən gözəçarpan nöqtəsini doldurmağa, zirvəsində böyük bir ulduz asmağa, müxtəlif fiqurlar yerləşdirməyə önəm verə bilərsiniz.

6. Arzu kartları əlavə edə bilərsiniz


Milad ağacına qoyulan arzu kartlarının uğur gətirəcəyinə inananlar var. Öz arzularınızı arzu kartlarına yazaraq yolkanızdan asa bilərsiniz.

7. Təbii bəzəklər


Portağal və ya limonları əvvəlcə qurudun. Qurudulmuş meyvələrin boş hissələrin qalın ip keçirərək bağlayın. Bunlar yolkaya xüsusi gözəllik verə bilər. Həmçinin meyvə quruları yolkaya fərqli bir konsepsiya qatar.

8. Lentlərlə bəzəyin


Ağacın bəzənməsi bitdikdən sonra ətrafını lentlərlə sarıya bilərsiniz. Qalın lentdən istifadə etmək işinizi asanlaşdıracaq.

9. Qəribə əlavələr edin


Qeyri-adi bəzəklər, rənglər ilə yolkanıza fərqli görünüş qata bilərsiniz. Canlı rəng partlamaları xüsusi gözəllik yaradar.

10. Qar spreyi istifadə edin


Yolkaya işıqları və bəzəkləri düzdükdən sonra qışı evinizdə nümayiş etdirmək məqsədilə ağacın üzərinə və altına qar spreyi vurun.

11. Ağacın ətrafını diqqətdən qaçırmayın


Milad ağacını bəzəməklə yanaşı, ağacın ətrafına da əl gəzdirmək vacib amildir. Evinizin və ağacınızın daha gözəl görünməsi üçün ağacın ətrafını da bəzəməyə çalışın. Ağacın altına müxtəlif ölçülü hədiyyə qutuları yerləşdirə bilərsiniz. Həmçinin, yolkanın ətrafına şamlar yerləşdirmək olar.

12. Ağacın altına örtük sərə bilərsiniz


Ağacın altına ağ örtük sərərək qışın, qarın görüntüsünü əldə edə bilərsiniz.