Gündəlik həyatımızda bir çox problem və çətinliklərlə qarşılaşırıq. Bu problemləri biraz yüngülləşdirəcək, işlərinizi asanlaşdıracaq tətbiqləri araşdırmışıq. Onlar aşağıdakılardır.

1. Twitly


Instagram-da izlədiyiniz, ancaq sizi izləməyən insanları göstərən tətbiq olan Twitly hekayələri gizli izləməyinizə də kömək edir.

2. Files Go


Pulsuz yüklənilə bilən ağıllı yaddaş tətbiqi Files Go, Google tərəfindən istifadəyə verilib. Silməyə əliniz gəlmədiyi fotoları Files Go-da saxlaya bilərsiniz.

3. Clipper


Bir çoxumuz telefonda kopyaladığımız sözləri bir yerə birləşdirməyi unuduruq. Clipper adlı tətbiq kopyaladığınız sözləri yaddaşında saxlayır və müddəalarla sizə təqdim edir.

4. Google Trips


Getmək istədiyiniz yer haqqında məlumat əldə etmək və ora gedən istifadəçi rəylərini oxumaq istəyirsinizsə, bu tətbiq sizin üçündür. Google şirkəti tərəfindən hazırlanan tətbiq seçdiyiniz məkana sifariş vermək imkanı yaradır.

5. Timbre


Mahnının istədiyiniz hissəsini kəsən tətbiq olan Timbre PEGI 3 adlı şirkət tərəfindən hazırlanıb. Timbre tətbiqi ilə mahnıların sevdiyiniz hissələrini kəsib melodiya hazırlaya bilərsiniz.

6. Subway Surfers


Google Play Store-da 1 milyarddan çox yüklənmiş əyləncəli oyun olan Subway Surfers günün bütün yorğunluğunu alacaq.

7. Tint


Öz rəngli divar kağızlarınızı yaratmaq istəyirsinizsə, bunu Tint adlı tətbi ilə edə bilərsiniz. Seçdiyiniz rənglərlə sizin üçün cazibədar bir divar kağızı yaradan tətbiq həqiqətən işə yarayır.

8. Halide


Şəkillərinizə yüksək həcm verən Portra tətbiqi fərqli filtrləri ilə insanları ovsunlamağa davam edir. Yağlı boya kimi filtrləri də ehtiva edən pulsuz tətbiqdir.