Kim uzun illər yaşamaq istəməz ki? Sağlam uzun ömür sürmək hər bir insanın arzusudur. Ancaq indiki vaxtda insanlar hər şeyi stress mexanizminə çevirir və qidalanmada buraxdıqları səhvlər sağlamlığa mənfi təsir edir. Bu isə insanların erkən yaşda xəstəliyə düçar olmasa səbəb ola bilər.

Uzunömürlülüklə bağlı məsləhətlər

1. Müntəzəm olaraq qəhvə içməyə diqqət edin. Qəhvə içmək bədəninizdəki zərərli maddələrin xaric olunmasına kömək edir.

2. Meyvə şirələri içmək əvəzinə təzə meyvə və tərəvəzlərdən istifadə edin.


3. Müəyyən yaşdan sonra zülal istifadəsindən mümkün qədər uzaq durun.


4. Səyahət etmək üçün vaxt ayırın. Səyahət yeni insanlar, yeni mədəniyyətlər, yeni təcrübələr deməkdir. Hər bir kəşf sizə fərqli bir xoşbəxtlik və zövq bəxş edəcək.


5. Mütəxəssislər müəyyən fasilələrlə qırmızı şərab içməyin insan sağlamlığı üçün vacib olduğunu bildirir. Bundan əlavə, qırmızı şərab içmək insanlarda xoş duyğular oyadır və xoşbəxtlik hissini artırır.


6. Təbii ki, idmanla məşğul olun. Ağır məşqlər əvəzinə yoqa kimi sakitləşdirici idman növü və gəzinti kimi rahatlaşdırıcı fəaliyyətlə məşğul olun.


7. Orta yaşdan sonra lifli qidalara, təzə meyvə və tərəvəzlərə, qoz-fındığa daha çox meyl göstərin.


8. Kərə yağı və heyvan yağının istifadəsindən uzaq olun. Bunların yerinə zeytun yağına üstünlük verin.


9. Qədərindən çox olmamaq şərti ilə ət və balıq məhsullarını istehlak edin.


10. Əslində ən vacib məsələ nə yeyəcəyinizdən çox necə və nə qədər yeyəcəyinizdir. Fərqliliklərə açıq olun və dostlarınızla birlikdə yemək yeyin. Birlikdə olmaqdan həzz almağa çalışın.


11. Evində pişik, it və quş kimi ev heyvanları saxlayanlar daha optimist olurlar və daha az stressə məruz qalırlar.


12. Hər gün az miqdarda şokolad yeyən insanların şirniyyat yeyənlərdən daha çox yaşadığını göstərən araşdırmalar var. Şokoladın tərkibindəki fenolların ürək xəstəliklərindən qoruduğu məlumdur.


13. Yaşıl və qara çayın tərkibindəki antioksidantlar xüsusilə ürək xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Hətta infarktdan sonra müntəzəm olaraq çay içənlərin sağ qalma şansı içməyənlərə nisbətən 30% daha yüksəkdir.


14. Çox uşağı olanlar da daha uzun yaşayırlar. Övladlar və nəvələrlə sıx münasibətlər xoşbəxtliyi və yaşamaq motivasiyasını artırır.


15. Xoşbəxt bir evlilik həm kişilər, həm də qadınlar üçün uzun ömrün açarlarından biridir. Nəzərə alın ki, bir neçə dəfə evlənənlər gözləniləndən daha tez ölürlər.