32 Ən yaxşı Smart saat modelləri 2021

Texnologiyanın inkişafıyla saatlar da dəyişməyə başladı. Sahib olduğu xüsusiyyətləri ilə göz oxşayan smart saatlar haqqında araşdırma aparmışıq.

Smart saatlar tədricən həyatımızın bir parçasına çevrilir. Səsli axtarış etməkdən nəbzimizi ölçməyə qədər bir çox özəlliklərə sahib smart saatların qiymətləri fərqlidir. Maraqlı dizayna sahib olan ağıllı saatları siz də əldə edə bilərsiniz.

Ən yaxşı smart qol saat modelləri

1. Honor Watch Magic 2

Honor Watch Magic 2

İdmançıların sevdiyi, olduqca şıq görünüşlü saat gün ərzində orqanizminizi izləməyə kömək edəcək. Yandırdığınız kalorini, sürətinizi və nəbzinizi qeydə alan saat su keçirmir. Dənizdə, hovuzda da taxmaq olar. Saat GPS-lə təmin olunub. 2 həftəyədək enerji saxlayır.

2. Samsung Galaxy Watch

Samsung Galaxy Watch

Saatın 46mm və 42mm olmaqla iki növü var. 46mm versiyası 4 günədək enerji saxlayır. Samsung Galaxy Watch eyni marka telefon işlədənlərin ən sevimli saatıdır. Həm Android, həm də iOS əsaslı saatda 40-a qədər məşq proqramı var.

3. Apple Watch Series 5

Apple Watch Series 5

iPhone istifadəçiləri üçün ən ideal saatdır. Saatın boz, gümüşü və qızılı olmaqla 3 rəngi var. Olduqca geniş ekranı sayəsində istədiyiniz məlumatları oxumağınızı təmin edən smart saat 40mm və 44mm olmaqla 2 növdədir. Saatla ürəyin EKG-sini çəkmək mümkündür.

4. Fitbit Versa 2

Fitbit Versa 2

Qiymət və keyfiyyət baxımından ən yaxşı saatlardan olan Fitbit Versa 2 maraqlı dizayna malikdir. Ekranın davamlı olaraq açıq qalması sayəsində idman edərkən lazımi məlumatları anındaca oxuya bilərsiniz. Saat Alexa ilə eynilik təşkil edir.

5. Huawei Watch GT 2

Huawei Watch GT 2

Metal və qayış növləri olan smart saatla stress səviyyənizi ölçə bilərsiniz. Sukeçirməz saatdakı səsgücləndirici sayəsində musiqi dinləmək olar. Bluetooth bağlantısına sahibdir. İdman etdiyiniz zaman sizi lazımi məlumatlarla təmin edəcək. Gün ərzində neçə addım atdığınızı saatın vasitəsilə öyrənə bilərsiniz.

6. Xiaomi Amazfit Pace 2

Xiaomi Amazfit Pace 2

Smart saat addım saymaq, ürək ritmini ölçmək, yuxu təqibi kimi 11 fərqli xüsusiyyətə malikdir. 280 mAh batareyası sayəsində 5 günə qədər enerji saxlayan saat 1 saata tam enerji yığır. Kimyəvi təsirlərə, zərbəyə qarşı dayanıqlı karbon fiber əsaslı polikarbonat gövdəyə və cızılmayan sərt şüşəyə sahib saatı illərlə işlətmək olar.

7. Honor Watch Magic

Honor Watch Magic

Paslanmayan materialdan hazırlanan Honor Watch Magic smart saatının xarici gövdəsi neylon plastikdən hazırlanıb. Saatın qayışlarını zövqə uyğun dəyişmək mümkündür. 7 günə qədər enerji saxlayan saatı 10 dəqiqə enerjiyə qoşub gün boyu istifadə etmək olar. Saat 9,8 mm qalınlığındadır və 50 metr dərinliyədək suya davamlıdır.

