Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), SARS-CoV-2 virusundan qaynaqlanan COVID-19-u pandemiyaelan edib. Bu pandemiya demək olar ki, dünyanın hər yerində yayılıb və yüz minlərlə insanın ölümünə səbəb olub. Qlobal ölüm nisbəti 4.4% olan yeni növ koronavirusun pandemiya elan edilməsi nə anlama gəlir?

Pandemiya, epidemiya və endemiya arasında fərqlər


Bəzi insanlar "pandemiya" "epidemiya" terminlərini ayırmaqda çətinlik çəkirlər. Bu teminlərin fərqli mənaları var. Epidemiya, nəzarətdən çıxan bir xəstəliyi və ya problemi izah etmək üçün istifadə olunan bir termindir. Tibbi olaraq bir epidemiya, müəyyən bir populyasiyada müəyyən bir zamanda meydana gələn geniş yayılmış bir xəstəlik olaraq təyin edilir. Pandemiya, hər hansı bir infeksiya və ya xəstəlik yaşayan insan sayının bir ölkəni, qitəni və hətta bütün dünyanı təsiri altına almasıdır. Endemiya, müəyyən bir ərazidə və ya müəyyən bir populyasiya arasında proqnozlaşdırılan nisbətdə meydana gələn epidemik xəstəliklərdir.

Hər hansı bir xəstəlik ölkənin hüdudlarından kənara çıxdıqda və eyni zamanda fərqli ölkələr arasında yayıldığında epidemiya pandemiyaya çevrilir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan edilən bir pandemiya "yeni bir xəstəliyin dünyaya yayılması" olaraq təyin edilir. Pandemiya termini qədim yunandilində "bütün insanlar" mənasını verən "pan" və "demos" sözlərindən götürülüb. Bu baxımdan hər pandemiya epidemiyadır, lakin hər epidemiya pandemiya deyil. Pandemiya ilə epidemiya arasındakı ən böyük fərqlər:

Pandemiya çox sayda insana keçir, həyat üçün təhlükəlidir.

Pandemiya dünyanın daha böyük coğrafi ərazilərinə təsir edir.

Pandemiya sosial pozulmalara, iqtisadi itkilərə və ölkədaxili çətinliklərə səbəb ola bilər.

Pandemiya elan olunan hadisələr epidemiyalardan daha sürətli yayılır və daha çox ölümə səbəb olur.

Pandemiya əsasən insanlarda uzun müddətdir görülməmiş və ya yeni ortaya çıxan viruslardan
qaynaqlanır.

Pandemiya nədir?


Pandemiya, yeni bir yoluxucu xəstəliyin dünyada yayılmasıdır. Pandemiya daha geniş ərazilərə yayılır, insanlar yoluxur və daha çox ölüm hadisəsi baş verir. Lakin pandemiya termini epidemiyanın ölümcülliyini deyil, xəstəliyin yayılma dərəcəsini ifadə etmək üçün istifadə olunur.

Epidemiya nədir?


Epidemiya, müəyyən bir ərazidə gözləniləndən çox insanın xəstələnməsinə səbəb olan hallara verilən ümumi addır. Kiçik topluluq arasında, ölkənin hər yerində və ya bir neçə ölkədə yayıla bilər. Epidemiyalar bir neçə gün və ya həftələrlə, hətta illərlə davam edə bilər. Digər tərəfdən, epidemiyalar insandan insana, heyvandan insana təmas yolu ilə və ya ətraf mühit amillərinə görə keçə bilər.

Endemiya nədir?


Endemiya, müəyyən bir ərazidə və ya müəyyən bir populyasiya arasında proqnozlaşdırılan nisbətdə baş verən epidemiyalardır. Məsələn, bir çox insanın yaxşı tanıdığı su çiçəyi gənclər arasında yüksək, lakin proqnozlaşdırılan dərəcədə baş verdiyi üçün endemiya adlandırılır.

Pandemiyanın səbəbi nədir?


Sürətlə yayıla və müəyyən bir qitəyə və ya bütün dünyaya təsir göstərə biləcək pandemiya tarix boyu milyonlarla insanın ölümünə səbəb olub. Pandemiyanın tarixinə yaxından nəzər saldıqda, XIV əsrdə (1347-1351) Avropada ortaya çıxan və minlərlə ölümə səbəb olan Böyük Taun kimi də bilinən Qara Ölüm yada düşür. XIV əsrdə təqribən 200 milyon insan bu virusdan dünyasını dəyişib.

