
Gözəl həyat yaşamağın 7 qaydası
İnsan dünyaya bir dəfə gəlir. Sabah nələrin baş verəcəyini bilmirik. Ona görə də günümüzü ən yaxşı şəkildə yaşamağa çalışmalıyıq. Gözəl ömür sürmək üçün bəzi qaydalara riayət etmək lazımdır.
Həyatı bir dəfə yaşadığımız üçün bunu ən yaxşı şəkildə dəyərləndirmək barədə düşünməliyik. Gələcəkdə əməllərimizdən peşman olmamaq üçün bəzi qaydalara riayət etməliyik. Bunu həyat fəlsəfəmiz kimi həyatımıza tətbiq etsək, hər şey daha gözəl olar. Xoşbəxtlik, əslində, o qədər də çətin deyil. İnsanın qəlbində başlayıb beynində qərar tutur. Xoşbəxtliyin formulu çox da çətin deyil.
1. Keçmişinizlə barışın
Keçmişdə baş verən arzuolunmaz olayların ardınca düşüb bu gününüzü korlamayın. Keçmiş yaşanıb və bitib. İndiki zamandan faydalanmaq gərəkdir.
2. İnsanların haqqınızda nə düşündüklərinə əhəmiyyət verməyin
Necə xoşbəxt olursunuzsa, elə davranın. "Camaat nə deyər" düşüncəsini kənara qoyun. Özünüzü tədirgin etməyin.
3. Zaman hər şeyin dərmanıdır
Yaşadığınız pis hadisələrə görə kədərlənməyin. Zamanın bütün dərdlərin dərmanı olduğunu unutmayın.
4. Xoşbəxtlik sizin əsərinizdir
İnsan öz xoşbəxtliyini özü yaradır. Bəziləri əlində olmayan imkanlarla xoşbəxt olur, bəziləri isə bunu bacara bilmir.
5. Həyatınızı başqalarının həyatıyla tutuşdurmayın
Hamı öz həyatını yaşayır, hər kəsin fərqli həyat hekayəsi var. Romanlar da müxtəlidir, onların hamısı eyni məzmunlu olsaydı, oxunaqsız olardılar. İnsan həyatı da fərqlidir. Buna görə, öz həyatınızı ən yaxşı formada yaşayın.
6. Çox düşünməyin
Çox düşünməklə xoşbəxt ola bilmərsiniz. Bir şeyi bütün təfərrüatları ilə düşünmək həll yolu deyil, əksinə, sizi məyus edə bilər.
7. Həyata gülün
Hər kəsin öz həyat hekayəsi vardır. Daha acınacaqlı halda yaşayan insanlara baxıb şükr edin. Pis məqamlara gülümsəyərək cavab verin. O zaman həyat sizi məğlub edə bilməyəcək.
Dostlarınla paylaş:
201 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Ela