Bakıda sevgilinizlə gedə biləcəyiniz ən romantik 10 restoran

Bu gün sevginizi doya doya yaşamaq və sevgilinizə onu nə qədər çox sevdiyinizi söyləmək vaxtıdır. Bu siyahı birbirini çox sevən, həyat yoldaşını və sevgilisini necə xoşbəxt edəcəyini düşünən, həmişə romantik gəzənlərə gəlsin.

Bakıda hər anınızı sevgi dolu, hər anınızı sevgi və hörmətlə irəlilədiyi bu romantik günü həyat yoldaşınızla birlikdə ən gözəl gecənizi keçirərək xoş söhbətlərinizlə qeyd edə bilərsiniz. Yubileylər, evlilik təklifləri, ilk görüşlər, şənliklər və ya romantikanın dibinə vurduğunuz günlər üçün gedə biləcəyiniz yerləri bir araya topladıq. Bunu edərkən mənzərə olmasını da unutmadıq. Bütün romantikası və bənzərsiz mənzərəsi ilə bu anı yaşamaq istəyən cütlüklər üçün hər büdcəyə və zövqə uyğun restoranlar burada.

Bu yazımızda biz araşdırma apardıq və istədik ki, sizə ən romantik restoran seçimində yardımcı olaq. Bütün sevgililərin zövqlərinə uyğun olacaq restoranları araşdırdıq və həmin restoranları sizin üçün paylaşırıq.

Diqqət! Siyahımızda yer alan restoranların menyu qiymətləri 19 dekabr 2021-ci il tarixində həmin restoranların sosial media səhifələrindən götürülmüşdür.

Bakıda yerləşən ən romantik 10 restoran

1) Teleqüllə restoranı

Teleqüllə Restoran

"Teleqüllə" resatoranı keçirəcəyiniz günü nağıla çevirə bilən, yerdən 210 metr yüksəklikdə, gözəl mənzərə müşayiətində, sevgilinizlə birgə unudulmaz saatlar keçirmək bu məkanda daha maraqlıdır. İnteryerin və təamların mükəmməlliyi üzünüzə təbəssüm bəxş edəcək və sizə romantik film kimi gözəl anlar vəd edəcək. Ən yüksək hislər ən yüksək məkanda yaşanır. Qoy şəhərin mənzərəsi hislərinizə müşayiət etsin. Əgər sevgilinizlə xoş və romantik anlar keçirmək üçün doğma atmosferli məkan axtarışınızdasınızsa, Teleqqüllə restoranını seçmək lazımdır.

Telequlle menyu

  • Lülə Kabab- 12 azn
  • Quzu ətindən Kabab- 12 azn
  • Bildirçin Kabab- 14 azn
  • Dana Basdırması- 18 azn
  • Forel Balığı Kababı- 22 azn
  • Qızılbalıq Manqalda- 30 azn
  • Su Qazlı/qazsız- 3.50 azn
  • Kompot- 5 azn
  • Sandora- 5 azn
  • Ağ şərab, Göygöl (kəmşirin, Kəmturş, Turş)- 25 azn
  • Ağ şərab, Savalan (kəmşirin, Kəmturş, Turş)- 40 azn
  • Ağ şərab, Cavalier (kəmturş)- 50 azn
  • Qırmızı şərab, Savalan- 14 azn
  • Qırmızı şərab, Xan Göygöl (kəmşirin, Kəmturş, Turş)- 25 azn
  • Qırmızı şərab, Rio Anejo (kəmturş)- 50 azn

Teleqüllə restoranının sosial media hesabları:

https://www.instagram.com/telequllebaku

https://www.facebook.com/TelequlleBaku/

2) Zeyd Restoranı

Zeyd Restoran

"Zeyd" restoranı sizə romantik və ürəkaçan abu-hava vəd edəcək. Abu-havasından, rahatlığından zövq alacaqsınız. Xoş söhbətlər üçün müsbət aura, zövqünüzü oxşayan gözəl, dəbdəbəli interyer, ləziz təamlar, orijinal təqdimat və gülərüz personalın vəhdətindən daha yaxşı heçnə ola bilməz. Cazibədar atmosferdə istirahət edin və estetik zövqdən həzz alın. Sevgilinizlə burada keçirəcəyiniz romantik anlar xatirələrinizə həkk olunacaq. Zeyd restoranı romantik və baş-başa istirahətiniz üçün ideal mühit yaradıb.

