Ən yaxşı avtomobil kasko siğorta şirkətləri - Kasko siğortası neçəyədir?

Kasko sığorta, avtonəqliyyat hadisələri, atılmış və ya düşmüş əşya, üçüncü şəxslərin qanunazidd hərəkətləri, oğurluq, quldurluq, qaçırma, soyğunçuluq, təbii fəlakət və heyvanların hərəkəti nəticəsində avtomobilimizə dəyən zərərləri ödəyir. Ölkəmizdə əsasən buraxılış ili 2005-ci ildən yuxarı olan avtomobillər Kaskoya qəbul edilir. Bəzi marka və modellərdə bu ildən aşağı və yaxud yuxarı ola bilər. Avtomobilin yaşı 5 ildən çox deyilsə rəsmi servis təminatı verilə bilər. Bu halda təmir və qiymətləndirmə rəsmi servisdə həyata keçirilir.

Kasko sığorta etdirən zaman siz, həm avtomobilinizin tam dəyərində Tam Kasko, həm də 5000 və 10.000 azn dəyərində Kasko Paketləri əldə edə bilərsiniz. Tam Kasko əldə etdikdə avtomobilinizə dəyən zərərlər tam qarşılanır. Hətta avtomobil tamamilə sıradan çıxarsa belə dəyəri sizə ödənilir. Əgər 5000 azn dəyərində Kasko Paketi əldə etsəniz, bu halda avtomobilinizə dəyən zərərin 5000 azn-ə qədər olan hissəsi sizə ödənilir, zərər çox olarsa bu halda sığorta şirkəti 5000 azn dən çox olan zərərə görə məsuliyyət daşımır. Ən yaxşı avtomobil kasko siğorta şirkətləri məqaləmizdə.

1. Meqa Siğorta

Meqa Siğorta

Meqa Sığorta ASC fəaliyyətə 2010-cu ilin oktyabr ayında başlamışdır. Eyni avtomobili “Meqa Sığorta” standard servislə 516 manata kasko sığorta edir. Şirkətdən bildirilib ki, rəsmi servis təminatı istehsal ili 2012-ci ildən yuxarı avtomobillərə verilir. 28 sığorta şirkəti arasında uğurla irəliləyərək aparıcı sığorta şirkətləri arasında layiqli yer tutmuşdur. Meqa Sığorta ASC fəaliyyətinə 2012-ci ildə Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya (№ 000587) verilmişdir. Həmin ildə Şirkət ISO 9001:2008 keyfiyyət standartlarına layiq görülmüşdür, 2013-cü ildə də müvəffəqiyyətlə yenilənmişdir. “Meqa Sığorta” ASC müvafiq lisenziya əsasında 30 növ könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkət qabaqcıl beynəlxalq sığorta və təkrarsığorta şirkətləri ilə əməkdaşlıq edir. 2012-ci ilin 28 mart tarixindən “Meqa Sığorta” ASC icbari sığorta növləri üzrə xidmətlərin göstərilməsi üçün İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir. Hal-hazırda “Meqa Sığorta” ASC-də 100 nəfərdən çox əməkdaş çalışır. 2013-cü ildə sığorta şirkətləri arasında seçilərək “Meqa Sığorta” Şirkəti sığorta bazarında müştəri məmnuniyyətinin artırılması uğrunda çalışdığına görə “Ən dinamik inkişaf edən sığorta şirkəti” adına layiq görülüb və bunun nəticəsində 2014-cü ildə "Meqa Sığorta" ASC “UĞUR” mükafatı ilə təltif olunub. Şirkət qısa müddət ərzində kifayət qədər ciddi nəticələrə imza atıb, keyfiyyətli xidmət və etibarlı sığorta təminatçısı kimi müştərilərin rəğbətini qazanıb.

2. Atəşgah Siğorta

Atəşgah Siğorta

Avtonəqliyyat vasitələrinin icbari sığorta növündən fərqli olaraq, sığortalı bu sığorta növüylə öz daşınar əmlakını sığortalayır ki, bu da kasko ilə icbari sığorta arasındakı ən önəmli fərqdir. Sığortalı şəxsin nəqliyyat vasitəsi hərəkət halında ikən və ya dayanarkən zədələnərsə, yanarsa sığortalıya dəymiş ziyan sığortaçı tərəfindən aradan qaldırılır. Unutmayın ki, gözlənilməz hadisələrin bizə vura biləcəyi iri həcmli maddi zərərlərdən öncədən KASKO sığortası ilə sığortalana bilərik. “Atəşgah Sığorta”da isə sığorta haqqını 4 hissəyə bölüb rübdə bir dəfə ödəmək mümkündür. Şirkətdən verilən məlumata görə, eyni avtomobili standard servis seçimi ilə nağd ödənişlə 585 manata, rübdə bir dəfə olmaqla 615-658 manata əldə etmək olar.

