Bakıda ən yaxşı suşi restoranları - Onlayn suşi sifariş verə biləcəyiniz instagram səhifələri

Əgər bu zamana qədər suşinin dadını bilmirsizsə və artıq suşi yemək qərarına gəlmisinizsə, bu məqaləmizdə sizin üçün ən dadlı suşi növləri qeyd olunub. Məqaləni sona qədər oxuyub ilk suşi təcrübəniz üçün ən doğru seçimi edə bilərsiniz. İlk öncə onu qeyd etmək istəyirəm ki, qulaqdan eşitmə sözlərlə ömründə heç suşi yeməyən amma suşi haqqında pis düşüncələri olan insanlar çoxdur. Yüz dəfə elə insanlardan eşitməkdənsə, 1 dəfə özünüzün suşinin dadına baxmağınızı məsləhət görürəm. Qəribə bir hal var ki, ilk dəfə suşi yeyəndə bəzi insanlar fərqli və xoş gəlməyən dad hiss edirlər. Bunun səbəbi heç vaxt dadmadıqları yeni bir dadı kəşf etmələridir. Ona görə də, önyarğını bir kənara qoyub yeməyə davam etmək lazımdır.

O zaman suşinin əvəzsiz dadını biləcəksiniz. İndi isə sizə elə ilk dəfədən sevəcəyiniz, dadından doymayacağınız suşi məkanları təqdim edirik. Bu siyahıda sizin üçün, ən çox sevilən suşi məkanları qeyd olunub.

1. Sushi Baku

Sushi Baku

Əsl suşi həvəskarlarının üz tutduğu bu məkanda suşini sevməyənlərin belə ləzzətlə yeməsinə səbəb olacaq ləzzətli suşilər hazırlanır. Həm klassik ləzzətləri, həm də bəlkə də əvvəllər heç vaxt sınamadığınız bir şeyi tapa biləcəyiniz yerlərdən biri olan Sushi Baku ilə başlayırıq. Bu məkana gələn hər kəs buranın adını, dadını, burada nə olmadığını bilməlidir. Məkanın digər rəngarəng və dadlı suşilərini tez kəşf etmək istəyənlər dərhal gələ bilərlər. Hər birinizi səbirsizliklə gözləyirik.

Setlər

1. «Storm» set 34 ədəd + 7 ədəd tempura krevet-40 Azn
2. «Kaмo» set 40 ədəd-32 Azn
3. «Winter» set 34 ədəd-30 Azn
4. «Филя» set 24 ədəd-21 Azn
5. «ХS» set 24 ədəd-18 Azn

Ünvan və əlaqə nömrələri:

Fətəlixan Xoyski 113
055-570-09-55
050-700-09-55

Sushi Baku-un sosial media hesabı:

sushi_baku

2. Bake&Roll Sushi

Bake&Roll Sushi

Suşi sevərlərin sevimli məkanı Bake&Roll Sushi. Aşpazlarımızın hazırladığı əsl suşidən həzz ala biləcəyiniz məkan damağı şənləndirməyin ən rəngli üsullarını təqdim edir. Onların təzə inqrediyentlərlə hazırlanan suşilərimiz dadı damağınızda qalacaq. Suşi sevənlər üçün ləzzətli variantların olduğu yerdə diqqətlə hazırlanmış uramaki suşi çeşidi də əfsanəvidir. Deyək ki, əvvəldən nə yeyəcəyinizə asanlıqla qərar verə bilməyəcəksiniz. Üstəlik, suşi ilə yanaşı, məkanda fərqli və çox xüsusi ləzzətlər tapa bilərsiniz və əla yemək təcrübəsi yaşaya bilərsiniz. Hər birinizi məkanımıza gözləyirik.