Zeyd menyu

  • Toyuq Kababı- 9 azn
  • Quzu ətindən Lülə Kababı- 11 azn
  • Tikə Kababı- 12 azn
  • Quzu Kabab- 12 azn
  • Farel- 17 azn
  • Ağ balıq manqalda- 25 azn
  • Qızıl balıq- 28 azn
  • Badamlı (Qazlı, Qazsız)- 3 azn
  • Duşes Limonad- 4 azn
  • Qarışıq meyvə şirəsi- 4 azn
  • Majito- 7 azn

Zeyd restoranının sosial media hesabları:

https://www.instagram.com/zeyd.restaurant/

https://www.facebook.com/ZeydRestaurant/

3) Riviera restoran

Riviera Restoran

"Riviera" restoranı sizə bütün problemlərdən uzaqlaşaraq gözəllik dünyasına qərq olmağa kömək edəcək məkandır. Bu məkanda sizə çox romantik, fərqli hislər yaşadarkən bir yandan da mənzərə gözəlliyi ilə sizi valeh edəcək. Bu məkan sizə unudulmaz hisslər bəxş edəcək. Bakı şəhərinin ən eleqant məkanlarından biridir. Mavi Xəzərə eləcə də Şəhərin qəlbinə daha yaxından nəzər salmaq üçün Rivieraya gəlməyiniz kifayətdir.

Riviera restoran menyusu

  • Toyuq Kababı- 11 azn
  • Döymə Kabab- 12 azn
  • İzqara Köftə- 12 azn
  • Xan Kabab- 14 azn
  • Dana Bastırması- 15 azn
  • Forel- 15 azn
  • Qızılbalıq Manqalda- 24 azn
  • Slavyanka- 3.50 azn
  • Swell Şirəsi- 4 azn
  • Evsayağı Limonad- 5azn
  • Qırmızı Şərab Cadet D OC MERLOT- 57 azn
  • Ağ Şərab ADORATO APPASSİONATO- 72 azn

Riviera restoranının sosial media hesabları:

https://www.instagram.com/rivierabaku/

https://www.facebook.com/Riviera-Restaurant-Hotel-256218193135/

4) Nar&Şərab restoranı

Nar-Şərab Restoranı

"Nar&Şərab" restoranı axşamınızı romantik, möcüzəvi və parlaq yadda qalan bir gün edəcək. Xüsusi günlərinizi unudulmaz xatirəyə çevirin. Sevgilinizlə romantik və əyləncəli bir gün planlaşdırırsınız? O halda axşamınızı arxayınlıqla Nar&Şərab restoranına etibar edə bilərsiniz. Burada vaxt keçirməklə bütün qayğılarınızdan uzaqlaşacaq və dinc atmosferə qərq olacaqsınız. Lüks və rahat interyerində xoş anlar keçirin, keçirdiyiniz hər saniyədən zövq alacaqsınız.

Nar&Şərab menyu

  • Xan Kababı- 6 azn
  • Toyuq Kababı- 7 azn
  • Lülə (quzu əti ilə)- 10 azn
  • Tikə Kababı- 10 azn
  • Quzu Bastırma- 10 azn
  • Forel qızartması- 18 azn
  • Qızılbalıq şabalıd ilə- 30 azn
  • Nərə balığı sırdağ- 45 azn
  • Soda- 3 azn
  • Kompot- 4 azn
  • Limonad- 4 azn
  • Vodka Minks Kristal 0.7l- 50 azn
  • Vodka Onegin 0.5l- 90 azn

Nar&Şərab restoranının sosial media hesabları:

https://www.instagram.com/narsharab_restaurant/

https://www.facebook.com/narsharabrestaurant/

5) Sherlocks restoranı

Sherlocks Restoranı

"Sherlocks" restoranı sevdiyinizlə özəl və romantik günlərinizi qeyd etmək üçün mükəmməl seçimdir. Sevdiyinizə və özünüzə verə biləcəyiniz ən gözəl hədiyyə, gözəl dəniz mənzərəli atmosferdən zövq almaqdır. Sherlocks restoranı öz fərqli interyeri, dadlı yeməkləriyüksək səviyyəli xidmətləri ilə sizə unudulmaz birgün bəxş edəcəkdir. Dəniz insanın ruhunu sakitləşdirir və təmiz havası ilə könlünüzü oxşayacaq. Xəzər sahilində, gözəl masa arxasında və sevdiyinizlə uzun söhbətlər sizi gözləyir.

