Fotoda gözəl çıxağın 15 asan yolu
İnsanlar tədbirlərdə, tətildə, yolda və digər məkanlarda fotolar çəkirlər. Ancaq belə fotoların çoxu istənilən səviyyədə çıxmır. Bu məqaləmizdə fotoda yaxşı düşməyin yollarından bəhs edəcəyik.
Fotoda niyə gözəl görünmürəm? Fotogenik deyiləm? Vəsiqəlik fotolarımı heç bəyənmirəm. Yəqin bu cür fikirlər sizin də ağlınızda dolaşır. Fotoda yaxşı düşməməyin əsas səbəbi foto, selfi çəkdirməyin qaydasını bilməmək, uyğun olmayan geyimlər geyinməkdir.
Foto çəkdirən zaman standart pozalardan uzaq durun. Xəbərsiz formalara üstünlük verin. Siz hərəkətdə olun, fotoqraf yaxşı pozaları özü tutacaq. Sərxoş halda foto çəkdirməyin, gözləriniz, üzünüz pis düşəcək. "Money" deyərək ağız çevrəsini geniş açmaq, gülümsəmək daha yaxşıdır.
1. Fotolarınızı günorta saatlarında çəkməyin
Belə vaxtda çəkilən fotolarda gözlərin altı tünd, üzsə ruh kimi görünür. Günün batmasını gözləyin. Belə daha təbii və gənc görünəcəksiniz.
2. Foto çəkdirərkən qüsurlarınızı aradan qaldırın
Üzünüzdə ləkələr və sızanaqlar varsa, onları makiyajla örtün. Dodaqlarınıza az miqdarda boya, gözlərinizə makiyaj qələmi çəkin. Çox makiyaj vurmayın.
3. Fotonun çəkilmə rakursuna diqqət edin
Yuxarıdan çəkilən fotolar sizi daha uzun və arıq göstərəcək, aşağıdan çəkilən fotolarsa əksinə. Obyektivə baxmayın. Yana baxmaq daha məqsədəuyğundur.
4. Foto çəkdirərkən geyimlərinizə diqqət edin
Geyim seçimlərinizə diqqət edin. Əsmərsinizsə, canlı rənglərə üstünlük verin. Rənginiz açıqdırsa, tünd rənglər seçin. Geyimlər, aksessuarlar fotoda gözəl görünmək üçün əsas elementlərdən sayılır.
5. Foto çəkilən məkana diqqət edin
Məkan seçimi önəmlidir. Yaşıllıqda, rənglərin bol olduğu yerlərdə fotolar daha gözəl alınır. Məkanın enerjisindən çox şey asılıdır.
6. Foto çəkilərkən gözəlliyə diqqət edin
Bəli, gözəllik faktoru vacibdir, lakin gözəlliyiniz fotoda da gözəl düşəcəyiniz anlamını vermir. Bəzən gözəl bir insan fotoda yaxşı düşmür. Bu isə yuxarıda qeyd etdiyimiz səbəblərdən asılıdır.
7. Foto çəkilərkən arxa fona diqqət edin
Arxa fon olaraq ağ rəngli yer seçsəniz, fotoda gözəl düşəcəksiniz. Çəhrayı və sarı fonlardan uzaq durun.
8. Foto çəkilərkən dilinizə diqqət edin
Dilinizi ön yuxarı dişlərinizə dayayıb gülümsəyin. Çəkici və gözəl forma alacaqsınız.
9. Foto çəkilərkən gözlərinizə diqqət edin
Foto çəkdirəndən əvvəl gözlərinizi su və ya linza ilə canlandırın. Gözləriniz işıqli, parlaq görünəcək.
10. Foto çəkdirərkən buxağınıza diqqət edin
Az da olsa buxağınız varsa, fotolarda pis görünə bilər. Ona görə fotoları üstdən aşağı formada çəkin.
11. Ənliyin düzgün yayılmasına diqqət edin
Ənliyin yanaqlarınıza tam şəkildə yayılmasına əmin olun. Əks halda, fotoda üzünüz pis düşəcək.
12. Tuşdan çox istifadə edin
Hətta süni kirpiklər də taxa bilərsiniz. Gözlərinizin ecaskar, üzünüzün gözəl görünməsini təmin edəcək.
13. Dərinizlə eyni rəngdə üz makiyajı edin
Əks halda, xüsusilə gecə çəkilən fotolarda yaxşı görünməzsiniz. Buna görə dərinizlə eyni rəngdə olan üz makiyajına üstünlük verin.
14. İşığa baxın
Foto çəkiləndən 5 saniyə əvvəl işığa baxın. Göz bəbəkləriniz canlanacaq, gözləriniz təbii görünəcək.
15. Kölgəni düzgün tənzimləyin
Yuxarıdan düşən işıq şüasından kənar durun. Üzünüzün kölgədə olması vacibdir.
Dostlarınla paylaş:
1820 dəfə oxundu
ilk.az-çılar nə deyir?