Bütün işlərimizi internet üzərindən həll etdiyimiz bir vaxtda əksər şirkətlər işə qəbul proseslərini onlayn və ya video formatda həyata keçirirlər. Bəzən iş görüşmələri üçün başqa bir şəhərə və ya ölkəyə getməli oluruq. Bunun əvəzinə, prosesin ilk mərhələsinin onlayn aparılması hər iki tərəf üçün daha praktik və asandır. Onlayn iş görüşmələrində nəzərə alınacaq məqamlar aşağıdakılardır.

1. İnternetinizin yüksək keyfiyyətli olduğundan əmin olun


Onlayn iş görüşmələrinin ən qorxunc tərəflərindən biri də bağlantı zamanı internetin kəsilməsidir. Söhbətin ortasındakı əlaqənin kəsilməsi həm sizi stressə salır, həm də diqqətinizi yayındırır. Bu səbəbdən, görüşəcəyiniz mühitdə internetin keyfiyyəti yüksək deyilsə, dərhal fərqli variantları nəzərdən keçirməlisiniz.

2. Özünüzü rahat hiss edəcəyiniz bir yer seçin


İş görüşməsi zamanı sizə rahat gələn yer seçin. Qarşıdakı şəxsin sizi rahat eşidə biləcəyi yer eçməyiniz məsləhətdir.

3. Hansı ağıllı cihazdan istifadə edəcəyinizi düşünün


Onlayn iş görüşməsinə komüterlə qoşulmaqda fayda var. Ağıllı telefonlar və planşetlər kimi cihazlar ilə danışıqlar zamanı səs keyfiyyətsizliyi, kamera, donma çətinliyi kimi amillər səbəbindən çətin vəziyyətə düşə bilərsiniz. Kompüterdə kamera, mikrofon kimi elementlərin yaxşı işlədiyindən əmin olun.

4. Arxa plan və kameranı əvvəlcədən yoxlayın


Onlayn görüşmə aparacağınız yerdə arxa planın sadə, diqqəti dağıtmayanvəziyyətdə olduğundan əmin olun. Kameranı əvvəlcədən yoxlayın, çiyin planında çəkiliş etməsini düzəldin.

5. Real görüşdə olduğu kimi geyiminizə fikir verin


Rəsmi və ciddi geyinmək daha məqsədəuyğundur. Səliqəli və baxımlı görünüşünüz qarşınızdakı şəxsdə xoş təəssürat yaradacaq, işə olan ciddiliyinizi biruzə verəcək.

6. Əvvəlcədən məşq edin


İş görüşməsindəki ehtimal edilən dialoqları əvvəlcədən düşünün, suallara öz-özlüyünüzdə cavab verin. Görüş zamanı vaxtı düşünməyin, suallara əhatəli, dəqiq cavablar verin. Qarşınızdakı şəxslə kompüterdən göz təması qurun.

7. CV-lərinizin bir nüsxəsini yanınızda saxlayın


İş görüşmələri zamanı ən sadə suallara belə həyəcandan cavab verilmə bilmədiyi anlar olur. Bu səbəbdən onlayn iş görüşləri zamanı CV-nizin bir nüsxəsini yanınızda saxlayın. Həmçinin, unuda biləcəyiniz vacib qeydləri bir yerə yazıb müsahibə zamanı baxa bilərsiniz.

8. Görüşmənin sona çatdığına əmin olun


Onlayn söhbət bitdikdə ciddiyyətinizi qoruyun, rahat olun. Görüşmə sona çatmamış mövzuyla bağlı şərh verməyin. Bağlantının tam bitməsini gözləyin və sonra rahat nəfəs alın.