Sherlocks Menyu

  • Toyuq Kababı- 7.50 azn
  • Tikə Kababı- 8.80 azn
  • Lülə Kababı- 8.80 azn
  • Xan Kababı- 12 azn
  • Kənd toyuqu təndirdə- 18 azn
  • Forel- 16 azn
  • Qızıl balıq- 24 azn
  • Ağ balıq- 35 azn
  • Miner su- 4.50 azn
  • Limonad- 4.50
  • Kompot- 5.50 azn
  • Çaxır Savalan Traminer- 28 azn
  • Çaxır Chianti(İtalia) dry red- 70 azn

Sherlocks restoranının sosial media hesabları:

https://www.instagram.com/sherlocks_restaurant/

https://www.facebook.com/sherlocks.az

6) GATE 25 restoranı

GATE 25 Restoranı

"GATE 25" Bakının mərkəzinə gözəl mənzərə, ləzzətli yeməklər və ziyarətçilərə unikal konsepsiya təqdim edir. Məkan Bakının ən məşhur restoranlarından birinə çevrilib. Dadlı milli mətbəxi, canlı musiqisi, yüksək keyfiyyətli xidməti və qonaqpərvərliyi ilə GATE 25 komandası həmişə müştəriləri maksimum səviyyədə razı salmağa çalışır. Məkan 25-ci mərtəbədə yerləşən gözəl açıq terraslı bağça və ağaclarla və çoxlu yaşıl bitkilərlə örtülmüş istirahət otağı təklif edir. GATE 25 sevdiyinizlə romantik şam yeməyi üçün seçim etmək üçün əla yerdir. Qonaqlarına Xəzər dənizi və Bakı Bulvarına açılan mənzərə, maraqlı və müasir interyer, unudulmaz atmosfer və zəngin menu təklif edən Bakı şəhərinin ən nüfuzlu restoranlarından biridir.

GATE 25 menyu

  • Toyuq Kababı- 14 azn
  • Lülə Kababı- 15 azn
  • Quzu basdırması- 16 azn
  • Dana basdırması- 17 azn
  • Xan quzu nar sousu ilə- 25 azn
  • Qızıl balıq steyki tərəvəzli düyü ilə chef sousunda- 38 azn
  • Quzu səbəti- 80 azn
  • Sirab still 0.5l- 4 azn
  • Alma şirəsi- 8 azn
  • Viski Glenmorange- 14 azn
  • Viski Chivas 25 Y.O- 45azn
  • Vodka Absolut 0.7l- 70azn

GATE 25 restoranının sosial media hesabları:

https://www.instagram.com/gate25.az/

https://www.facebook.com/gate25.az/

7) La Terracce Restoranı

La Terracce Restoranı

"La Terracce" restoranında gecənizi xoş və romantik etməyi yaxşı bacarırlar. Rahatlığı ilə qəlbinizi oxşayacaq məkanın qonağı olun. Bura komfortlu və rahatlaşdırıcı istirahət üçünmükəmməl məkandır. Sevgilinizlə, həyat yoldaşınızla romantik saatlar, unudulmaz xatirələr yaşamaq üçün müraciət edə bilərsiniz. Sizlər üçün bənzərsiz, tamam fərqli, istirahət üçün atmosfer yaradıblar. La Terracce-da keçirilən romantik anlar öz parlaqlığı ilə hər zaman yaddaşlarınızda qalacaq. Gözəl anlarınızı sevdikləriniz ilə La Terracce-da paylaşın.

La Terracce Menyu

  • Toyuq Kababı- 6 azn
  • Lülə Kababı- 7 azn
  • Tikə Kababı- 8 azn
  • Dana basdırma- 9 azn
  • Antrikot- 9 azn
  • Çupra balığı Qrildə- 16 azn
  • Levrek balığı Qrildə- 16 azn
  • Qazsız Su- 3 azn
  • Limonad- 4 azn
  • Kompot- 3/6 azn
  • Vodka Finlandia- 5 azn
  • Viski Jameso- 6 azn
  • Viski Black Label- 7 azn

