Körpəmiz bizim hər şeyimizdir. Buna görə də onların rahat olması üçün əlimizdən gələni etməliyik.Körpəmizin gözləri çox həssasdır. Otağı ən gözəl şəkildə seçməyimiz və çox işıqlandırmamağımız vacib məqamdır.

1. Əvvəlcə körpəniz üçün bir konsepsiya və üslub təyin edin. Sonra cinsiyyətinə görə rəng seçin.


2. Körpənin otağı valideynlərin otağına ən yaxın yerdə olmalıdır. Səsini tez eşitmək üçün bu, vacibdir.


3. Körpənin otağında mütləq bir pəncərə olmalıdır. Otağın ventilyasiyası çox vacibdir. Körpəniz oksigensiz qalmamalıdır.


4. Körpəniz süni işıqla deyil, günəş işığı ilə qidalanmalıdır. Lazım olmadığı təqdirdə, lampanı yandırmamağınızı məsləhət görürük.


5. Körpələr üçün çəhrayı, ağ, yasəmən və firuzə kimi rənglər seçin. Oğlanlar üçün mavi, açıq boz, sarı, ağ rəng tonlarına üstünlük verin.


6. Körpə otaqlarında rənglər çox vacibdir. Çünki rənglər həm zehni, həm də psixoloji inkişafın düzgün bir şəkildə tamamlanması və hüzurlu olması üçün böyük əhəmiyyət daşıyır. Bu səbəbdən körpə otaqlarında tünd rənglərin olmamağı məsləhətdir.


7. Mümkün qədər pastel rənglərə və açıq tonlara üstünlük verməlisiniz.


8. Ən vacib məqamlardan biri də körpə otağının işıqlandırılmasıdır. Çox parlaq və işıq saçan işıqlandırma üsullarından yayınmaq lazımdır. Xəfif işıqlandırma daha məqsədəuyğundur.


9. Körpə otağındakı digər vacib məsələ gigiyenadır. Gigiyena baxımından zəmində taxta və mantar döşəmələrdən istifadə edilməlidir. Mərmər və keramika kimi məhsullara gigiyenik baxımdan uyğun olmayacağına görə üstünlük verilməməlidir.

10. Qoxu buraxmayan və tərkibində bakteriya olmayan su əsaslı divar boyalarına üstünlük verin.


11. Mebel seçimində estetikadan əlavə materiala da əhəmiyyət verilməlidir. Keyfiyyətsiz materiallarda mikroorqanizmlər yığılacağı üçün keyfiyyətli məhsullar seçmək lazımdır.


12. Körpə otağı sakit, rahat və geniş olmalıdır. Çoxlu sayda oyuncaq və əşyalardan istifadə edilməməlidi

13. Uşağınızın qarderobu yatağından uzaqda olmalıdır.