8. Xiaomi Amazfit Bip

Xiaomi Amazfit Bip

Saat əsas idman məlumatları ilə təmin etmək xüsusiyyətinə sahibdir. İnanılmaz görünsə də 30 günədək enerji saxlayır. Bildirişləri azaltdıqda bu müddət 45 günə qədər arta bilər. IP 68 seriyalı toz və su keçirməz saat ən mükəmməl saatlardandır.

9. Haylou LS 01

Haylou LS 01

Gözəl dizayna sahib smart saat 1,3 ölçülü LCD ekrana sahibdir. Qayışını asanlıqla çıxarıb taxmaq olur. Haylou LS 01 210 mAh həcmli batareyaya sahibdir. Bunun sayəsində 14 gün enerji saxlaya bilir. 9 fərqli idman rejimini dəstəkləyən saat IP 68 seriyalıdır, toz və su keçirmir.

10. SmartWatch A1

SmartWatch A1

Saat A1 ürək ritmi ölçmə, yandırılan kalorini hesablama və addım sayma kimi özəlliklərə sahibdir. 3 gün enerji saxlayır. SmartWatch A1 3 saat danışmaq prosesinə malikdir. Saat sim kartyaddaş kartıyla təchiz olunub.

11. Honor Watch GT2 Classic

Honor Watch GT2 Classic

Honor-un ən ağıllı saat modellərindən biri olan Watch GT2-yə maraq böyükdür. Sukeçirməz olan Honor Watch GT2-də türkcə servis və xidmətər var. Smart saatda stress səviyyəsi ölçən, kalori izləmə, musiqi pleyeri, telefon zəngi kimi bir çox xüsusiyyət var. Cihazın ekran ölçüsü 1,39 düymdür.

12. Smartbell Bell Q500

Smartbell Bell Q500

Uşaqlarınız üçün ideal olan Smart Bell Q500 ağıllı saatı kameralıdır. İstədiyiniz yerdə uşağınızı izləməyə imkan yaradır. Övladınızın olduğu yeri görmək imkanı yaradan ağıllı saat mesaj qəbul etmə və göndərmə, sim kart girişi və 450 mah batareyaya sahibdir.

13. Gate T500

Gate T500

Kalori izləmə, siqnalizasiya, multisport rejimi, məsafə ölçmə cihazı kimi xüsusiyyətlərə sahib olan Gate T500 ən yaxşı smart saatlardandır. Gate T500 1.54 düym ekrana sahibdir.

14. Alcatech Eos Td-07s

Alcatech Eos Td-07s

WiFi, Bluetoothkamera fotoşəkil xüsusiyyətlərinə sahib ağıllı saat, 15 nəfərlik etibarlı bələdçi, naməlum nömrələri bloklamaq kimi təhlükəsizlik tədbirlərinə də malikdir. Suya davamlı smart saat olan bu model toxunma ekranına sahibdir. 2 günədək enerji saxlayır.

15. Angel Eye H1

Angel Eye H1

Şıqsadə bir görünüşə sahib olan Angel Eye H1, qızıl və qümüş rəngli modellərə sahibdir. OLED ekranlı Angel Eye H1-in ekran ölçüsü 0,42 düymdür. Bundan əlavə, cihaz 300 mAh batareya həcminə malikdir.

16. Zeblaze Vibe 5 Multi Sport Smart

Zeblaze Vibe 5 Multi Sport Smart

Ağıllı saatlar siyahımızdakı ən keyfiyyətli saatlardan biri olan Zeblaze Vibe 5, böyük 1,3 düym ekrana, suya davamlı xüsusiyyətə, uzunmüddətli batareyayanəbz sensoruna sahibdir.

17. Tsmart Twatch

Tsmart Twatch

Yaşlılar üçün istehsal olunan smart saat üstün xüsusiyyətləri ilə sizə çox kömək edəcək. 1.54 düym ekrana, böyük mətnə və qarşılıqlı danışıq xüsusiyyətinə sahib Tsmart Twatch-in ən böyük funksiyası bir düşmə aşkar edildikdə sizə bildiriş mesajı göndərməkdir. ərman xatırlatma xüsusiyyəti sayəsində insana gün ərzində qəbul edilməsi lazım olan dərmanları xatırladır.

