Ən yaxşı 10 oyun noutbuku modeli 2021

Noutbukda oyun oynamağı sevənlər üçün maraqlı məqalə hazırladıq. Ən yaxşı 10 ədəd oyun noutbukunu araşdırdıq. Güclü prosessor və video karta məxsus olan bu oyun noutbuklarını sizlərlə paylaşırıq.

Yeni oyun noutbuku almazdan öncə bizim məqaləyə göz atmağınızda fayda var.

1. Acer Nitro 5 AN515-55-78CS NH.Q7PEY.002 dizüstü kompüter (Laptop)

Acer Nitro

Acer-in ən son təchizatlara sahib oyun noutbuk modeli olan Nitro 5, yüksək qrafika xüsusiyyətləri və 16 GB RAM həcmi ilə seçilir. Yüngül dizaynı və RGB işıqlı klaviatura ilə zəriflik yaradan noutbuk 1920 x 1080 piksellik Full HD görüntü təqdim edir. 6 nüvəli prosessora malik bu oyun kompüteri, Nvidia Geforce GTX1660 Ti qrafik kartı sayəsində ən son oyunların belə gecikmə yaranmadan oynanılmasına imkan yaradır.

Texniki xüsusiyyətlər

Prosessor növü: Intel Core i7
Ram (Sistem Yaddaşı): 16GB
SSD həcmi: 512GB
Video kartı: Nvidia Geforce GTX1660 Ti
Şarj oluna bilən istifadə müddəti: 4 - 6 saat
Çəkisi: 2 - 4 kq
Optik sürücü növü: yoxdur
HDMI: var
Ekran keyfiyyəti: Full HD (FHD)
Ekran ölçüsü: 15.6 düym
Qrafik kart növü: Xarici
Qrafik kart yaddaş: 6GB
Panel növü: IPS
Piksel: 1920 x 1080
İstifadə məqsədi: Oyun
Əməliyyat sistemi: FreeDos
CPU nüvələrinin sayı: 6
Şəkil keyfiyyəti: HD Ready

2. Casper Excalibur G770.9300-8DH0X dizüstü kompüter (Laptop)

Casper Excalibur

Texnologiya istehsalçısı Casper tərəfindən oyunçular üçün xüsusi olaraq hazırlanmış Excalibur G770, güclü qrafik kartı və prosessoru ilə diqqət çəkir. 240 GB daxili SSD yaddaş təklif edən bu məhsul, rəqibləri ilə müqayisədə münasib qiymətə satışa təqdim olunur. 15,6 düym ekrana sahib olan bu oyun kompüteri 1920 x 1080 piksel Full HD görüntü keyfiyyəti təqdim edir.

Texniki xüsusiyyətlər

Video kartı: Nvidia GeForce GTX1650
Prosessor növü: Intel Core i5
Ram (Sistem Yaddaşı): 8GB
SSD həcmi: 240GB
İstifadə məqsədi: Oyun
Çəkisi: 2 - 4 kq
Video kart yaddaşı: 4GB
Ekran ölçüsü: 15.6 düym
Qrafik Kart Növü: Yüksək Səviyyə Xarici Qrafik Kartı
Əməliyyat sistemi: FreeDos
Piksel: 1920 x 1080
Optik sürücü növü: Yoxdur
Prosessor nəsli: 9-cu Nəsil
CPU nüvələrinin sayı: 4
Tutum: Yoxdur
Video kart yaddaş növü: DDR4
Prosessor modeli: 9300H

3. HP Pavilion Gaming 16-a0007nt 1Y7G6EA dizüstü kompüter (Laptop)

HP Pavilion Gaming

10-cu nəsil Intel Core i7 prosessor çipinə sahib olan HP Pavilion Gamer noutbuku, 8 GB RAM 512 GB SSD dəstəkləyən daxili yaddaş xüsusiyyətləri ilə fərq yaradır. Göz sağlığını qoruyan dizayn 300 nit parlaqlığa qədər görüntü aydınlığı təqdim edə bilər. Nvidia GeForce GTX1650 Ti qrafik kartı ilə təchiz olunub.

Texniki xüsusiyyətlər

İstifadə məqsədi: Oyun
Prosessor növü: Intel Core i7
Ram (Sistem Yaddaşı): 8GB
Qrafik Kart Növü: Yüksək Səviyyə Xarici Qrafik Kartı
SSD həcmi: 512GB
Video kart yaddaşı: 4GB
Prosessor modeli: 10750H
Prosessor Nəsli: 10-cu Nəsil
Əməliyyat sistemi: FreeDos
Zəmanət növü: Rəsmi distribyutor zəmanəti
Video kartı: Nvidia GeForce GTX1650 Ti
Ekran standartı: Full HD (FHD)
Əlaqələr: Bluetooth
Piksel: 1920 x 1080
Ekran ölçüsü: 16 düym
Rəng: Qara
Klaviatura: Q Türkcə
Video Kart Yaddaş Növü: GDDR6
Optik Sürücü Növü: Yoxdur
CPU nüvələrinin sayı: 6
Genişləndirilə bilən maksimum yaddaş: 32GB
Panel növü: IPS
Şarj oluna bilən istifadə müddəti: 4 - 6 saat
Çəkisi: 2- 4 kq
Ekran xüsusiyyəti: Full HD

4. Monster Semruk S7

Monster Semruk S7

Semruk S7, yüksək səviyyəli oyun noutbuku axtaran istifadəçilər üçün nəzərdə tutulub. Monster-in Semruk S7 noutbukundakı yeni nəsil i7 10700K prosessoru sizə oyunlarda ən yüksək sürəti təqdim edir. Intel Wifi 6 Gig + xüsusiyyəti ilə modeminiz uzaqda olsa da, bağlantınızı hər zaman ən güclü səviyyədə saxlaya bilərsiniz. 17,3 düymlük böyük ekranı ilə oyunda olduğunuzu hiss edərkən, 32 GB RAM ilə eyni anda onlarla əməliyyat həyata keçirə biləcəksiniz.

