Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir. Paltarınızda və ya xalçanızda qəhvə ləkəsi varsa və yumağa vaxtınız olmayıbsa, onu aptekdən ala biləcəyiniz qliserinin köməyi ilə təmizləyə bilərsiniz.

Qurumuş ləkənin üzərinə qliserin töküb sürtərəkyumşaltdıldıqdan sonra ləkələnmiş əşya paltardırsa, maşında yumaq, xalça və ya kreslodursa, su ilə silərək qurutmaq lazımdır. Xalçanın üzərinə tökülən çay və qəhvənin çıxarılmasında edilən ən böyük səhv onu yaş parça ilə sürtməkdir. Sürtmək ləkənin xalçaya daha çox nüfuz etməsinə səbəb olacaq və işinizi çətinləşdirəcək.


Bu səbəbdən, görüləcək ilk iş tökülən miqdar çox olarsa, mayeni udacaq bir parçanı yavaşca toxunduraraq artıq mayeni ona hopdurmaqdır. Bu, təmizləmə işini asanlaşdıracaq.

Xalçada qəhvə və çay ləkələrini təmizləmək üçün müxtəlif qarışıqlardan istifadə olunur. Əsas istifadə edilən məhsullar xalça yuyucu vasitələr olsa da, kimyəvi məhsullardan uzaq durmaq istəyənlər üçün sirkə və ya karbonatlı su qarışıqları istifadə edilə bilər.

Amma istifadə olunan material qədər onun necə istifadə olunduğu da önəmlidir. Beləliklə, qəhvə və çay ləkələrini necə təmizləmək barəsində müəyyən məlumatlara sahib olduq. Təmizləmə zamanı hazırladığınız qarışığın içindəki su ilıq olmalıdır. İsti su xalçanızı köhnəldəcək, soyuq su isə təmizləmə prosesini tam yerinə yetirə bilməyəcək. Hazırladığınız qarışığı ləkənin üzərinə ehmalca tökün və 2-3 dəqiqə gözləyin.

Daha sonra parçanın köməyi ilə artıq mayeni çıxarıb, ləkə çıxana qədər eyni əməliyyatı təkrarlamaq və son olaraq xalçanı bütövlükdə silərək rəng fərqliliyi yaranmasının qarşısını almaq kifayətdir.

Divandakı qəhvə ləkəsinə qarşı yanlış görülən tədbirlər divanın hər zaman örtüklə örtülü qalmasına səbəb ola bilər. Buna görə də üsulu düzgün seçməlisiniz.


Böyük marketlərdə qəhvə ləkəsini çıxardığı məhsullara rast gəlmək mümkündür. Məhsul nə qədər yaxşı hazırlanırsa, bir o qədər təsirli olur.

Kremli saç şampunları divandakı ləkəni təmizləməkdə effektli olur. Şampunu ləkənin üzərinə töküb, yumşaq bir parçayla ehmalca silə bilərsiniz. Divanı spirt tərkibli keyfiyyətli odekolonla silməklə ləkədən xilas olmaq mümkündür.