Qastrit (mədə iltihabı) mədə xərçəngi ilə nəticələnə bilən sağlamlıq problemlərinə səbəb olur. Bu xəstəlik mədəni yeyilən qidalara qarşı daha kəskin hala gətirir. Qastriz zamanı xüsusən acı, souslu qidalardan və qazlı içkilərdən uzaq olmaq lazımdır. Qastritə yaxşı təsir edən qidaları təqdim edirik.

1. Qatıq


Davamlı olaraq qatıq yemək mədə ağrısının qarşısını alır. Qatığın tərkibində mədə bakteriyalarını məhv edən maddələr var. Gündə 1-2 kasa qatıq yemək mədə problemlərinin qarşısını alır. Meyvə ilə də qarışdıraraq yemək olar.

2. Çobanyastığı çayı


Çobanyastığı çayı mədədəki şiddətli ağrıları aradan qaldırır. Həzm sisteminə kömək edir və mədə turşusunu nizama salır.

3. Nanə


Nanə mədə infeksiyalarını aradan qaldırmağa kömək edir. Mədə bulanması, həzm problemi və qaz problemini həll edir. Yeməklərdə və salatlarda nanədən istifadə edərək mədə xəstəliklərindən qorunmaq mümkündür.

4. Çiyələk


Çiyələyin tərkibindəki balanslaşdırıcı maddələr qastritin yaxşılaşmasına kömək edir. Bununla yanaşı, çiyələk yarpaqlarını qaynadıb gündə bir neçə stəkan içmək mədə problemlərini azaltmağa kömək edir.

5. Yaşıl çay


Mütəmadi olaraq yaşıl çay içmək xroniki qastriti sağalda bilər. Həmçinin həzm sisteminə müsbət təsir edir. Mədə turşuması və yanması kimi qastrit simptomlarını aradan qaldırır.

6. Reyhan


Reyhan qastritin müalicəsində istifadə olunur. Antienflamatuar və antibakterial özəllikləri sayəsində iltihablanmanın qarşısını alır və bakteriyalarla mübarizə aparır. Bunun sayəsində mədə ağrısı, həzmsizlik, qusma və mədə bulanması kimi qastrit simptomları azalır.

7. Darçın


İnfeksiyanı məhv edən darçınla hazırlanan bitki çayından qarın və mədə ağrısı zaman içmək olar. Mədə bulanmasını və qusmanı önləyə bilir. Qan şəkərini də tənzimləyir.

8. Zərdəçal


Zərdəçal mədəni rahatladaraq həzmin asanlaşmasını təmin edir. Xüsusən bağırsaq problemlərinə qarşı müqavimət yaradır. Orqanizm üçün faydalı olan zərdəçal baş və mədə ağrısı kimi problemlərin müalicəsində istifadə olunur.

9. Biyan kökü


Həkim tövsiyəsi ilə istifadə edilməli olan biyan kökü mədədəki qıcıqlanmanı azaldaraq qastritin əlamətlərini və şiddətini aşağı salmağa kömək edir. Biyan kökündəm toz, tablet və ekstrakt halında istifadə etmək olar.

Qastritin əlamətləri hansılardır?

Qastritin bir çox əlaməti vardır. Bunlardan ən çox müşahidə edilənləri mədə bulanması, həzmsizlik, hıçqırıq, qarındakı spazm, mədədə yanma, iştahsızlıq, tünd rəngli bəlğəm və hərdən qan qusmaqdır.

Qastritin səbəbləri hansılardır?


Qastrit əsasən bakterial infeksiya nəticəsində əmələ gəlir. Qastritin əsas səbəbləri aşağıdakılardır.

1. Helicobacter Pylori (HP)

Xroniki qastritin ən əsas səbəbidir. HP ağız yolu ilə alınaraq mədədə yerləşən və orada qastrit adlı iltihab yaradan spiral şəkilli bakteriyadır.

2. Aspirin və antirevmatizmal dərmanlar

Bu cür dərmanlar mədə mukozasındakı qoruyucu mexanizmlərin zəifləməsinə yol açmaq surətiylə mukozanın turşu və digər faktorlara qarşı həssaslığını artıraraq qastrit yarada bilər.

XƏBƏRDARLIQ!
Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Mədə xəstəlikləri mövzusunda olan məqalələrimiz: