Halsızlığa yaxşı təsir göstərən 10 bitki çayı

Təbii bitki çayları ilə bədən müqavimətini artıraraq enerji qazanmaq mümkündür. Günə daha rahat və enerjili başlamaq üçün təqdim edəcəyimiz bitki çaylarını içə bilərsiniz.

1. Rozmarin çayı

Rozmarin çayının faydaları

İnsan orqanizmi üçün faydalı olan rozmarin, çay şəklində istifadə edilir. Rozmarin yağı istifadəsi ilə əzələ ağrılarını azaltmaq mümkündür. Həzm sisteminin normallaşmasına kömək edən rozmarin, halsızlıq və depressiyaya qarşı təsirli rola malikdir. Hamilə qadınlara, yüksək təzyiq, şəkər və bağırsaq xəstələrinə rozmarin tövsiyə olunur.

2. Ginko Biloba çayı

Ginko Biloba

Xalq arasında "yapon əriyi" adlandırılan ginko biloba qan sağlamlığı baxımından önəmlidir. Halsızlığı və yorğunluğu aradan qaldırmaq üçün istifadə edilir. Qan dövranı pozğunluğu və bu kimi xəstəliklərə qarşı təsirlidir. Ginko biloba istifadədi epilepsiya xəstələrinə və hamilə qadınlara tövsiyə olunur.

3. Quarana çayı

Quarana çayı haqqında

Kafeinlə zəngin olan quarana, Cənubi Amerikada bir çox içkinin hazırlanmasında istifadə olunur. Quarana istifadəsi nəticəsində konsentrasiyada və hafizədə artım baş verir. Aşırı istifadə əsəbililiyə və yuxusuzluğa səbəb ola bilər.

4. Qinsenq çayı

Halsızlığa yaxşı təsir göstərən qinsenq çayı

Antioksidant xüsusiyyətə sahib olan qinsenq bitkisi streslə mübarizədə təsirlidir. Yorğunluq və halsızlığın müalicəsində istifadə edilir. Canlandırıcı xüsusiyyətinə görə Çində geniş istifadə olunan qinsenq, mütəxəssislər tərəfindən tövsiyə edilir.

5. İtburnu çayı

İtburnunun faydaları

C vitamini ilə zəngin olan itburnu, bədənin müqavimətini artırır və immun sisteminin güclənməsinə kömək edir. İtburnu istifadəsi mütəxəssislər tərəfindən tövsiyə olunur.

6. Biyan kökü çayı

dəmlənmiş biyan kökü

Biyan kökü stressin səbəb olduğu halsızlıq və yorğunluğu aradan qaldırır. Öz təsiri ilə uzun müddətli enerji təmin edir.

7. Yerba Mate çayı

Yerba Mate

Tərkibindəki C vitamini sayəsində enerji verən yerba mate çayı, kalsium, potasium və dəmir kimi minerallarla zəngindir. Dadı acı olduğu üçün çox insan ondan istifadə etmir. Yerba mate çayı və bal qarışığı sağlamlıq üçün faydalıdır.

8. Ağ çay

kamellia sinensis

Çay bitkisinin tam yetişməyən baş hissələrinən əldə edilən ağ çay insan sağlamlığı üçün xeyirlidir. Tərkibindəki bol miqdarda kafein sayəsində gün ərzində enerjili qalmağa kömək edir.

9. Hibiskus çayı

C vitamini ilə zəngin hibiskus çayı

Enerji verdiyi araşdırmalarla sübut olunmuş hibiskus çayı olduqca faydalıdır. Tərkibində C vitamini var və bədəni daim gümrah saxlayır.

10. Aloe Vera çayı

Aloe Vera

Kosmetik sahədə geniş istifadə olunan aloe vera bitkisi bir növ vitamin qaynağıdır və həm də enerji verir. Aloe vera çayının tərkibindəki B vitamini, proteinlər və aminturşular yorğunluğu aradan qaldırır. Təbii bitki çayları ilə bədən müqavimətini artıraraq enerji qazanmaq mümkündür. Günə daha rahat və enerjili başlamaq üçün təqdim edəcəyimiz bitki çaylarını içə bilərsiniz.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Digər tövsiyyələr:

Məqaləyə emosiya bildir:
emotion
3
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3731 dəfə oxundu
ilk.az-çılar nə deyir?