Pandemiya hadisələri ümumiyyətlə yeni bir virusun mutasiya edərək insandan-insana keçməsi ilə meydana gəlir. Bu, yeni bir virusun insandan insana asanlıqla keçməsindən çox mutasiyanın nəticəsi olaraq yayıldığını göstərir.

Bir pandemiya hadisəsinin ortaya çıxmasından və yayılmasından sonra insanlardaq bu virusa qarşı immunitet yarana bilər. Ancaq buna müəyyən vaxt lazımdır. Müxtəlif qurumlar, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyaya nəzarət etmək üçün virusların hərəkətlərini və davranışlarını yaxından izləyirlər.

Koronavirus pandemiyası nədir?


COVID-19 olaraq da adlandırılan yeni koronavirus, 11 mart 2020-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilib. ÜST-ün Baş direktoru Tedros Gebreyesus açıqlamasında "Pandemiya yüngül və ya ehtiyatsızlıqla istifadə ediləcək bir söz deyil. Yanlış istifadə edildiyi təqdirdə, əsassız qorxuya, lazımsız əziyyətə və ölümə səbəb ola biləcək bir sözdür. Durumu pandemiya adlandırmaq ÜST-ün koronavirusun yaratdığı təhdidlə bağlı dəyərləndirməsini dəyişdirmir" deyə bildirib. Martın 10-da IFRC, UNICEF və ÜST uşaqları və məktəbləri COVID-19 virusuna yoluxmaqdan qorumaq üçün yeni təlimat yayımlayıb.

Niyə COVID-19 pandemiya elan edildi?

Pandemiya hadisələri bir çox fərqli cəmiyyəti, qitəni və hətta bütün dünyanı təsir altına alan və insan sağlamlığını təhlükəyə atan ümumi bir həyəcan vəziyyətidir. COVID-19-un niyə pandemiya elan olunduğuna daha yaxından nəzər salsaq, əsas məqsədin milli və qlobal ərazidəki ictimai səhiyyə müəssisələrinin bu epidemiyaya qarşı daha yüksək səviyyədə tədbirlər görməsini təmin etmək olduğunu anlayarıq.

Tarixin ən dəhşətli pandemiyaları


1918-1920-ci illərdə 100 milyon insanın ölümünə səbəb olan ispan qripi tarixin ən qorxulu pandemiyası hesab olunur.

Yustinian vəbası: 541-542 illər arasında ortaya çıxan bu pandemiya, Bizans İmperatorluğu,nKonstantinopol, Sasani imperatorluğu və Aralıq dənizi ətrafındakı liman şəhərlərinə təsir göstərib. Ümumilikdə 50 milyon insanın ölümünə səbəb olub.

Qara ölüm: 1347-1351 arasında ortaya çıxan bu pandemiya, Asiyanın cənub-qərbində başlayaraq Avropaya qədər gedib çatıb. Yersinia pestis adlı bir bakteriyanın səbəb olduğu bu hadisə tarixin ən ağrılı vəba epidemiyalarından biridir. Qara ölüm pandemiyası nəticəsində dünyada 200 milyona yaxın insan ölüb.

Altıncı vəba epidemiyası: 1899-1923-cü illər arasında ortaya çıxan bu pandemiya, Hindistandan başlayaraq Orta Şərq, Şimali Afrika, Şərqi Avropa və Rusiyaya çatan böyük bir vəba epidemiyasıdır. Bu pandemiya nəticəsində dünyada 800 mindən çox insan ölüb.

İspan qripi: 1918-1920-ci illər arasında ortaya çıxan bu pandemiya, ortaya çıxmasından qısa müddət sonra 500 milyondan artıq insana keçib. Epidemiyanın başlamasından qısa müddət sonra ümumilikdə 50-140 milyon civarında insan ölüb.

Honq-Konq qripi: 1968-1969-cu illər arasında meydana gələn bu pandemiya, A tipli H3N2 virusunun səbəb olduğu bir növ qrip epidemiyasıdır. H2N2 virusundan yaranan bu virus, dünyada 1 milyondan çox insanın ölümünə səbəb olub.