18. Smart Balance

Smart Balance

Qadınların üstünlük verdiyi Smart Balance ağıllı saatı, pedometrə, androidios cihazlarına uyğun bluetooth-a və digər bir çox xüsusiyyətə malikdir. Şıq və zərif dizaynı var.

19. Asus Zenwatch

Asus Zenwatch

Asus ağıllı saat bazarının təmsilçisi olan Zenwatch, öz dizaynı ilə fərqlənir. Polad gövdəsi italyan dizaynerlərin imzasını daşıyır. Qualcomm Snapdragon 400 - 1.2 GHz prosessoru, 500 MB Ram4 GB daxili yaddaş ilə saat digər smart saatlara bənzər sensorlara malikdir. Bu saatı fərqli edən bəzi xüsusi tətbiqetmələrdir.

20. Motorola 360

Motorola 360

Motorola-nın ağıllı saatlarda ilk dəfə yuvarlaq dizayndan istifadə edərək fərq yaratdığı göz qabağındadır. Ekrandakı işıq sensoru ilə ətrafdakı işıq şərtlərinə uyğun olaraq ekran parlaqlığını tənzimləyə bilər. 512 MB RAM və 4 GB yaddaş təklif edən saatın sağlamlıq və fitness tətbiqetmələrində uğurlu performansı nəzərə çarpır.

21. Sony Smartwatch 3

Sony Smartwatch 3

Sony bu bazarda digərlərindən daha təcrübəlidir. Smart saatların üçüncü nəsli olan Smartwatch 3 daxili GPS antenası və xüsusi fitness tətbiqləri ilə seçilir. Snapdragon 400 - 1.2 GHz prosessor və 512 MB Ram ilə oxşar xüsusiyyətləri təklif edən saat suya davamlıdır. 2 genədək enerji saxlayır. mumi xüsusiyyətləri baxımından uğurlu olan telefonun ikinci yerdə olmasının səbəbi qiymətinin baha olmasıdır.

22. LG G Watch R

LG G Watch R

LG G Watch R-ni normal saatlarla yan-yana qoyanda həqiqətən fərqləndirmək çətindir. Moto 360-a görə dizayn səviyyəsinin daha yüksək olduğunu deyə bilərik. 1.2 GHz prosessor512 MB Ram təklif edən saat daxili barometrə sahibdir.

23. Apple Watch 4

Apple Watch 4

Çarpıcı yeni ekran və elektrokardioqram xüsusiyyətinə sahib Apple Watch 4 dizaynı ilə də fərqlənir. Apple Watch 4 iki ölçüdə mövcuddur. Bunlar 40 və 44 mm-dir. 18 saata qədər batareya saxlayır. 16 GB daxili yaddaşa sahib olan saat 50 metr dərinliyə qədər suya davamlı xüsusiyyətə də malikdir.

24. Samsung Galaxy Watch Active Gt2

Samsung Galaxy Watch Active Gt2

Gün ərzində sağlamlıq dostunuz olacaq Samsung Galaxy Active Watch Gt2, istifadəçilərinə fərqli görünüşlərdə tədim edilir. Samsung Galaxy Watch Active Gt2 ekran təcrübəsindən maksimum dərəcədə istifadə edə və klassik sağlamlıq müayinələrini tamamilə həyata keçirə bilər. 50 metrə qədər suya davamlı olan saatın 4 Gb daxili yaddaşı var.

25. Izoly DIJI005

Izoly DIJI005

Uşağınızın təyin etdiyiniz yerdə olub olmadığını göstərmək imkan yaradan Izoly DIJI005 saatında övladınızın həmin yerdən kənarlaşdıqda sizə bildiriş göndərmək özəlliyi var. Izoly DIJI005 saatının enerjisinin tükənməsinin qarşısını almaq üçün cihazı tətbiq vasitəsi ilə uzaqdan söndürə bilərsiniz.

