Bütün dünyanı gəzmək mümkündür, ancaq bəzi ölkələrdə rahatlıq baxımından olduqca cansıxıcı problemlərlə qarşılaşa bilərsiniz. Bu məqalədə inkişaf edən texnologiya ilə həyatımıza daxil olan ən faydalı 10 səyahət vasitəsini bir araya gətirdik

Gəzintinizi maraqlı etmək üçün ən yaxşı 10 texnologiya

Texnologiyalardakı inkişaflar son zamanlar səyahət yolumuzda böyük dəyişikliklər etdi . Ən son texnologiya sayəsində artıq ehtiyac duyduğumuz bütün səyahət avadanlıqlarını və məlumatları mobil telefonlarımızda saxlaya bilərik. Bu məzmunda, hazırda mövcud olan ən yaxşı 10 səyahət alətini tərtib etdik.

1. ILI Wearable Translator


İndi insanlar vaxtı bilmək üçün yalnız mobil telefonlarından istifadə etməyə başlayıblar. Telefonunuzdan istifadə edə bilməyəcəyiniz yerlərdə vaxtı öyrənmək və ya e-poçt və bildirişlərinizi yoxlamaq üçün ağıllı saatlardan istifadə edə bilərsiniz.

2. Əşyalarınızı sahildə saxlaya biləcəyiniz ayaqqabılar


Sahildə gəzərkən qəfildən dənizdə üzməyə qərar verdiyimiz zaman qiymətli əşyalarımızı əmanət edəcək birini hər zaman tapa bilməyə bilərik. Bəzi sandaletlərlə ayaqqabının altlığından çıxan gizli bölməyə nağd pul, kredit kartları və ya açarlar qoya bilərsiniz.

3. Daşına bilən adaptr


Bu gün mobil telefonlar həyatımızın mərkəzindədir. Onsuz özümüzü çılpaq və çarəsiz hiss edirik. Batreyanın qəfil boşalması bizi bir anda həyatdan qopara bilər. Daşına bilən adaptrlar sayəsində bir yuvaya ehtiyac olmadan telefonunuzu istənilən yerdə doldura bilərsiniz.

4. LifeStraw


Lifestraw suyun təmizlənməsi üçün hazırlanmış bir cihazdır və onun portativ təbiəti onu səyahət üçün əvəzolunmaz bir vasitədir edir. Fərdi bir su filtri olan Lifestraw, kilometrlərlə təmiz su mənbəyi tapa bilmədiyiniz hallarda suyunuzu 99% nisbətində bakteriya və parazitlərdən təmizləyə bilər.

5. Simsiz Bluetooth səs ucaldıcısı


Səfər zamanı yanınızda gəzdirə biləcəyiniz simsiz səsucaldıcılar, yüksək musiqi ilə tətilinizə fərqli bir zövq qatacaqdır. İstədiyiniz mahnını harada olmanızdan asılı olmayaraq dinləyə bilməyiniz çox xoş bir üstünlük olacaqdır.

6. Şəxsi Dron


Dron texnologiyası son illərdə böyük bir yol qət etmişdir. Telefonunuzdan koordinatları yazaraq istənilən nöqtəyə göndərə biləcəyiniz bu cihazlar həyatınızı xeyli asanlaşdırır.

7. Baqaj Skuterləri


Hava limanında baqaj aparmaq probleminizə son qoyan bu yeni texnologiya Micro Luggage Scooter(baqaj skuterləri) sayəsində uçuşlarınız daha asandır. Eyni zamanda bu ağıllı cihaz, baqajınızın başqasının baqajına qarışma ehtimalını da aradan qaldırır.

8. Səyahət ütüsü


Səyahət zamanı narahat olduğunuz digər məqam isə çamadanınızın içinə yığdığınız paltarlarınızın qırışmasıdır. Portativ səyahət ütüləri bu problemi həll edir. Çantanıza rahatlıqla yerləşdirə biləcəyiniz bu portativ ütülər sayəsində paltarlarınızı çamadanda olmadan istifadə etmək mümkündür.

9. Ağıllı Saat


İnsanlar vaxtı öyrənmək üçün yalnız cib telefonlarından istifadə etməyə başladılar. Bu ağıllı saatları, telefonunuzu istifadə edə bilməyəcəyiniz yerlərdə, vaxtı öyrənmək və ya e-poçt və bildirişlərinizi yoxlamaq üçün istifadə edə bilərsiniz.

10. GoPro Kamera


Əvvəllər çox az bilinən və qeyri-adi bir kamera növü olan GoPro, indi çox populyar bir texnologiya məhsuludur. Bir sörfçünün öz videosunu daha yaxşı bir şəkildə çəkmək istəyinin ortaya çıxması və inkişafı üçün ortaya cıxan GoPro ekstremal idmanın əvəzolunmaz texnologiyası və macəra həvəskarlarının ən sevimli texnoloji cihazıdır. Asan istifadəsi və funksional quruluşu ilə məşhur texnoloji məhsul olan GoPro kamera, olduqca fərqli funksiyalara sahib olduğuna görə, səyahətinizi qeydə almaq üçün əla bir cihazdır.