Setlər

1. «Suşi Tort» set 32 ədəd-35 Azn
2. «Premium» set 34 ədəd-34 Azn
3. «Tasty» set 32 ədəd-29 Azn
4. «Mini» set 24 ədəd-22 Azn
5. «Deluks» set 16 ədəd-19 Azn

Ünvan və əlaqə nömrələri:

Əfəndiyev 8 (İ.Şəhər m)
Hadi 376 (H.Aslanov m)
055-362-49-49
012-492-25-23

Bake&Roll Sushi-in sosial media hesabı:

bakenrollaz

3. Sushi Room Baku

Sushi Room Baku

Həm suşi sevənləri, həm də ilk dəfə suşi dadacaqları bizim məkanımıza gözləyirik. Zara Sushi Home rəngarəng və dadlı suşisi ilə hər kəsə suşi sevdirəcək ən iddialı ünvanlardan biridir. "Nə yeməliyik?" Philadelphia, California və ya Sake Make adları ilə menyuda sizi gözləyən rulonlardan dada bilərsiniz. Əgər isti suşi dadmaq istəyirsinizsə, rulonlu karides, qızılbalıq, maki tempura, isti rulon və ya hit roll məhz sizin üçündür. Sushi Room Baku sizi gözlədiyi ləzzətli menyusu ilə mükəmməl suşi təcrübəsi üçün ən ideal ünvanlardan biridir. Sifariş etmək üçün tələsin.

Setlər

1. «Samuray» set 54 ədəd-45 Azn
2. «Suşi Tort» set 32 ədəd-35 Azn
3. «Friends» set 28 ədəd-24 Azn
4. «Ebimania» set 16 ədəd-17 Azn
5. «Vegan» set 24 ədəd-14 Azn

Ünvan və əlaqə nömrələri:

Nizami 91 (Sahil m)
Hadi 376 (H.Aslanov m)
070-587-90-30
012-511-12-34

Sushi Room Baku-un sosial media hesabı:

sushiroom.az

4. Nemo Sushi

Nemo Sushi

Təzə inqrediyentlərlə hazırlanan suşisi ilə daimi sayını günü-gündən artıran məkan budur. Yediyiniz zaman hansı suşi yemək istədiyinizə qərar verə bilmirsinizsə, California Roll, Salmon Wasabi, Philadelphia Roll kimi ən məşhur variantları nəzərdən keçirə bilərsiniz. Xiyar, zəncəfil, avokado ilə hazırlanan Kyuri Roll və avokado, zəncəfil, kök və xiyar ilə hazırlanan tərəvəz Maki də dəniz məhsulları istehlak etmək istəməyənlər, xüsusilə veganlar və vegetarianlar üçün əla alternativdir. Hansı suşi dəstlərini alacağınıza qərar vermək üçün səhifəmizə gözləyirik. Bizim setləri dadmalısınız mütləq. Sifariş etmək üçün sizləri gözləyirik.

Setlər

1. «Ye Doy» set 42 ədəd-29 Azn
2. «Nagasaki» set 36 ədəd-27 Azn
3. «Mini Hot» set 30 ədəd-20 Azn
4. «Maki» set 30 ədəd-16.50 Azn
5. «Mini» set 24 ədəd-16 Azn

Ünvan və əlaqə nömrələri:

Bakı şəhəri üzrə çatdırılma (gecikmə halında, sifarişinizə 50% endirim olunur)
051-588-88-55

Nemo Sushi-un sosial media hesabı:

nemo_sushi.baku

5. Sushi Odlar Yurdu

Sushi Odlar Yurdu

Fərqli və ləzzətli yemək təəssüratı yaşamaq istəyənlərin sevimlilərindən olan Sushi Odlar Yurdu məkanı təkcə suşisi ilə deyil, kalamardan omar balıqlarına qədər müxtəlif dəniz məhsulları ilə də var. Heç bir yerdə asanlıqla tapa bilməyəcəyiniz ləzzətli təamları tapa biləcəyiniz bu məkanın suşisi də oyunu dəyişdirir. Hər lokmasında ayrı bir xoşbəxtlik bəxş edən rəngarəng suşinin dadını uzun müddət unutmayacağınız bu ünvanda bol çeşid var. Bütün menyunu araşdırmaq və zövqünüzə uyğun suşini seçmək üçün sizi aşağıdakı ünvanlarda gözləyirik.

