Android telefonlarda nömrə bloklamaq

Bəzən operatorlar, bəzən şirkətlər, bəzənsə insanlar zəng və mesajlarla bizi narahat edirlər. Bunun qarşısını almaq çətin deyil. Android telefonlarında nömrələrin necə bloklamaq oldğunu təqdim edirik.

Texnologiyanın "ağıllı telefonlar"a qədər gedib-çıxması təhlükəsizliyimizin nəzarətsiz qalması anlamına gəlir. Bizdən xəbərsiz şəxsi məlumatlarımızı əldə edə bilərlər.

Bəzən reklam şirkətləri, bəzən isə tanış olmayan nömrələr bizi narahat edirlər. Bunun qarşısını almaq üçün Android əsaslı telefonumuz bizə nömrə əngəlləmə xüsusiyyəti təqdim edir. Bunu tətbiq etmək üçün telefonda bəzi addımlar atılmalıdır.

  • Telefonunuza gələn zənglərin siyahısını açın.
  • Sizi narahat edən nömrəni seçin.
  • Nömrənin üzərinə tıklayaraq "Nömrəni blokla" seçin.

Nömrəni sizə zəng etmədən bloklamaq istəyirsinizsə:

  • Telefonunuzda zəng qeydlərinə girin.
  • Axtarış hissəsində "Parametrlər" bölməsinə daxil olun.
  • Oradan "Nömrələri blokla" bölməsinə daxil olun.
  • Açılan ekranda bloklanmış nömrələrin siyahısını görə bilərsiniz. 
  • Həmin səhifədə yuxarıda "Naməlum zəng edənləri blokla" hissəsini aktiv etməklə bütün tanımadığınız insanlara qadağa qoya bilərsiniz
  • Onun aşağısında isə yeni nömrə əlavə edərək həmin nömrəni bloklaya bilərsiniz

Daha aydın izah üçün ingilis dilində menyuda şəkillərlə izah edək:

Android nömrə bloklamaq mərhələ 1

Android nömrə bloklamaq mərhələ 2

Android nömrə bloklamaq mərhələ 3

Android nömrə bloklamaq mərhələ 4

Android nömrə bloklamaq mərhələ 5

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
3 il əvvəl
6182 dəfə oxundu
ilk.az-çılar nə deyir?