Ən yaxşı 10 elektrikli skuter (scooter) modeli

Bu məqaləmizdə şəhər daxili istifadəyə uyğun, enerjini çox saxlaya bilən skuter modellərini bir araya gətirmişik. Siyahımızda Xiaomi, Citymate, Volta və RKS və digər modellər yer alır.

1. Xiaomi Mi Pro 2 elektrikli skuter

Xiaomi Mi Pro 2 elektrikli skuter

3 saniyəyə qatlana bilən Xiaomi Mi Pro 2, uzun batareya ömrü sayəsində bir dəfə şarj etməklə 45 km məsafəni qət edə bilir. Cihazı tək bir düymə ilə idarə edə, işıqları yandırıb söndürə və ya 3 sürət rejimi arasında keçid edə bilərsiniz. Bu idarəetmə rejimləri Eko, standart və idman xüsusiyyətlərinə malikdir. Cihazda qısa qapanma kimi ağıllı güc qoruma sistemləri var.

Texniki xüsusiyyətlər
Maks. sürət: 25km/saat
Yükgötürmə qabiliyyəti: 100 kq
Motor Gücü: 600 Vt
Dırmaşma Bucağı: 20 °
Təkər ölçüsü: 8.5 düym
LED Far: Var
Məsafə: 45 km
Şarj müddəti: 9 saat
Çəkisi: 14,2 kq

2. CityMate Gold elektrikli skuter

CityMate Gold elektrikli skuter

350 Vt gücə malik CityMate Gold elektrikli skuteri tam doldurulduqda orta hesabla 25 km məsafə qət edə bilər. Bu məsafə yolun vəziyyətinə və ya sürücünün çəkisinə görə dəyişə bilər. 8,5 düymlük disk əyləci ilə təchiz edilmiş skuter, qatlana bilən dizayna malikdir. Məhsulun çəkisi 12 kilodur.

Texniki xüsusiyyətlər
Maks. sürət:
25km/saat
Yükgötürmə qabiliyyəti: 110 kq
Motor Gücü: 350 Vt
Dırmaşma Bucağı: 15 °
Təkər ölçüsü: 8.5 düym
LED Far: Var
Məsafə: 25 km
Şarj müddəti: 4 saat
Çəkisi: 12 kq

3. Xiaomi Mi 1S elektrikli skuter

Xiaomi Mi 1S elektrikli skuter

3-4 saatlıq istifadə təklif edən Xiaomi Mi 1S, fərqli rejimlərə malikdir. 500 Vt gücündə olan skuter çox rahat bir sürücülük təcrübəsi təqdim edir. 100 kiloqrama qədər daşıma qabiliyyətinə malik cihazın çəkisi 12 kiloqramdır. Cihazın yeganə çatışmazlığı batareyanın dəyişdirilməməsidir.

Texniki xüsusiyyətlər
Maks. sürət: 25km/saat
Yükgötürmə qabiliyyəti: 100 kq
Motor Gücü: 500 Vt
Dırmaşma Bucağı: 14 °
Təkər ölçüsü: 8.5 düym
LED Far: Var
Məsafə: 30 km
Şarj müddəti: 5 saat
Çəkisi: 12,5 kq

4. Volta Vt1 elektrikli skuter

Volta Vt1 elektrikli skuter

600 Vt gücə malik Volta Vt1 20 km yol qət edə bilir. Maksimum sürəti 25 km/saat olan məhsulun şarj müddəti 2-3 saatdır. Təkərlərinin ölçüsü 8,5 düym olan skuter yanındakı ayaq dayağı sayəsində düz dayana bilir. Cihazın ön tərəfində bir LED far və arxada bir stop lampası var.

Texniki xüsusiyyətlər
Maks. sürət: 25km/saat
Yükgötürmə qabiliyyəti: 150 kq
Motor Gücü: 600 Vt
Dırmaşma Bucağı: 14 °
Təkər ölçüsü: 8.5 düym
LED Far: Var
Məsafə: 20 km
Şarj müddəti: 3 saat
Çəkisi: 12,5 kq

5. Xiaomi Mi Essential elektrikli skuter

Xiaomi Mi Essential elektrikli skuter

Qatlanan Xiaomi Mi Essential 30 kilometrə qədər məsafə qət edə bilir. Maksimum 25 km/saat sürət yığa bilən cihaz disk əyləcinə malikdir. Bu disk əyləci sayəsində daha təhlükəsiz sürücülük təcrübəsinə sahib olacaqsınız. Cihazın 3 rejimi var. Birinci rejim 0-5 km/saat, ikinci rejim 0-20 km/saat və üçüncü rejim 0-25 km/saat sürətləndirməyə imkan verir.