Monster Semruk S7 xüsusiyyətləri

Prosessor: Intel i7
Sistem yaddaşı: 32GB
Yaddaş: 500GB SSD
Ekran kartı və video kart: 17.3 düym UHD ekran və RTX 2080 SUPER

5. LENOVO Legion 7

LENOVO Legion 7

Legion 7 öz xüsusiyyətləri ilə seçilir. 32 GB Ram2 TB SSD xüsusiyyəti də məhsulun nə qədər keyfiyyətli olduğunu sübut edir. Ən yaxşı oyunların asanlıqla və gecikmə olmadan oynanılmasına imkan yaradan noutbuk, ən güclü qrafik kartlarından biri olan RTX 2070-ə sahibdir.

LENOVO Legion 7 xüsusiyyətləri

Prosessor: Intel Core i7
Sistem yaddaşı: 32GB
Yaddaş: 1 TB GB SSD
Ekran və video kart: 15.6 düym 4K ekran, RTX 2070 Super

6. MSI GE66 Valhalla Limited Edition

MSI GE66 Valhalla Limited Edition

Assassin's Creed temalı MSI RTX2060 qrafik kartı ilə yeni nəsil oyunların şüa izləmə xüsusiyyətlərindən faydalana bilərsiniz. MSI-nin dynaudio sistemi olan ikiqat dalğa dinamikləri oynadığınız oyunun və ya izlədiyiniz videonun səslərini ən incə detallara qədər eşitməyə imkan verir. Kompüteri hər zaman aşağı temperatur səviyyəsində saxlamaq üçün prosessor və qrafik kartı ayrı-ayrı soyudulur.

MSI GE66 xüsusiyyətləri

Prosessor: Intel Core i7
Sistem yaddaşı: 32GB
Yaddaş: 1 TB SSD
Ekran və video kart: 15.6 düym FHD ekran və RTX 2060

7. HP Omen 15-DH1019NT

HP Omen 15-DH1019NT

RTX 2060 qrafik kartı ilə ən çox tələb olunan oyunları belə yüksək FPS sürətində oynaya biləcəyiniz noutbuk, gözəl görünüşü ilə də seçilir. Ultra incə və ultra yüngül olan laptop inanılmaz dərəcədə güclüdür. Aydın və əhatəli görüntü təqdim edən noutbuk oyunu ən yaxşı şəkildə oynamağınıza imkan verir.

HP Omen 15-DH1019NT xüsusiyyətləri

Prosessor: Intel i7
Sistem yaddaşı: 16GB
Yaddaş: 1 TB SSD
Ekran və video kart: 15.6 düymlük FHD ekran və RTX 2060

8. LENOVO Ideapad 81Y400D9TX

LENOVO Ideapad

Lenovo Ideapad gözəl görünüşü və keyfiyyəti ilə fərqlənir. 16 GB RAM512 GB həcmi ilə seçilən kompüter Gtx1650 Ti qrafik kartına malikdir. 10-cu nəsil i5 prosessoru güclü performansı ilə sizi təəccübləndirəcək.

Texniki xüsusiyyətləri

Prosessor: Intel i5
Sistem yaddaşı: 16GB
Yaddaş: 512GB SSD
Ekran və video kart: 15.6 düym FHD ekran və Gtx 1650 Ti

9. Monster Abra A5 V16 6.3

Monster Abra

Monster-in sevimli oyun noutbuku Monster Abra A5 seriyası ideal özəlliklərə sahibdir. Rəngi dəyişən klaviatura, oyunda olduğunuzu hiss etdirəcək Full HD ekranı, güclü prosessor və qrafik kartı yüksək keyfiyyət təqdim edir.

Monster Abra A5 xüsusiyyətləri

Prosessor: Intel Core i5 10200H
Sistem yaddaşı: 8GB
Yaddaş: 512GB SSD
Qrafik kartı: 15.6 düym tutqun LED ekran, GTX 1650TI 4 GB Qrafik Kartı

10. Monster Tulpar T5 V19.2

Monster Tulpar

Monster markasının ən yaxşı kompüterləri siyahısında ilk üçlüyə girəcək məhsullardan biridir. Nvidia-nın RTX 2060 seriyalı qrafika kartı və Intelinin 9-cu nəsil prosessoru ilə artıq istədiyiniz oyunu ən yüksək parametrlərdə sərbəst oynaya biləcəksiniz.

Monster Tulpar xüsusiyyətləri
Prosessor: i7 9750H
Sistem yaddaşı: 16GB
Yaddaş: 256GB M.2 SSD
Qrafik kartı: 17.3 düym FHD 144 Hz tutqun Led ekran, RTX 2060 6 GB Qrafik kartı

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3607 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 1 ay əvvəl
  • 587
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 4 ay əvvəl
  • 783
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 5 ay əvvəl
  • 808
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 5 ay əvvəl
  • 1441
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 5 ay əvvəl
  • 877
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 6 ay əvvəl
  • 1002