Yeni doğulmuş körpənin qoxusunu təsvir etmək demək olar ki, qeyri-mümkündür - xüsusən də hər bir körpənin özünəməxsus qoxusunu nəzərə alsaq - amma nə vaxtsa yeni doğulmuş körpəyə yaxınlaşıb dərindən nəfəs almısınızsa, nədən danışdığımızı yaxşı bilirsiniz. Bu, təkcə uşaq şampunu və çirkli uşaq bezləri deyil; əksər hallarda bunun nə olduğunu dəqiq təsvir edə bilmirsən. Bəs bu “yeni körpə qoxusu” tam olaraq nədir?

2012-ci ildə aparılan bir elmi araşdırma "yaşlı insan qoxusu”na dair sübutlar aşkarlanıb. Tədqiqatın müəlliflərindən biri müəyyən bir yaş qrupuna aid bir qoxunun insanlara öz həyat yoldaşlarını seçməkdə kömək etmək üçün hazırlanmış bir təkamül qalığı ola biləcəyini nəzəriyyəsini ortaya atıb. Bu isə o deməkdir ki, körpələrin də öz qoxusunun olması qeyri-mümkün deyil.


Bu yeni körpə qoxusu həm də təkamül məqsədinə xidmət edə bilər – məsələn, körpələrin analarını öz qoxularından tanıya bildikləri kimi və ya ananın öz körpəsini daha asan tanımasına kömək etmək kimi. Bir çox tədqiqat, əksər anaların körpələrini yalnız qoxusundan tanıya biləcəyini göstərir. 2013-cü ildə “Frontiers in Psychology”də aparılan araşdırmada qadınlara üzərində körpə qoxusu olan (öz körpələrinin qoxusu deyil) bir geyim verilib və beyinlərinin mükafat mərkəzinin aydınlandığı müşahidə olunub.

Bu, atalar üçün də faydalı ola bilər. 2008-ci ildə marmoset meymunları üzərində aparılan araşdırma nəticəsində yeni doğulmuş körpələrini qoxlayan ataların testosteron səviyyəsində azalma olduğu və bunun ataları öz ailəsi və körpəsinin qeydinə qalmaq üçün daha məsuliyyətli və dözümlü etdiyi ortaya çıxıb.


Yeni körpə qoxusunun əslində amniotik maye, bakteriya, ana südü və əsasən şirin qoxulu bir ətirdə görülməyən digər komponentlərin birləşməsi olduğu ideya irəli sürülüb. (Bir alim “Washington Post” bunun 250 kimyəvi maddənin birləşməsi olduğunu bildirib) Nə olduğu və nədən var olduğu dəqiq bilinmədiyi üçün yenidən yaradılması mümkün deyil.