Bakıda ən yaxşı antikafelər

Antikafe sözü son dövrlərdə meydana gəlmişdir. Məlumdur ki, “anti” hissəciyindən nəyisə inkar etmək, nəyəsə qarşı qoymaq mənasında istifadə olunur, fransız mənşəli kafe sözü isə hər kəsə yaxşı məlumdur. Antikafe dedikdə isti çay və kofe içmək mümkün olan amma kafe olmayan görüş məkanı başa düşülür. Mahiyyətinə görə burada dəqiqələr satılır. Antikafenin təyinatı qidalanmaq deyil, ünsiyyətdir.

Bakıda hər anınızı maraqlı, əyləncəli ən gözəl günlərinizi keçirərək xoş söhbətlərinizlə və maraqlı oyunlarınızla qeyd edə bilərsiniz. Gənclərin sevimli məkanları olan antikafedə əyləncə üçün hər şey var. Boş günlərinizi əyləncəli günə çevirmək üçün gedə biləcəyiniz yerləri bir araya topladıq. Bütün antikafeləri sərinləşdirici içkilərə, kofeyə, çaya, desertlərə, dost və tanış olmayan insanlarla oyunlara, kovorkinq, filmlərin baxılmasına təminat verir.

Bu yazımızda biz araşdırma apardıq və istədik ki, sizə ən yaxşı, maraqlı, əyləncəli antikafe seçimində yardımcı olaq. Bütün insanların zövqlərinə uyğun olacaq antikafeləri araşdırdıq və həmin məkanları sizin üçün paylaşırıq.

1. Concept Anti Cafe

Concept Anti Cafe

Concept-də keçirdiyiniz vaxtınız daha da maraqlı olsun deyə daim yenilənir, hər ay yeni oyunlarla sizi sevindirməyə çalışırıq. Dostlarınızla yığışın, gəlin oyunlarımızdan oynamağa. Conceptin müsbət cəhəti əylənməniz üçün həftənin 7 günü fəaliyyət göstərməsidir. Özəl günlərinizi bizimlə özəl edin

Concept-də əyləncələrdə nələr var:

- Yeyib-içə biləcəyiniz qədər çay, kofe, kola və 6-10 növ şirniyyatlar
- PlayStation 3, PlayStation 4, Karaoke və Kino otağı
- Kənardan yemək və içki gətirmək imkanı
- 45 növ stolüstü oyun
- Sürətli internetdən istifadə
- Ad günlərinin keçirilməsi imkanı və s
- Sadəcə vaxta görə ödəniş edirsiniz və bütün bunlar PULSUZ

Ünvan və əlaqə nömrələri:

Concept Bohem:
İstiqlaliyyət küç. 41, 2-ci mərtəbə (Mərkəz Lahmacunun yanı, İqtisad Universiteti ilə üzbəüz)
(+99412) 497 83 91 (bron üçün)
(+99451) 832 31 13

Concept Vintage:
Qoqol küç. 28, 2-ci mərtəbə (Şaurmanın yanı)
(+99412) 597 45 85 (bron üçün)
(+99451) 832 31 13

Concept Anti Cafe-in sosial media hesabları:

conceptbaku

ConceptBaku

2. Apartment9 Anti Cafe

Apartment9 Anti Cafe

Bizim inanılmaz rahat atmosferimiz sizi özünə valeh edəcək və siz hər gün bir bəhanə tapıb təkrar-təkrar bura gəlmək istəyəcəksiniz. Burada istirahətinizin gözəl keçəcəyinə əminik. Apartment9 bura istirahət, dostlarla, uşaqlarla istirahət, mini-təqdimatlar və sərgilər, sosial yönümlü antikafe üçün yerdir. Müəssisənin interyeri rahat atmosfer yaradır. Burada siz sərf etdiyiniz vaxtın haqqını ödəyirsiniz, onun qiymətinə müxtəlif yeməklər, əyləncələr və fəaliyyətlər daxildir. Komfortlu atmosferdə gözəl vaxt keçirəcəyiniz tək məkan apartment9-dur. Başqa məkan axtarışına vaxt sərf etməyin.

Apartment9-da əyləncələrdə nələr var:

- Mini kinoteatr
- Oyunlar üçün tematik otaq
- Rahat atmosferdə işləmək üçün ayrıca otaq
- PlayStation 3 disklərinin kolleksiyası
- Müxtəlif oyunlar dəsti
- Yaradıcılıq üçün divar
- Mətbəx-bar
- Limitsiz & pulsuz çay, kofe və bol şirniyyatlar

Ünvan və əlaqə nömrələri:

26, Afiyəddin Cəlilov küç. (AZURE biznes mərkəzi)
(+99450) 499 99 37

Apartment9 Anti Cafe-in sosial media hesabları:

apartment9_baku

apartment9baku

3. Second Home Anti Cafe

Second Home Anti Cafe

Siz də dostlarınızla yığışıb bizim anticafedə vaxtınızı əyləncəli keçirin. Antikafe ikimərtəbəli, ev ab-havasına malik məkandır. Məkanda dostlarınız, yaxınlarınızla səmərəli vaxt, ad günü və müxtəlif tədbirlər keçirmək imkanı var. Burada stolüstü və ya video oyunlar oynamaq, dostlarla birlikdə filmə baxmaq, kitab oxumaq, ya da sadəcə maraqlı vaxt keçirmək olar. Ödənişi sadəcə vaxta görə edirsiniz.