Setlər

1. «Lüks» set 65 ədəd-45 Azn
2. «Alov» set 57 ədəd-40 Azn
3. «Mayak Hot» set 57 ədəd-30 Azn
4. «Set2» set 43 ədəd-25 Azn
5. «Set1» set 35 ədəd-20 Azn

Ünvan və əlaqə nömrələri:

Neftciler
Nərimanov
055-354-54-53
055-754-54-74

Sushi Odlar Yurdu-un sosial media hesabı:

sushi_odlar_yurdu

6. Shark Sushi Baku

Shark Sushi Baku

Bu dəfə biz klassik suşi deyil, daha çox doyurucu şəkildə suşi tapa biləcəyiniz ləzzətlərdən danışacağıq. Şəhərin ən unikal yerlərindən biri olan Shark Sushi Baku təzə suşi inqrediyentləri ilə çox xüsusi hazırlanmışdır. Bayırda yağış olduqda, isti, sobadan təzə çıxşmış rolların ləzzəti bir başqa olur. "Kiçik suşidən doymuram" deyənləri belə bir ləzzətlə doldura bilən bu iddialı məkan bütün suşi sevərlərin mütləq ziyarət etməli olduğu ünvanlardan biridir, bizdən sizə demək. Səbirsizliklə gözləyirik.

Setlər

1. «Philadelphia» set 900 qr-50 Azn
2. «Set 3» set 900 qr-50 Azn
3. «Set 2» set 900 qr-50 Azn
4. «Set 1» set 750 qr-30 Azn

Ünvan və əlaqə nömrələri:

Pulsuz çatdırılma
050-800-37-38

Shark Sushi Baku-un sosial media hesabı:

sharksushi_baku

7. Sushi Azerbaijan

Sushi Azerbaijan

Suşi yemək istədiyiniz zaman tez bir zamanda Sushi Azerbaijan-a gəlib bizim ləzzətli suşilərimizin dadına baxa bilərsiniz. Suşi menyusu olduqca genişdir. Onu uzun müddət araşdırıb sizə ən çox maraqlı gələnləri seçə bilərsiniz. İlk baxışdan klassik suşi konsepsiyasına bir qədər zidd görünsə də, bura veganların və vegetarianların çubuqlarla suşi yeyə biləcəyi son dərəcə ləzzətli bir yerdir. Siz suşi ilə o qədər də tanış deyilsəniz, narahat olmayın, menyuda gözəl suşilərimiz var.

Setlər

1. «Big Lasos» set 52 ədəd-55 Azn
2. «Liota» set 34 ədəd-35 Azn
3. «Set3» set 42 ədəd-33 Azn
4. «Set 1» set 26 ədəd-24 Azn
5. «Maki» set 6 ədəd-10 Azn

Ünvan və əlaqə nömrələri:

Nərimanov Filialı: Heydər Əliyev pr. 83A
Yasamal Filialı: Tbilisi pr. 47
055-422-33-23

Sushi Azerbaijan-ın sosial media hesabı:

sushi_azerbaijan

8. Mushu Baku

Mushu Baku

Ən iddialı suşi tapa biləcəyiniz məkan buradadır. Burada çoxlu suşi növləri var. Evdən suşi yeməyə getməzdən əvvəl bizim səhifəmizi mütləq yoxlayın. Suşi yemək üçün seçə biləcəyiniz ən yaxşı və ləzzətli yerlərdən biridir. Bura suşi ilə barışmaq istəyənlər, həm də suşi həvəskarlarının sevəcəyi seçimlərdən biridir. Aşpazımızın fərqli ləzzətlərini dadmaq üçün tələsin. Bu seçimdən heç peşman olmayasınız. Demək olar ki, aşpazın imzası olan suşi rulon seçimi inanılmazdır. Suşilərimizi dadmaq üçün tələsin.

Setlər

1. «Luxury» set 56 ədəd-75 Azn
2. «Mushu» set 50 ədəd-50 Azn
3. «Master» set 40 ədəd-40 Azn
4. «Ninja» set 30 ədəd-30 Azn
5. «Top» set 30 ədəd-28 Azn

Ünvan və əlaqə nömrələri:

Tarqovu, H.Z.Tağıyev küç.,14
050-800-65-65

Mushu Baku-un sosial media hesabı:

mushubaku

Suşi bitməyən tərifə layiq bir yeməkdir. Suşi Haqqında çox yazmaq, danışmaq olar. Amma ən yaxşısı, sizin özünüzün bu ləziz təamlardan dadaraq fikir sahibi olmağınızdır. Biz sizə Bakıda ən yaxşı suşi restoranı-onlayn suşi sifariş verə biləcəyiniz instagram səhifələri təqdim etdik.

Məqaləyə emosiya bildir:
emotion
6
emotion
0
emotion
0
emotion
0
emotion
5
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
6523 dəfə oxundu
ilk.az-çılar nə deyir?