Döymə haqqında bilinməyənlər! Döymə etdirmədən öncə bunları mütləq oxuyun!
Döymə etdirmədən əvvəl bu məlumatları oxumaq faydalıdır. Döymə, onun nələrə təsir göstərdiyi haqqında məqaləni təqdim edirik.
Döymə etdirmək ani istəyin nəticəsi olmamalıdır. Əvvəlcədən bəzi hazırlıqlara ehtiyac var.
Döymə modelinə qərara verin
Öncəliklə etdirmək istədiyiniz tatu (döymə) modeli seçməlisiniz. İnternetdən seçim etməkdənsə öz təxəyyülünüzü işə salmaınız daha məqsədəuyğundur. Çünki eynilik sizi bezdirə bilər. Döymə silmə əməliyyatı döymə etməkdən daha çətindir.
Döymə ustaları haqqında araşdırma aparın
İstər istifadə olunan mürəkkəb, istərsə də ustanın məlumat və bacarığı baxımından bəzi məqamlara diqqət etmək lazımdır. Tatu ustalarının “Instagram” hsabını gözdən kçirmək olar. Əgər saytları varsa, oranı ziyarət etmək lazımdır.
Gigiyenik şəraitlə tanış olmalı, əməkdaşların işinə nəzər salmalısınız. Hətta döymə olunacaq nahiyənin nə dərəcədə ağrı verəcəyini də xəbər alın. Onlar sizə ətraflı məlumat verəcəklər.
Tatu etdirmədən əvvəl spirtli içki qəbul etməməyiniz məsləhətdir. Həmçinin, iki ay əvvələ qədər solariumdan istifadə etməyin. Ultrabənövşəyi şüalar dərini genişləndirdiyi üçün döymə zamanı qanaxmanı artırır. Döymə əməliyyatından bir həftə əvvəl qəbul edilən həblər də qanaxmanı çoxaldır, ağrını azaldır. Diabet, hemofiliya və ya ineksion xəstəliyiniz varsa, tatu ustasına bunu deməlisiniz. Həmçinin döymə sizdə allergiya yarada bilər. Hansı mürəkkəbdən istifadə edildiyini öyrənin.
Döymə etdirdikdən sonra bunlara diqqət yetirin!
Xüsusi məhlulun dərini yandırmaması və dəriyə yapışmaması üçün kremdən istifadə olunur. Bandaj 1-3 saat gözlənilir. Daha sonra təmiz suyla döymə edilən nahiyə yuyulur. Döymə yerinin sağalması üçün 2 həftə krem sürtülür.
Döymə üzərində yaranan qabıqlar töküldüyü zaman qulluq etmək mərhələsi bitmiş sayılır. Rənglərin solmaması üçün günəşə çıxarkən krem sürtməyiniz məsləhətdir.
Döyməni sildirmək istədikdə
Tutaq ki, döymənizdən sıxıldınız. Bu halda nə etməlisiniz?
Lazerlə qalıcı döymə sildirmə əməliyyatının uğuru:
- Döymənin və dərinin rənginə,
- İstiadə olunan boyaların çeşidinə,
- Döymənin tətbiq dərinliyinə, formasına,
- Döymənin yaşına,
- İstifadə olunan lazer sisteminə bağlı olaraq dəyişiklik göstərir,
- Seans sayı və döymənin strukturuna,
- Rənginə görə dəyişir.
Döymədə istifadə edilən boyanın çoxluğu lazer əməliyyatından sonra bədəndən boyanın xaricini çətinləşdirir. Döymə edilərkən istiadə olunan alətlər və döymə ustasının işi döymə silinməsi zamanı həlledici faktorlardan sayılır. Qara rəngdə olan döyməni silmək rəngli döyməni silməkdən daha çətindir. Döymə yaşı artdıqca lazer əməliyyatından sonra vücuddan kənarlaşdırılma daha asan olur.
Hepatit B xəstələri, hamilələr, bədənində yaraları olanlar buna üz tutmamalıdır. Burun və qulaq içinə, göz və kirpik ətrafına lazer müdaxiləsi məsləhət olunmur.
Döymə sildirmə əməliyyatından sonra nahiyə 24 saat bağlı qalmalıdır. Su təması olmamalıdır. Günlük olaraq nəmləndirilməlidir. Qabıqların tökülməsi mərhələsində döymə günəş işığına məruz qalmamalıdır. Epilepsiya edilməməlidir.
Sizə maraqlı ola bilər:
Dostlarınla paylaş:
2100 dəfə oxundu
ilk.az-çılar nə deyir?