26. Apple Watch 3

Apple Watch 3

Apple Watch 3 alüminium korpusludur. 334 mAh batareyaya sahib olan Apple Watch 3, orta hesabla 18 saat enerji saxlayır. WifiGPS xüsusiyyətlərinə də sahib olan Apple Watch 3,8 Gb daxili yaddaş ilə təchiz olunub. Bundan əlavə, cəmi 32,3 qram olan cihaz su keçirmir.

27. T&G-18

T&G-18

Suya davamlı olan T&G-18, IP67 sertifikatına malikdir. Qaçmaq, velosiped sürmədırmaşma kimi idman rejimlərinə sahib olan cihaz zəng və mesaj xatırlatmalarını da dəstəkləyir. Titrəmə xəbərdarlığı olan cihazda avtomatik ekran işığı var.

28. Xiaomi Amazfit Gtr

Xiaomi Amazfit Gtr

410 mAh batareyaya sahib olan cihaz ortalama istifadədə 24 gün işləyə bilər. Keyfiyyətli dəri kəmərə sahib Xiaomi Amazfit Gtr-də əsas sağlamlıq müayinələrini həyata keçirə bilərsiniz. 50 metrə qədər su keçirməyəcək şəkildə hazırlanıb.

29. Xiaomi Amazfit Verge

Xiaomi Amazfit Verge

Xiaomi Amazfit Verge-də Pedometr, ürək ritminin ölçülməsi, yuxu izləmə kimi funksiyalar var. 390 mAh batareyaya sahib olan cihaz, ortalama istifadə ilə 5 günə qədər batareya saxlayır. IP6X toz keçirməyən və IPX8 suya davamlılıq sertifikatı olan Xiaomi Amazfit Verge 4 Gb daxili yaddaş ilə təchiz olunub. 3 fərqli lent rəngi ilə satışa təqdim olunan cihazın çəkisi 46 qramdır.

30. Lemfo L5 Smart Watch

Lemfo L5 Smart Watch

IPX8 suya davamlı və IP6X toza davamlılıq sertifikatı olan Lemfo L5 Smart Watch, 380 mAh batareyaya sahibdir. Bunun sayəsində az istifadə zamanı 7 günə qədər enerji saxlayır. 1,3 düym ekrana sahib olan cihaz velosiped, futbol, qaçış, tennis, dırmaşma, üzgüçülük kimi fəaliyyətləri dəstəkləyir.

31. Ediwatch 7

Ediwatch 7

Telefonu çıxarmaq əvəzinə saatınızdan gələn zənglərə cavab verən Ediwatch 7 geniş ekrana malikdir. Bunun sayəsində gələn bildirişləri asanlıqla görə bildiyimiz Ediwatch 7, musiqi çalma, səs səviyyəsini dəyişdirmə və artırma xüsusiyyətləri ilə təchiz olunub.

32. Lenovo Hw10h

Lenovo Hw10h

1.22 düym ekrana malik olan Lenovo Hw10h 50 metr dərinliyə qədər suya davamlıdır. 200 mAh batareyaya sahib olan cihaz, orta istifadə müddətində 8 günə qədər enerji saxlayır. Lenovo Hw10h iki fərqli rəngdə təqdim olunur.

2020-ci ildə ən çox satın alınan smartsaatlar:

  • Huawei Watch GT2
  • Apple Watch Series 3
  • Honor Watch Magic 2
  • Apple Watch Series 5
  • Samsung Galaxy Watch
  • Apple Watch Series 4
  • Xiaomi Amazfit Verge
  • Samsung Galaxy Watch Active Gt2
  • Huawei Watch GT 2
  • Xiaomi Amazfit Pace 2
Məqaləyə emosiya bildir:
3 il əvvəl
7975 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
reqsane (1 il əvvəl)
bu saatlardan harda tapa bilirim
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 1 ay əvvəl
  • 598
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 4 ay əvvəl
  • 796
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 5 ay əvvəl
  • 828
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 5 ay əvvəl
  • 1459
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 5 ay əvvəl
  • 887
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 6 ay əvvəl
  • 1009