Texniki xüsusiyyətlər
Maks. sürət: 20 km/saat
Yükgötürmə qabiliyyəti: 100 kq
Motor Gücü: 500 Vt
Dırmaşma Bucağı: 10 °
Təkər ölçüsü: 8.5 düym
LED Far: Var
Məsafə: 20 km
Şarj müddəti: 3,5 saat
Çəkisi: 12 kq

6. Xiaomi Mijia M365 elektrikli skuter

Xiaomi Mijia M365 elektrikli skuter

Xiaomi Mijia 30 km məsafə və 25 km/saat sürət təklif edir. Cihazı bütün gücü ilə istifadə etdikdə 1 saatlıq sürücülük təcrübəsi təqdim edir. Digər elektron cihazlarda olduğu kimi, enerji qənaət rejimi sayəsində sürət səviyyəsini azaldaraq gündəlik istifadə müddətini uzada bilərsiniz. 8.5 düymlük 2 təkəri və disk əyləc sistemi ilə təhlükəsiz bir səyahət təmin edir.

Texniki xüsusiyyətlər
Maks. sürət: 25 km/saat
Yükgötürmə qabiliyyəti: 100 kq
Motor Gücü: 250 Vt
Dırmaşma Bucağı: 14 °
Təkər ölçüsü: 8.5 düym
LED Far: Var
Məsafə: 30 km
Şarj müddəti: 5 saat
Çəkisi: 12,2 kq

7. CityMate Urban elektrikli skuter

CityMate Urban elektrikli skuter

CityMate Urban 12 kq ağırlığa malikdir. Tam doldurulduqdan sonra 25 km məsafə qət etmək iqtidarındadır. Alüminium dizaynı sayəsində dayanıqlı bir quruluşa sahib olan məhsulun təkərləri 8,5 düymdür.

Texniki xüsusiyyətlər
Maks. sürət: 25 km/saat
Yükgötürmə qabiliyyəti: 110 kq
Motor Gücü: 350 Vt
Dırmaşma Bucağı: 15 °
Təkər ölçüsü: 8.5 düym
LED Far: Var
Məsafə: 25 km
Şarj müddəti: 4 saat
Çəkisi: 12 kq

8. BOOD Kickscooter FW-H85B elektrikli skuter

BOOD Kickscooter FW-H85B elektrikli skuter

Tam şarjla 25 km yol qət edə bilən məhsul 5 saat ərzində tam gücünə çatır. Arxa təkərdəki disk əyləci sayəsində təhlükəsiz istifadə təmin edir. 14 kq ağırlığa malik skuter modeli 120 kq daşıma qabiliyyəti ilə seçilir.

Texniki xüsusiyyətlər
Maks. sürət: 25 km/saat
Yükgötürmə qabiliyyəti: 120 kq
Motor Gücü: 250 Vt
Dırmaşma Bucağı: 25 °
Təkər ölçüsü: 8.5 düym
LED Far: Var
Məsafə: 15 km
Şarj müddəti: 5 saat
Çəkisi: 13 kq

9. RKS G48 elektrikli skuter

RKS G48 elektrikli skuter

20-25 km arasında sürətlənə bilən RKS G48, 28 km məsafəyə sahibdir. 3 fərqli sürət səviyyəsi ayarı sayəsində daha rahat istifadə imkanı verən məhsul 350 Vt gücündə motora malikdir. Asanlıqla qatlanır, çəkisi 11,8 kq-dır.

Texniki xüsusiyyətlər
Maks. sürət:
25 km/saat
Yükgötürmə qabiliyyəti: 90 kq
Motor Gücü: 250 Vt
Dırmaşma Bucağı: 12 °
Təkər ölçüsü: 8.5 düym
LED Far: Var
Məsafə: 25 km
Şarj müddəti: 4 saat
Çəkisi: 11,8 kq

10. CityMate Plus elektrikli skuter

CityMate Plus elektrikli skuter

4500 mah tutumlu Samsung litium batareyaya sahib olan CityMate, bir şarjla 15 km məsafə qət edə bilir. Bu məhsul alüminium materialdan hazırlanıb və nəqliyyat zamanı rahatlıq təmin edir.

Texniki xüsusiyyətlər
Maks. sürət: 25 km/saat
Yükgötürmə qabiliyyəti: 110 kq
Motor Gücü: 250 Vt
Dırmaşma Bucağı: 15 °
Təkər ölçüsü: 8.5 düym
LED Far: Var
Məsafə: 23 km
Şarj müddəti: 4 saat
Çəkisi: 12 kq

Sizə maraqlı olacağını düşünürük:

Məqaləyə emosiya bildir:
emotion
4
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
1
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3909 dəfə oxundu
ilk.az-çılar nə deyir?