3. PAŞA Siğorta

PAŞA Siğorta

İlk olaraq “PAŞA Sığorta” şirkətinin standart kasko üzrə qiymətləri müəyyənləşdirilib. Şirkətdən verilən məlumata görə, 100 manat azadolma ilə bu avtomobili 560 manata kasko sığortalamaq olar. Üstəlik müştəriləri sığorta haqqını faizsiz 4 hissəyə bölməklə də aylıq ödəniş edə bilərlər. 4 halda sığorta şirkəti ödənişə təminat vermir: Qanunsuz idarəetmə (Məsələn, yalnız sürmək üçün verilən etibarnaməsi olan sürücünün avtomobili ayıq sürücüyə etibar etməsi), qəsdən qəza törədilməsi, hadisə yerindən yayınma və sürücünün alkaqol və narkotik vasitələr qəbul etdiyi hallar. “PAŞA Sığorta” şirkətinin mütəxəssisləri tərəfindən avtomobil sığortası üzrə müqavilələrin rəsmiləşdirilməsinin çevik endirim sistemi, həmçinin hər hansı sığorta xərci edilməmiş müştərilərin mükafatlandırılması sistemi işlənib hazırlanmışdır. Sığorta mükafatının möhlətlə ödənilməsi imkanı da şirkətin müştərilərə təqdim etdiyi üstünlüklərdəndir.

4. A Qroup Siğorta

A Qroup Siğorta

A Qroup bir düyməni basmaqla təcili yardım və nümayəndəmizi çağırmaq olar. A Qroup Sığorta şirkətində isə “Hyundai Sonata”nın sığortası servis seçimindən və detallara köhnəlmə əmsalının tətbiq edilməsindən aslı olaraq 560-640 manat arasında dəyişir. Maraqlı cəhət bundan ibarətdir ki, sığorta şirkəti müştərilərinə mobil aplikasiya təqdim edir. Bu proqram vasitəsilə qəza anında avtomobil sahibi sadəcə düyməni basmaqla sığorta şirkətinin əməkdaşlıq etdiyi klinikadan təcili tibbi yardım çağıra bilər və bu xidmət pulsuzdur. Eyni zamanda şirkətin nümayəndələri hadisə yerini müəyyən edib, dərhal həmin əraziyə yaxınlaşırlar. Avtomobillərin icbari sığorta qaydalarında azadolma tədbiq edilmir. Azadolma məbləği sığorta obyektinin dəyərinə görə, təyinat və istifadəsinə görə və sığortalının yaşı və sürücülük təcrübəsinə görə fərqli qaydada tədbiq oluna bilər. Azadolma məbləği 0 dan başlayaraq 1000 AZN dək fərqlənə bilər. Şirkətin təklif etdiyi sığorta məhsulu rəsmi servis xidməti, hadisə baş verdiyi zaman, müvafiq sənədlərin yığılması sığortaçı tərəfindən aparılması, Mobil Aplikasiya vasitəsi ilə, düyməni basaraq qəza komisarının hadisə yerinə çağırılması kimi üstünlükləri var.

5. Ata Sığorta

Ata Sığorta

“AtaSığorta” şirkətindən isə “Hyundai Sonata”nı 500 manata sığortaya biləcəklərini bildiriblər. Şirkət sığorta haqqını hissəli ödənişini təklif edir. Belə ki, kasko sığortası alan müştəri sığorta haqqının əvvəlcə 40%-ni, qalan hissəsi isə 2 ay ərzində ödəyə bilər. Yol-nəqliyyat hadisəsi 2 avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə (2-dən çox olmamaq şərtilə), təqsirin üçüncü şəxsdə (qarşı tərəfdə) olduqda, hadisə baş verən zaman təqsirli olan qarşı tərəfin mülki məsuliyyəti qüvvədə olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsinə əsasən sığortalanmış olduqda və dəymiş zərər məbləği 5 000.00 (beş min) manatdan az olduqda müqavilə üzrə təyin olunan azadolma məbləği tətbiq edilmir. Sığorta haqqı birdəfəlik qaydada ödənilməlidir. Məhsul hüquqi şəxslərə şamil edilmir. Məhsul “AtaSığorta” ASC-nin əməkdaşları və onların ailə üzvlərinə şamil edilmir.