Second Home Anti Cafe-də əyləncələrdə nələr var:

- Çay, kofe, kola, fanta və şirniyyatlar Limitsiz olaraq Pulsuz
- Müxtəlif stolüstü oyunlar
- Play Station 3
- Bayram
- Ad günlərin, tədbirlərin keçirilməsi
- Kənardan yemək,tort və içki gətirə bilərsiniz

Ünvan və əlaqə nömrələri:

Məmmədəmin Rəsulzadə 6 (Targovida, Hard Rock Cafenin yanı)
(+99455) 555 46 63

Second Home Anti Cafe-in sosial media hesabları:

second_home_baku

secondhomebaku

4. Friends Home Anti Cafe

Friends Home Anti Cafe

Dostlarınızla xoş və əyləncəli vaxt keçirmək istəyirsinizsə, rahat əyləşə biləcəyiniz bir məkan axtarırsınızsa, çox düşünmədən bizim qonağımız ola bilərsiniz. Həftəsonlarınızı bizimlə maraqlı, əyləncəli keçirin. Qonağımız olmağa tələsin. Rahatlıq, zövq və yüksək xidmətin təkrarolunmaz ünvanı friends home cafe-yə hərkəsi dəvət edirik.

Friends Home Anti Cafe-də əyləncələrdə nələr var:

- 3 növ şirniyyat
- 3 saat otaq
- Karaoke
- 4K cinema
- Stolüstü oyunlar
- Playstation
- Netflix
- Youtube

Ünvan və əlaqə nömrələri:

Bül-bül pr 30 (Heydər Əliyev adına sarayın yanı)
(+99455) 803 27 37
(+99451) 500 03 10

Friends Home Anti Cafe-in sosial media hesabları:

friendshomecafe

Friendshomecafe

5. Brain House Anti Cafe

Brain House Anti Cafe

Brain House gələrkən buradakı xoş xatirələrinizi bizimlə bölüşün. Əziz dostlar, bizim öncəliyimiz hər zaman sizlərin xoş və əyləncəli vaxt keçirməyiniz olmuşdur. Boş günlərinizdə sıxılmayasız deyə sizlər üçün tam fərqli oyunlar təşkil etmişik. Özünə güvənən şəxsləri bu oyunları oynamağa dəvət edirik. Başqa məkanlar axtararaq vaxt sərf etməyin. Seçiminizi Brain House Anti Cafe-dən yana edin. Brain House-də ad günü qeyd edən şəxs heç bir ödəniş etmir. Gəlməmişdən öncə rezerv etməyiniz xahiş olunur.

Brain House Anti Cafe-də əyləncələrdə nələr var:

- Limitsiz kofe, kola, fanta, şirniyyat
- 100 stolüstü taktiki, strateji və əyləncəli oyunlar
- Bilmədiyiniz oyunların izahı
- Limitsiz çay
- Sürətli internet
- Kənardan yemək-içmək gətirmək imkanı
- Alkoqollu içki gətirmək qəti qadağandır

Ünvan və əlaqə nömrələri:

Bəşir Səfəroğlu, 136 (Tarqovu yaxınlığında)
(+99470) 331 07 49

Brain House Anti Cafe-in sosial media hesabları:

brain_house_anti_cafe

BrainHouseAntiCafe

6. TIK-TALK Anti Cafe

TIK-TALK Anti Cafe

Tik-Talk antikafesi şən emosiyalar, sevinc və can rahatlığı məkanıdır. 280 stolüstü oyundan ibarət kolleksiyamızda çoxları uşaq və ailəvi oyunlarıdır. Onlar uşaqlarınızı həm çox istiqamətlərdə inkişaf etdirir, həm sevinc bəxş edir.​ Antikafemizdə biz, uşaqlar üçün hər həftə oyun saatları keçirməyi planlaşdırırıq. Müasir və Klassik ədəbiyyatı özündə cəmləşdirən böyük kitabxana da həmçinin var. Antikafemizdə keçirilən rəsm dərslərində həm prosesdən, həm nəticədən həzz alacaqsınız. Uşaqlar, şagirdlər, tələbələr üçün endirimlərimiz var. Hərkəsi gözləyirik.

TIK-TALK Anti Cafe-də əyləncələrdə nələr var:

-️ 250 Stolüstü oyunlar ​
-️ Stolüstü oyunları kirayə götürə bilərsiniz
-️ Stolüstü oyunları ala bilərsiniz
​-️ Ləzzətli çay içə bilərsiniz
​-️ 6-7 növ çay və 19 növ ədviyyatlarımız var​
-️ Ad günü və digər vacib tədbirləri keçirə bilərsiniz(Ad günü olanlara 100% endirim hədiyyə edirik)​
​-️ Kitab oxuya bilərsiniz. Kitabxanamızda 2000 kitab var(Öz kitabınızla da gələ bilərsiniz)
-️ Filmə baxa bilərsiniz. Kinoseanslarımızda yerli və xarici filmlər və çizgi filmləri göstəririk ​
​-️ Müxtəlif oyun yarışmalarında iştirak edib priz qazana bilərsiniz. Yarışmalarımızda təcrübəsiz oyunçular da iştirak edə bilər
-️ Öz tədbirlərinizi keçirə bilərsiniz

Ünvan və əlaqə nömrələri:

Baku, Azerbaijan ​Nizami st.64 (right across "Central Baku" cafe) ​
(+99450) 610 18 09

TIK-TALK Anti Cafe-in sosial media hesabları:

tiktalkanticafe

tiktalkanticafe

Anticafe rahat və şirin bir kafedir Bakıda gedə biləcəyiniz ən yaxşı antikafelər.
Dostlarınızla və sevdiklərinizlə birlikdə maraqlı, əyləncəli və unudulmaz istirahət etməyiniz üçün sizə kömək etdik.

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
4523 dəfə oxundu
ilk.az-çılar nə deyir?