Effektiv dərs oxumağın müxtəlif mərhələləri var. Sizin üçün ən uyğun mühiti təyin etməli və intizamlı bir şəkildə davam etməlisiniz. Sizin üçün effektiv dərs oxuma üsullarını bir yerə toplamışıq.

1. Hədəflərinizi təyin edin və plan qurun


Hədəflərinizi təyin edin və dərs oxuma prosesinizi planlaşdırmağa başlayın. Hansı fənləri öyrənəcəyinizi, nə qədər vaxt ayıracağınızı və hədəf qoyduğunuz qiyməti müəyyənləşdirin. Otağınız işıqlı, havalı və təmiz olmalıdır. Bol oksigenli bir mühitdə dərslərinizi daha yaxşı başa düşə bilərsiniz.

2. İnteraktiv qeydlər edin


Dərs zamanı konsentrasiyanızı yüksək səviyyədə saxlamağa diqqət edin və interaktiv qeydlər aparın. Anlamadığınız məqamları araşdırmağı unutmayın. Yataqda uzanaraq dərs oxumaq olmaz, bu, dərsləri qavramağınıza mane olar.

3. Dərsi təkrarlayın və ümumiləşdirin


Dərs oxuyarkən təkcə bir mənbədən deyil, digər mənbələrdən də faydalanmalıyıq. Dərsin sonunda təkrarlayın və ümumiləşdirin. Öyrəndiyiniz materialı anlamağa çalışın və özünüzə suallar verin.

4. Test nümunələrini həll edin


Dərsi tam qavramağa imkan verəcək bu üsul müəllimlər tərəfindən tövsiyə olunur. Test nümunələri həll etmək qarşılaşa biləcəyiniz maneələri azaldır və sizi daha yaxşı hazırlayır.

5. Fasilə verməyi unutmayın


Gündəlik müəyyən vaxt intervalları müəyyən edilməli və hər gün həmin vaxt intervallarında dərslər öyrənilməlidir. Dərs oxumaqdan yorulduğunuz zaman həftədə bir gün öyrənmə proqramınıza ara verə bilərsiniz. Bunu etməklə dərs oxuma prosesiniz daha səmərəli olacaq.

6. Normal yuxu olduqca vacibdir


Yuxu və sağlam qidalanma məsələlərinə diqqət yetirin. Bədən və ruh sağlam olduqda, dərsi daha səmərəli oxuya bilərsiniz. Stress keçirməyiniz sizi performansınızda geri çəkəcək. Buna görə də yuxu rejiminizin düzgün olduğundan əmin olun.

7. Sağlam qidalanmaya qiqqət edin


Nə qədər intizamlı olsanız da, qeyri-sağlam bir bədən sizi həmişə ruhdan salacaq. Sağlam qidalanma nəticəsində enerjinizin daha yüksək olduğunu anlayacaqsınız və səmərəli şəkildə dərs oxuduğunuzu başa düşəcəksiniz.

8. Diqqətinizi yayındıracaq fəaliyyətlərdən uzaq durun


Diqqətimizi yayındıracaq telefon, kompüter kimi cihazları otaqdan uzaqlaşdırmalıyıq. Xüsusilə sosial media diqqətinizi yayındıran böyük faktor olacaq.

9. Sosiallaşmağa laqeyd yanaşmayın


Sosiallaşmaq dedikdə yalnız sosial medianı düşünməyin. İnsanlarla ünsiyyəti kəsməyin. Dərsinizi bitirdikdən sonra özünüzü mükafatlandırın ki, motivasiyanız artsın. Sağlam psixologiya hər zaman səmərəli şəkildə dərs oxumağa imkan verəcək.

10. Sərt qaydalardan uzaq olun


Dərs oxuyanların etdikləri ən böyük səhv dostluq mühitindən qopmaqdır. Sosiallaşma sizə böyük psixoloji dəstək verəcək. Dünyadan qopmuş bir şəkildə dərslərlə məşğul olmaq insana psixoloji cəhətdən mənfi təsir göstərər. Bu səbəbdən hər şeyi qədərində və adekvat şəkildə planlaşdırmaq lazımdır.

Yadda qalan dərs oxuma üsulları

Dərs oxuduqdan sonra yadınızda heç nə qalmırsa, öyrənmə texnikanızı və ya vərdişlərinizi dəyişdirməlisiniz. İlk növbədə dərs oxuyarkən fasilə verməyi unutmayın. Fasilədə davamlı olaraq oxuduğunuz dərsi düşünməyinizə gərək yoxdur. Eyni zamanda səsli şəkildə dərs oxumaq yaddaqalanlığı artırır. Dərsi yaddaqalan etməyin başqa bir üsulu isə suallar verməkdir. Mövzu ağlınıza gəlməsə belə, verdiyiniz suallar sizin üçün açar rolu oynaya bilər. Diqqət etməli olduğunuz başqa bir şey də diqqətinizi yayındıracaq faktorlardan uzaq durmaqdır.