La Terracce restoranının sosial media hesabları:

https://www.instagram.com/laterraccebaku/

https://www.facebook.com/Laterraccebaku/

8) Th 13 teen Restoranı

Th 13 teen Restoranı

"Th 13 teen" restoranın interyeri məharətlə seçilmiş detallarla yadda qalıb, burada hər şey dincəlməyə və Azərbaycan mətbəxinin ən ləzzətli təamlarını dadmağa tələsmədən sakitlik nümayiş etdirir. Burada, şübhəsiz ki, günlərinizi və axşamlarınızı romantik və unudulmaz edəcəklər. İnteryer ən xırda detallara qədər düşünülmüşdür: isti, zəif işıq, köhnəlmiş ağac, qırmızı kərpic divarlar, saxta interyer detalları və yumşaq mebel rahat atmosfer yaradır. Milli elementlər isə bu məkana xüsusi orijinallıq verir və ləzzəti vurğulayır.

Th 13 teen Menyu

  • Toyuq Kababı- 7 azn
  • Quzu basdırması- 8 azn
  • Tikə Kababı- 8 azn
  • Dana basdırma- 12 azn
  • Hindtoyuğu kababı- 12 azn
  • Quzu boynu(sobada)- 12 azn
  • Çolpa- 15 azn
  • Cızbız- 15 azn
  • Toyuq çığırtması- 17 azn
  • Qızardılmış forel- 15azn
  • Qızılbalıq kababı- 25 azn
  • Qızardılmış nərə balığı- 40 azn

Th 13 teen restoranının sosial media hesabları:

https://www.instagram.com/13restaurant/

https://www.facebook.com/13restaurant/

9) Floors restoranı

Floors Restoranı

"Floors" restoranında romantik görüşünüzü keçirin ki, unudulmaz olsun. İlk dəfə və yeganə olan yalnız burada İGLO-mükəmməl bir yerdir. Sevgilinizlə ən romantik anları burada yaşayacaqsınız. Gözəl, valehedici mənzərə, qeyri adi ab-hava,açıq teras sizi heyran edəcək. Ən soyuqda belə açıq havada amma istidə istirahətinizi keçirə bilərsiniz. Floors restoranı başqa restoran və kafelərdən fərqlənir. Özünüzü sanki evdə hiss edirsiniz, sevgilinizlə romantik vaxt keçirirsiniz.

Floors Menyu

  • Tomat supu- 5 azn
  • Göbələk supu- 5 azn
  • Sezar roll- 9 azn
  • Chicken burger- 10 azn
  • Club sandwich- 11 azn
  • Beef burger- 12 azn
  • Floors burger- 16 azn
  • Qazsız su- 3 azn
  • Meyvə şirəsi- 4 azn
  • Vodka Absolut- 6 azn
  • Vodka Finlandia- 8 azn
  • Virgin Moxito- 9 azn

Floors restoranının sosial media hesabları:

https://www.instagram.com/floorsbaku/

https://www.facebook.com/floorsbaku/

10) 75 Restoranı

75 Restoranı

"75" restoranını ecazkarlıq, romantika, dəbdəbə və gözəllik-məhz bu sözlər təsvir edə bilər. Parlaq dizayn, səliqəlilik və xüsusi dekor elementləri, məhz bunlara görə bu məkan sizin xoşunuza gələcək. Sevinc dolu anları sevdiyinizlə birgə məhz burada bölüşün. Sevgilinizlə və ya həyat yoldaşınızla görüşləriniz, sizin vacib tədbirləriniz üçün möhtəşəm seçim olacaq.

75 Menyu

  • Toyuq Kababı- 6 azn
  • Lülə Kababı- 7 azn
  • Tikə Kababı- 9 azn
  • Antrikot- 9 azn
  • Dana basdırma- 10 azn
  • Farel- 15 azn
  • Nərə balığı- 40 azn
  • Badamlı(qazlı/qazsız)- 2 azn
  • Limonad- 3 azn
  • Kampot- 5 azn
  • Pivə Efes 0.33ml- 4 azn
  • Pivə Jiquli 0.33ml- 5 azn

75 restoranının sosial media hesabları:

https://www.instagram.com/75restaurant.baku/

https://www.facebook.com/75_-Restoran-103161304398200/

Sevgilinizə hədiyyə fikirləri:

Məqaləyə emosiya bildir:
emotion
19
emotion
3
emotion
3
emotion
1
emotion
3
emotion
1
emotion
1
Dostlarınla paylaş:
2 il əvvəl
37880 dəfə oxundu
ilk.az-çılar nə deyir?