6. Günay Sığorta

Günay Sığorta

Avtomobili sığortalayarkən sığorta haqqının birinci hissəsini sığorta müqaviləsi bağlanan zaman ödəyirsiniz, ikinci hissə isə sığorta hadisəsi baş versə sizə ödəniləcək sığorta ödənişindən çıxılır. Hadisə baş vermədiyi halda pulunuz cibinizdə qalacaq. Minimum sığorta haqqı və azadolma məbləği 100 AZN-dən başlayır. Ödəniş 4 aya ödənilir. Sığorta üçün avtomobil minimum 2002-ci il istehsalı olmalıdır. Şirkətin təklif etdiyi “50/50 Kasko” məhsulu avtomobili yarı qiymətə sığortalamaq imkanı verir. Avtomobili sığortalayarkən müştəri sığorta haqqının birinci yarısını sığorta müqaviləsi bağlanan zaman ödəyir, ikinci yarısı isə sığorta hadisəsi baş versə sığorta ödənişindən çıxılır. Lakin sığorta müddəti ərzində hadisə baş vermədiyi halda sığorta haqqının ikinci yarısı (50%-i) müştəridən tələb olunmur. Hadisə zamanı taksi xidməti, sığorta hadisəsi baş verdikdə pulsuz evakuasiya xidməti əlavə təminatlara daxildir.

7. Bakı Sığorta

Bakı Sığorta

“Bakı Sığorta” ASC müştərilərinə ehtimalı risklərdən keyfiyyətli və etibarlı təminat vermək missiyasını daşıyaraq, müddətsiz lisenziyaya malik 27 növ üzrə sığorta xidmətləri təqdim edir. Sığorta haqqı minimum 150 manatdan başlayır. Ödənişlər kaskonun növüdən asılı olaraq 10 ay ərzində hissəli şəkildə ödənilə bilər. 2004-ci ildən etibarən istehsal olunan avtomobillər sığortalanır. Digərlərindən üstünlüyü isə şirkətin təqdim etdiyi full kasko sığortanı 70% endirimlə əldə etmək mümkündür. Qaydalar isə çox sadədir, kasko1.az saytında həmçinin whatsapp üzərindən sorğudakı suallar cavablandırılır və sürücülər avtomobilin kasko sığortasını 70% dək endirimlə əldə etmək şansını qazanırlar. Müştərilərimizə yüksək keyfiyyətli xidmət, hər bir müştəriyə fərdi yanaşma, sığorta xidmətlərinin göstərilməsində operativlik, obyektivlik və üzərimizə götürdüyümüz öhdəliklərin tam və ədalətli şəkildə yerinə yetirilməsi şirkətimizin əsas dəyərlərindəndir.

8. Xalq Sığorta

Xalq Sığorta

“Ata Sığorta” ilə yanaşı, “Xalq Sığorta” da kasko sığortası üçün hissəli ödəniş təklif edir. Belə ki, 600 manatlıq sığorta haqqını 4 aya ödəmək mümkündür. Amma sığorta haqqının ödənişi bir gün geciksə, müqavilə qüvvədən düşür. Ödəniş bir gün geciksə, sığorta qüvvədən düşür. Bəzi avtomobillərin ( Aston Martin, Bentley, Cadillac, Ferrari, Lamborghini, Maserati, McLaren, Rolls-Royce, Mercedes-Maybach, Tesla ) sığorta haqqını hesablamaq üçün anderayterin baxışı tələb olunur. Bu markalı avtomillərin KASKO sığorta haqqını kalkulyatorla hesablamaq mümkün olmayacaq. Sığorta haqqları cari tariflər üzrə hesablanır. 2005-ci ildən başlayaraq "Xalq Sığorta" ASC universal sığorta şirkəti kimi uğurla öz fəaliyyətini həyata keçirir. Şirkətin daxili siyasəti sayəsində biz, sığorta bazarındakı yüksək mövqeyimizi əminliklə qoruyur, ildən ilə müştərilərimizin sayını artırırıq.

Bu məqaləmizdə ən yaxşı ən sərfəli şərtlərlə avtomobil kasko siğorta şirkətlərini araşdırdıq. Bu şirkətlər sığorta qiymətləri ilə yanaşı əlavə xidmətləri ilə də seçilir. Araşdırma əsasında məlum olub ki, sadalanan avtomobilə görə bazar üzrə kasko qiymətləri müxtəlif qiymətlər arasında dəyişir.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3388 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 1 ay əvvəl
  • 597
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 4 ay əvvəl
  • 790
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 5 ay əvvəl
  • 816
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 5 ay əvvəl
  • 1448
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 5 ay əvvəl
  • 883
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 6 ay əvvəl
  • 1005